Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun incinməsi (Whiplash)
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Boyun Ostexondrozu və baş ağrıları
Boyun disk yırtığı
Boyun yırtığı nədir?
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı (servikal stenoz)
Boyun yırtığında idmanlar
Bel ağrıları
Bel yırtığı - fəqərə arası disk yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Bel kanal darlığı (stenoz)
Bel fəqərə sürüşməsi (listezis)
Bel yırtığında idmanlar
Fibromiyalgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya (MRT)
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)
Ankilozan spondilit

Ankilozan spondilit

Ankilozan spondilit nədir?

Ankilozan spondilit- onurgadakı hərəki məhdutluğa səbəb olan revmatizmal iltihabi bir xəstəlikdir.Bu xəstəlik başda adi Bexterevdir. Hər 100 insandan birində (daha çox cavan kişilərdə ) rast gəlinmə ehtimali yüsəkdir.Bu kəlimənin tibbi anlamı yunan sözü olub ankylosis– oynağin hərəkətliliyinin itirilməsi, birləşməsi , spondilit; isə fəqərənin iltihabı olaraq tərcumə olunur.Xəstəlik ən çox onurğanin son hissəsi ilə çanaq sümük arasındakı oynağa (sakroiliak oynaği) təsir göstərir (sakroileit ). Ancaq xəstəlik əsasən onurğadakı fəqərələr təsir edir, ancaq daxili orqanlarada də təsir edə bilər (ürək, göz , bud canaq, diz, ayaq biləyi, çiyin kimi ). Xəstəlik onurğadakı hərəkəti , elastikiliyi təmin edən bağların zamanla kirəcləşməsi (ossifikasiyasi) ilə əlaqədar onurğadakı hərəkətlilik sanki “donmuş bir insan “ kimi hərəkətini itirməya başlayır. Bu xəstəlik zamani onurğadakı oynaqlarda birləşmə , qaynama getdiyinə görə , bel ve boyunda cici hərəki məhdutluq olur .Belə ki, xəstə boynunu sag ve sola dondərə bilmir, sağa ve ya sola baxmaq üçün məcburən bütün bədənini döndürmək məcburuiiyətindədri..Eyni zamanda bu xəstələrdə zamanla bel , kürək önə doğru bükülür və ankilozlaşma nətəcəsində kifotik deformasiya yaranır. Ona görə də ,bexterev xəstəliyində bunu rus alimləri “dilənçi, sədəqə yığan insan “ simvoluna bənzədirlər.

Ankilozan spondilitin (Bexterevin) simptomları hansılardır?

Ankilozan spondilitin əlamətləri əsasən 20 yaşlarinda başlayir.Qadinlarda bexterev 30 yaşlarinda başlaya bilir, kişilərə nisbətən bir qədər özünü gec biruzə verir.. Uşaqlıq dövründə də başlaya bilər. Onurğadan kənarda xəstəliyə bağlı olaraq,daxili orqanlarda yeni göz və bağırsaqda iltihab inkişaf edə bilər. Ankilozan spondilit üçün qəti bir müalicə yoxdur, lakin xəstəlikdə i şikayətlrin və yarana biləcək fəsadlarin qarşısını almaq və ya müalicə ilə azaltmaq mümkündür. Bu səbəblə diaqnoz və müalicə nə qədər tez başlanarsa , daha yaxşı nəticələr əldə edilə bilinər.

Xəstəliyin ilk əlamətləri və simptomları; xüsusilə səhərlər yataqdan qalxdıqdan sonra və ya uzun müddətli hərəkətsizlik sonrasında belin aşağısında və qalçada , çanaqda inkişaf edən ağrı və tutukluq (qatılıq) hissidir. Bu simptomlar əvvəlcə o qədər yavaş-yavaş və tədricən inkişaf edir ki, onlar başlanğıcda nəzərə çarpilmaz və ya xəstə tərəfindən əvvəllər əhəmiyyət verilməz. Xəstəlik bəzən alovlanmalar və bəzəndə sakitləşmələrlə (remissiyalaral) özünü göstərir. Xəstədə ayrıca bəzən sağ bəzən sol qalçada inkişaf edən deyişən xarakterli oma ağrısı, topuq ağrısı, dərin nəfəs aldığında sinə qəfəsində ağrı və qabırğa üzərində həssaslıq, gözdə ağrı və qızartı (konyunktivit), uzun davamlı qarın ağrısı, xroniki (uzun müddətli) ishal, kilo itkisi kimi şikayətlənmələr ola bilər.

