• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Boyun ağrısı nədir?

Boyun ağrıları insanların qarşılaşdığı ən qədim və ən yayğın problemlərdən biri olub, hər yaş qrupunda qarşılaşıla bildiyimiz, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin məhdudlaşmasına səbəb olan sosial iqtisadi önəmli bir problemdir. Bu mövzu ilə əlaqədar 4600 il öncə Misir’də papiruslara yazılmış əsərlərdə rast gəlinir. Eyni zamanda Hipokrat’ın əsərlərində servikal (boyun) yaralanmaları və servikal traksiya ilə əlaqəli müxtəlif araşdırmalara tarixdə rast gəlinir.

boyun-agrisi-nedir-1

Boyun ağıları müasir günümüzdə də xroniki ağrı sıralamasında, bel ağrılarından sonra ikinci sırada yer almaqdadır. Ümumi populasiyada hər 3 insandan biri həyatlarının hər hansı bir dönəmində müxtəlif səbəblərə bağlı olaraq yaranan boyun ağrılarından şikayət edirlər.

Boyun ağrısının səbəbləri

Boyun ağrıları bel ağrıları qədər sıx görülməməklə birlikdə, hər yaş qrupunda rast gəlinə bilən, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin itməsinə səbəb ola bilən önəmli bir problemdir.

Boyun ağrısı səbəbləri 3 əsas qrupa bölünür.

  • Sümük-əzələ sistemi mənşəli səbəblər
  • Boyun xarici bölgələrin xəstəliklərinin səbəb olduğu ağrının boyun bölgəsində hiss edilməsi (yansıyan ağrı)
  • Boyun bölgəsini tutan infeksion ( bruselyoz, tuberkulyoz) və şiş xəstəlikləri

boyun-agrisinin-sebebleri

Qeyd: Gərilim, stres, siqaret: Boyun ağrısını artıran və xronikləştirən ən önəmli səbəblərdir. İqtisadi, sosial və psixoloji problemlərimiz boyun ağrısını artırır. Gülmək, nizamlı çalışmaq, sosial aktivliklər və həyata bağlı olmaq boyun ağrısına qarşı ən önəmli silahımızdır.

Onurğanın boyun şöbəsi

Onurğanın boyun şöbəsi baş və gövdəni birbirinə bağlayan daha çox hərəkətli onurğa segmentidir . Onurğanın boyun şöbəsi 7 ədəd fəqərə adlandırılan sümüklərdən, fəqərə arası disk adlandırılan qığırdaqlardan, hər iki fəqərəni birbirinə bağlayan oynaqlar və bağlardan təşkil olunmuşdur.

boyun-shobesi-1

Fəqərə arası disk iki hissədən ibarətdir. Fibroz həlqə (anulus fibrosus) adlandırılan xarici təbəqə və pulpoz nüvə (nucleus pulposus) adlandırılan jelatinə bənzər daxili təbəqədən təşkil olunmuşdur. Diskin vəzifəsi onurğa sütunun üzərinə düşən yükü bərabər olaraq paylaşdırmaqdır. Sadə bənzətməylə bir növ amortizator funksiyasını yerinə yetirir. Disk və faset oynaqların digər görəvi isə boynun hərəkətliliyini təmin edəcək dərəcədə elastiklik verərəkdən, yanaşı olaraq isə onurğa kanali içərisində yerləşən haram iliyi (onurğa beynini) qorumaqdır. Bunun sayəsində boynumuzu hər yönə rahat bir şəkildə hərəkət etdirə bilirik, ancaq sinirlərimizə hər hansə bir xəsarət toxunmur .

boyun-shobesi-2

Onurğanın boyun bölgəsinin normalda “Lordoz” adlandırılan bucağı (köçəkliyi), arxaya baxan özünə məxsus əyriliyi vardır. Bu əyriliyin pozulmasi gələcəkdə bir çox patalogiyaların başlanmasına səbəb olur. Onurğa kanalının içərisindən onurğa beyni çekməkdədir. Onurğabeyni kanal boyunca aşağı doğru davam edərkən hər fəqərə səviyyəsində sinir kökü adı verilen şaxələr verir. Bu sinir kökləri birləşərək bütün vücuda yayılan və vücudun elektrik sistemini təşkil edən sinirləri meydana gətirirlər. Onurğanın boyun şöbəsi baş beyindən alınan siqnalları qollarımıza, ayaqlarımıza və gövdəmizə ötürməkdədir. Onurğa beyni, evə elektrik stansiyasından siqnalları daşıyan əsas, aparıcı elektrik naqilinə bənzəməkdədir. Spinal sinir kökləri isə, evin içindəki hər bir otağa elektriki lazım olduğu miqdarda paylaşdıran aparıcı elektrik naqilinin şaxələrinə bənzəyir.

