Əl quruması – iflici nədir və müalicəsi varmı (versus.az saytı yazdı)
Neyrocərrah Əliosman Qədimbəyli haqda versus.az informasiya agentliyinin dərc etdiyi məqalə
Azərbaycanın məşhur neyrocərrahı Əliosman Qədimbəyli: “Xəstənin biləklərində kiçik bir məsafədən daxil olaraq mikrocərrahiyyə vasitəsi ilə əməliyyat aparılır və əməliyyatdan bir neçə saat sonra evinə yola salınır”
Türkiyənin Ege Universitetində ixtisaslaşdıqdan sonra hazırda Bakıda Onurğa Cərrahiyyə Mərkəzinin direktoru olaraq fəaliyyət göstərən doktor Əliosman Qədimbəyli ilə bir çox suallara aydınlıq gətirdik.
Versus.Az xəbər verir ki, Əliosman Qədimbəyli Azərbaycanda ən ağır sinir, onurğa əməliyyatlarının müasir, alman metodikası ilə cərrahiyyəsini yerinə yetirən mütəxəssisdir.
– Əliosman doktor, öncə istərdim oxucularımıza bir qədər məlumat verəsiniz: Karpal Tunel sindromu – Bilək Sindromu nədir?
– Karpal tunel sindromu bilək kanalından əlimizdən ilk üç barmağa gedən və median siniri adlandırdığımız sinirin sıxılmasıdır.
– Karpal tunel sindromunun əlamətləri nədir və insanlar özlərinə bu sindromun olmasını necə bilirlər?
– Xəstələr belə hallarda əllərində olan ilk üç barmaqla 4-cü barmağın iç səthində yaranan uyuşmalardan, keyləşmələrdən, ağrılardan, əllərindəki hərəkət zəifliyindən şikayət edirlər. Adətən bu ağrılara gecə vaxtları rast gəlinir. Xəstə gecə vaxtı oyanaraq əllərini silkələyərək ağrılarını azaltmağa çalışır. İlk vaxtlar belə ağrılar özünü gecələr göstərsə də, irəliləyən mərhələlərdə artıq bütün gün ərzində xəstəni narahat edir.
– Karpal tunel sindromunun fəsadları nədir?
– Əgər xəstə zamanında həkimə müraciət etməzsə, bu zaman xəstənin əl barmaqlarında zəifləmələr gedir, ilk vaxtlar incə işləri görə bilmirlər, yəni düymə bağlaya bilmirlər, iynə saplaya bilmirlər. İrəliləyən mərhələlərdə isə xəstə bütün işlərinin öhdəsindən məharətli şəkildə gələ bilmir. Əllərindən əşyanı salır, stəkanı salır, qaşığı tuta bilmir. Getdikcə xəstə bir növ ətrafındakılardan asılı vəziyyətə düşür.
– Karpal tunel sindromu olan xəstələrin müalicəsi nədən ibarətdir?
– Müalicə prossedurunda öncə xəstəliyin diaqnozu elektromiyoqrafik müayinə vasitəsilə təstiqləndikdən sonra, yüngül, orta dərəcəli ağrılar adətən fizioterapiya və lazer müalicəsi vasitəsilə aradan götürülür. Ağır dərəcələrdə isə xəstə əməliyyat olunur və ağrılardan azad olunur.
– Əliosman doktor, hazırda sizin icra etdiyiniz mikrocərrahiyə nədir?
– Bizim hazırda istifadə etdiyimiz, tətbiq etiyimiz vasitə Karpal tuneli mikrodekompessiyası-mikrocərrahiyyəsidir. Bu, Almaniyada icra olunan son müalicə üsuludur ki, 10-15 dəqiqə ərzində tam narkozsuz, ağrısız və qansız olaraq aparılır. Xəstənin biləklərində kiçik bir məsafədən daxil olaraq mikrocərrahiyyə vasitəsilə əməliyyat aparılır və əməliyyatdan bir neçə saat sonra evinə yola salınır. Beləliklə, xəstə onu narahat edən ağrılardan azad olunur.