Əgər;
• Üç aydan uzun davam edən , istirahət halında, səhər tezdən yuxudan oyanarkən, gece yataqda yaranan bel və çanaq ağrınız/tutukluğunuz varsa,
• Əgər hərəkətlə ağrınız azalırsa, istirahtə zamani artırsa (uzanma və oturma )
• 40 yaşından cavansinizsa
• Ağrı kəsicilər istifadə etdikdə ağrınızda azalma və ya yoxa çıxma varsa
• Əgər boyun-bel hərəkətlərinizdə və hər dəfə nəfəs alanda ağrı və məhdudiyyət varsa (sərtlik hissi) varsa;
bu sizdə bexterev (ankilozan spondilit) olma ehtimalından xəbər verir. Bu zaman mutəxəssisə muraciet edin

Ankilozan spondilitin (Bexterevin) səbəbləri və risk faktoru

Ankilozan spondilitin yaranma səbəbi məlum deyil; Ancaq HLA-B27 genini daşıyanlardam xəstəliyin yaranma riski yuksəkdir. Bu xəstələrdə irsi meyillilik, genetik faktorlar önəmli yerə malikdir.. Ankilozan spondilit kisilərdə qadınlara nisbətən iki dəfə cox rast gəlinir. Qadınlarda xəstəlik yavaş yavaş pisləşə bilir. Bu xəstələrin əksəriyyəti bel ağrısı ilə əlaqədar altda yatan ankilozlaşma unudulardan illərlə sərf diaqnozla bel qrijasi (yırtığı),bel protruziyasi, duzlaşma, osteoxondroz , fibromiyalji (əzələ romatizması) adi ilə müalicə olunurlar..

Ankilozan spondilitin (Bexterevin) agırlaşmalari hansılardır?

Hər xəstədə ankilozan spondilit eyni deyil. Semptomların şiddeti ,və əlillik inkişafı insandan insana dəyişir. -Onurğada elastikliyin azalması ileə basin, boyunun istiqamətinin dəyişdirilməsində cətinlik, kurəkdə donqarliq yaranir.

• Uveit (göz iltihabı); Ankilozan spondilit ankilozan spondilitin ən çox görülən ağirlaşmasidir. Tezliklə inkişaf edir, ümumiyyətlə birtərəfli və gözdə qızarma, işığa qarşı həssaslıq və görmədə zəifləmə olur.
Çökmə siniqlari (compression qırıqlar); Ankilozan spondilitdə,iltihablaşma və bel hərəkətin məhdudlaşdırılması; sümüyündəki mineral sıxlığının azalmasına (osteoporoz = sümük rezorpsiyonu) gətirib cixardirki bu da bel fəqərə sınığı meydana gətirir. Bu da xəstənin duruşunu pozaraq (donqarliq, qozbellik) ostreoporotik kifoz yaradir bəzəndə bəzən onurğaya və yaxud sinir kökcükıərinə ciddi təzyiq meydana gətirərək, şiddətli ağrı və funksiya itkisinə səbəb ola bilər.
• Ağciyər tutması; ağciyər kapasitesinde azalmaya bağlı, nefes darlığı verir. ; Qabırğaların sinə qəfəsinə qabaqda və arxada dayanmalarını təmin edən bağların, iltihabına bağlı olaraq döş qəfəsi kifayət qədər tənəffüslə əsnəyə bilmir (ekskursiyasi azalır). Hər bir nəfəsdə ağciyərə kifayət qədər hava daxil olması və çıxışı çətinləşir. Nadir hallarda ağciyərin üst paylarını tutan iltihabı (iltihab) inkişaf etdirə bilər.
• Böyrək tutulumu: Nadir olsa da, uzun müddətli və nəzarətsiz xəstəliyinboyrəklərdə amiloidoz adlandırılan bir xəstəliyə səbəb ola bilər ki, bu da uremiyaya və böyrək çatışmazlığına səbəb ola bilər.
• Dəri: sedef kimi dəri döküntüləri görülə bilər.
• Bağırsaq: Ankilozan spondiliti olan xəstələr zamanla iltihablı bağırsaq xəstəliyini (ülseratif kolit və ya Crohn) inkişaf etdirə bilər.
• ürək problemləri; Ankilozan spondilit nadir hallarda inkişaf etsə də, ürəyin çıxış nöqtəsində aorta qapağı genişlənmə, aortik qapaq çatışmazlığı və əlaqədar ürək çatışmazlığı inkişaf edə bilər.
• Kauda ekuina sindromu; Ancaq nadir bir nevroloji təsbitdir. Ciddi sinir sıxılma cərrahi müalicə tələb edir.