Boyun tutulması

Boyun tutulması, tibbi olaraq “tortikolis”, əzələ spazmı adlandırlır. İnsanlar arasında tez- tez rast gəlinə bilən bir haldır

Boyun tutulmasının şikayət və əlamətləri

Boyun tutulması adətən səhərlər meydana çıxaraq özünü, aşağıdakı əlamətlərlə biruzə verir:

  • Başın və boynun bir tərəfə əyilməsi
  • Başın hərəkət olunmasında məhdudlaşma
  • Boyunu tək tərəflı çevirə bilməmək
  • Boyun əzələlərində ağrı
  • Başımızı dik tutulmasında çətinlik

 boyun-tutulmasi

Boyun tutulmasının mexanizmi

Boyun tutulmasına, boynun hər iki tərəfində yerləşən, “döş-köprücük- məməyəbənzər əzələ” (sternokleidomastoit) adı verilen əzələlərdən birindəki spazmı səbəb olur. Boyun tutulmasının yaranma mexanizmi, boyunun həddindən artıq gərginləşməsi, passivləşməsi və ya tərləmə sonrası sternokleidomastoit əzələdə olan spastiklik, rigidlikdir.

Boyun tutulmasına səbəb olan faktlar

  • Gecə yuxusunda yalnış və tərs bir pozisiyada yatmaq.
  • Televizor qarşısında uyğunsuz pozisiyada yuxlamaq
  • Kondensioner altında uzun müddət qalmaq
  • Saçları qurutmadan nəm vəziyəttə gəzmək
  • Tərli vəziyyətdə ventilyasiyaya məruz qalmaq
  • Uyğunsuz pozisiyada çiyində/sırtta yük daşımaq
  • Pəncərə açıq vəziyətdə səyahət etmək
  • Uzun müddət hərəkətsiz olmaq
  • Boyun əzələlərini həddindən artıq gərginləşməsinə səbəb olan hərəkətlər
  • Uzun müddət komputer və ya stol arxasında işləmək
  • Qadınlara spesifik boyun tutulması səbələrindən biri spiral istifadə etmələridir.

boyun-tutulmasi-2
Hayat tərzimizdəki bəzi yanlış hərəkətlər öncə boyun ağrısı, əzələlərdə tutulma ilə özünün biruzə verərək sonrasında yırtıq olaraq qarşımıza çıxabilir.

Boyun tutulmasın zamanı diqqət ediləcək məqamlar

Yuxarıda qeyd olunanalardan əlavə etməmiz və etməməmiz gərəkən şeylər vardır. Məsələn boynunuzun tutulduğu gün:

  • Boynunuzu məcbur edici, yüklənəcəyi hərəkətlərdən uzaq durmaq
  • Boynunuzu sağa sola çevirərkən yavaş-yavaş çevirmək
  • Televizor seyr edərkən boynunuzu destəkləmək

boyun-tutulmasi-3
qısacası boyun əzələlərinin yorulmaması üçün boyuna düşən yükü azaltmaq lazımdır.

Boyun Tutulmasında Müalicə

  • Parasetamol ya da aspirin kimi qeyri- steroid iltihab əleyhinə (antienflamatuar) dərmanlar . Hansı ki reseptlə satılmır, ağrı və iltihabın azaldılmasına köməklik edir.
  • İltihabı azaltmaq üçün ilk 2 gün müddətində boyuna günde dört dəfə 15 dəqiqə boyunca soğuk kompreslər istifadə edilməsi tövsiyyə olunur;
  • Sonra əzələ spazmlarını rahatlatmaq üçün eyni qaydada 15 dəqiqəlik isti (isti su şüşəsi, sıcak su torbaları qoymaq, daha çox ütüylə qızdırılmış isti məhraba (yun və ya pambıq parça) boyun bölgənizə qoyula bilər) proseduralar istfadəsi faydalıdır.
  • Uzanaraq ya da boynunuza və üst sırt əzələlərinizə masaj etdirərək başınızı dinləndirin.

Diqqət! Boyun tutulması maksimum 2 – 3 gün davam edir, heç bir şey etməsəniz belə boyun ağrınızın öz-özünə ortadan qalxdığını görəcəksiniz!

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53