Ankilozan spondilitin (bexterevin) diaqnozu necədir?

Həkiminilzə əlaqə saxladığınızda; bel-boyun ağrısı və digər şikayətlər, ailənizin xəstəliyin tarixçəsi sorgulanır. Sistemli müayinə (dərin nəfəs aldığınız zaman bütün orqanların və sistemlərin ətraflı araşdırılması), boyun və hərəkətin bel diapazonu və sinə diametrinizin dəyişməsi bir tape ölçüsü ilə ölçülür. Sizə kalça və ya bədəninizdə müəyyən nöqtələr basaraq və ayağınızı hərəkət etdirməklə ağrınız olub-olmadığını soruşur.

Görüntüləmə testləri:
• Birbaşa filmlərdən və ankilozan spondilitdən təsirlənən oynaqların və sümüklərin şəkilləri qəbul edilə bilər. Ancaq xəstəliyin erkən mərhələlərində heç bir xəstəlik görünməyən görünüş var; hətta normal ola bilər.
• Magnetik rezonans görüntüləmə (MRI): Radiotezlikli dalğalardan istifadə edilən bir görüntüləmə üsuludur və tomoqrafiyaya nisbətən az radiasiya təsiri var. MRT -I Ankilozan spondilitdə computer tomoqrafiyaya nisbətən daha həssas olduğundan, daha cox istifadə olunur. Bu xəstəliyin erkən diaqnozunda geniş istifadə olunur. Sakroilyak oynaqlar ankilozan spondilitə ciddi şəkildə cəlb olunduğundan, MR ilə birlikdə bu oynaqlarin iltihablanmasi göstərilir; xronik (üç aydan çox) aşağı bel ağrısı olan bir xəstənin erkən diaqnozunu təmin edir.

Laboratoriya testləri:
Ankilozan spondilitni göstərmək üçün xüsusi bir laboratoriya testi yoxdur. Bəzi qan testləri (məsələn, eritrosit sedimentasiyası, CRP) bədənin iltihabını göstərə bilər, lakin ankilozan spondiliti olan hər bir xəstədə də bu analizlər yuksəlməyə də bilər. HLA-B27 geninə baxıla bilər, ancaq bu gen daşıyan adam ankilozan spondilit olmaya da bilər və ya əksinə bu gen olmadığı halda ankilozan spondilit inkişaf edə bilər.

Müalicə və dərmanlar:
Təəssüf ki, Bexterev xəstəliyi tam müalicə olunmur. Lakin müəyyən müalicə tədbirlərinin köməyi ilə xəstənin vəziyyətini yaxşılaşdırmaq, xəstəliyin inkişafını ləngitmək mümkündür. Müalicə zamanı iltihabəleyhinə preparatlar, hormonlar, fizioterapiya, manual terapiya, massaj və müalicəvi bədən tərbiyəsi istifadə olunur.Müalicənin məqsədi ağrı və sərtliyin qarşısını almaq, deformiteyi (əlillik) və bel ürək çatışmazlığının qarşısını almaq və ya gecikdirməkdir. Ankilozan spondilitin erkən dövrdə daimi zədələnmədən müalicəsi çox uğurludur. Dərmanlar: Qeyri steroid iltihab əleyhinə dərmanlar (NSAİİ)
– ankylosing spondilitinin müalicəsində ən çox istifadə edilən dərmanlar – naproksen, indometasin, diklofenak kimi dərmanlardır. Bunlar iltihabı, ağrı və sərtliyi rahatlaşdırır. Lakin, bu preparatlar mədə qoruyucu maddələrlə aparılmalı və uzun müddətli istifada mümkün yan təsirlər baxımından təqlid edilməlidir. NSAİD-lərin faydalı olmadığı və ya istifadə edilə bilmədiyi hallarda; Əgər şiş nekroz faktor blokerləri (anti-TNF) həkiminiz tərəfindən uyğun görülsə, başlayın. Bu müalicələr də intravenöz və subkutan formalara malikdir. Hal-hazırda istifadə ediləm anti-TNF dərmanlar ;
– Infliximab (Remicade), Adalimumab (Humira), Etanercept (Enbrel), Golimumab (Simponi) və Certolizumab pegol (Cimzia). TNF blokerləri infeksiyalara mülayim həssaslıq, latent vərəmin aktivləşdirilməsi və daha nadir hallarda bəzi nevroloji problemlər və dərmanla bağlı lupus kimi bəzi yan təsirlərə malik ola bilər. Bu müalicələr daxili tibb mütəxəssisləri, romatizmal, infeksion xəstəliklər və / və ya sinə xəstəlikləri üzrə mütəxəssislər tərəfindən 3 ay müddətində yaxından təqib edilir. Hamiləliyə (ən çox 20 həftə gestasiya qədər) gəldikdə, son bir neçə ildə qısa təsirli (etanercept və certolizumab pegol) bəzi təkliflər var; Ancaq həkiminizlə yaxın ünsiyyətdə olmalısınız. Ankilozan spondilitin neyrocərrahi agrilaşmalari mumkundur. Bu zaman meydana gələn agrilaşmalarin qarşisini almaq üçün neyrocərrah Əliosman Qədimbəyli tərəfindən modern mikrocərrahi əməliyyatlar icra olunmaqdadır.

idman (məşq):
idman bu xəstələr ücün həddindən cox vacibdir. Xəstənin duruşunu və əsnəkliyini təmin etmək üçün gərmə məşqləri və oynaaq hərəkət həcmi artirilmasi idmanlari vacibdir. Bu pasientlər üçün boyun, kurək və bel üçün gərilmə;döş qəfəsi elastikliyini (ağciyər həcmini) qorumaq üçün tənəffüs hərəkətləri kimi məşqlər lazimdir. Bir fizyoterapist ilə öyrənəcək olan bu təlimlər həyatınızın bir hissəsidir və hər səhər və gündüz onu təkrarlaya bilərsiniz. Üzgüçülük, pilates, yoga və idman tövsiyə olunur, açıq idman növləri (futbol, basketbol, voleybol və s.) ..Travma qarşısını almaq lazımdır..

Həyata dair tövsiyələr:
Yastığınızı mümkün qədər aşağı saxlayın.yataq və yastığınızın onurğanizin şəklini ala biləcək tipdə (visko-elastik ) olmasi vacibdir. Şübhəsiz ki, siqaret istifadəsindən uzaq olun,cunki bu xəstəliyinizi artir. . Xəstəliyə görə ağciyərlərə kifayət qədər cəlb edilməməsi səbəbi ilə agciyərin aldigi hava həcmi cox azalir buna görədə cəkilən siqaretin dumani (tüstüsü) agciyətr parenximasini daha cox zədələyərəkdən emfizema, xərcəng və basqa xəstəliklərin yaranmasina səbəb olur. Omeqa 3 (həftədə 3 dəfə balıq istehlak etməsəniz 500mq / gün) və D vitamini dəstəyi (qan səviyyəsinə baxaraq) alın. Kifayət qədər kalsium almaq üçün kifayət qədər zəngin süd məhsulları alın. Doktorunuza dəstəkləyici müalicə üçün müraciət edin.

Ankilozan Spondilitdə Tövsiyyə Olunan İdmanlar

1.Əvvəlcə belinizi geriyə uzatma (gərilmə) məşqi etməlisiniz. Əlləriniz və dizləriniz yerə dayayin. Ovuçlarınızın döşəməyə tam toxunmasını təmin etməlisiniz. Və başınız düşsün. Bu vəziyyətdə durarkən belinizi mümkün qədər yuxariya qaldıra bildiyiniz qədər yuksəltməyə calişin. Lakin bu yalnız 30 saniyə davam etməlidir. Sonra yenidən belinizi düzəldin və bu hərəkəti təkrarlayın. Unutmayinki əllərinizi və ayaqlariizi tərpədmədən yalniz belinizi hərəkət etdirəcəksiniz.

2. Möhkəm bir stula oturmalı və düz durmalısınız. Qarşiya baxaraqdan duz dayanin, sonra dərin nəfəs alıb, qollarınızı tavana doğru qaldırın. Bu idmani edərkən başınızı hərəkət etdirməməlisiniz. Nəfəs aldıqdan sonra otuz saniyə gözləyin, daha sonra qollarınizi yenidən aşağı sallayaraqdan əvvəlki vəziyyətə geri qayıdın. Gündə 5 dəfə bu məşq etmək xəstəliyiniz üçün çox yaxşı faydası olacaqdır. (ciyin gərilməsi)

3. Bir stulda oturun. Ayaqlarınız zəminə toxunacaq bir stul olduğuna diqqət yetirməlisiniz. Başiniz duz və qarşiya tərəf baxmalidir. Başınızı əyməməyə diqqət etməlisiniz. qollarınızı iki yana doğru açın. Ovuc içləriizin bayira doğru döndərməyə calişin. Əlini aşağı doğru sallayin və özünüzü gərin. Bu gərginlik zamanı təxminən 30 saniyə gözləyin və bu proseduru 4 dəfə təkrarlayın. (döş qəfəsi açilimi hərəkətləri)

4.Dirsəklər zəminə toxunduracaq şəkildə sərt bir yerə uzanin. Dirsəklərinizi yerə endirmək və aşağı dayanmaq. Ayaqlarınız çiyin ölçüsündə açın və qollarınızı qaldırın. Belinizi yuxariya dogru qaldırın.Ardinca qalcanizi bacardığınız qədər tavana doğru qaldirin. Bu zaman 30 saniyəyə qədər gözləyin. Hərəkəti 4 dəfə təkrarlayaraq, qalca əzələlərinizi daha da gücləndirəcəksiniz.

5. Ayaqda düz bir şekilde durun və ya bir stulda oturun. Vücudunuzun və başınızın dik durmasına diqqət göstermelisiniz. Başınızı ilk olarak sağa doğru çevirin. İçinizden 30’aqədər sayın və daha sonradan ilk pozisyona gelin. İndi başınızı sola doğru çevirin və 30 saniyeqədər də sola baxın. Bu hərəkəti 4 defa tekrarlayın. Bu hareketi edərkən sadece boyun qismınız dönecekdir. Bədəninizi asla çevirməməniz sadecə başınızı çevirmeniz gerekmektedir.

6. Əliniz və diziniz üzərində yerdə dayanmalisiniz. Əvvəlcə qarın əzələlərini sıxın. Bir ayağınızı qaldırın və onu bədəninizə eyni səviyyədə olacaq dərəcədə saxlayın. canaq və boynunuz düşməməlidir. Bu zaman 10-a qədər saymaq lazımdır. Sonra ayağınızı və əlinizi aşağı salın. Bu dəfə digər tərəfinizdədə eyni hərəkətləri edin.sınız. Bu prosesi 10 dəfə təkrarlayın.

Idman hərəkətləri və məşqlər bexterev xəstəliyində (ankilozan spondilitdə) cox əhəmiyyətlidir.Neyrocərrah Əliosman Qədimbəyli qeyd edirki, əgər bu hərəkətləri gündəlik mütəmadi etməyi bir vərdiş halina salarsinizsa bu ola biləcək fəsadlarin qarşisini maksimum dərəcədə almiş olar.

Ankilozan spondiliti olan xəstələr! Edəcəyiniz Çox şey var.özünüzə qapilaraqdan həyatdan uzaq durmayın. Xəstəliyiniz barədə interneti araşdırarkən məlumat çirkliliyinə və ya lazımsız qorxuya düşməyin. Eyni xəstəliyi olan insanlarla tanış olun və onların hekayələrini, duyğularını və başqalarına qarşı mübarizə üsullarını öyrənin və paylaşın. Xəstəliyinizlə sülhünüzə qovuşun və onunla yaşamağa öyrədin. Unutmayın ki, sizin kimi eyni xəstəliyə malik milyonlarla insan var. Xəstəliyin genetik meylini nəzərə alaraq, yaxınlarinizda olan bel ağrısı ilə əlaqədar həkiminizə məlumat verin.

t.e.d Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 66 68

Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun incinməsi (Whiplash)
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Boyun Ostexondrozu və baş ağrıları
Boyun disk yırtığı
Boyun yırtığı nədir?
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı (servikal stenoz)
Boyun yırtığında idmanlar
Bel ağrıları
Bel yırtığı - fəqərə arası disk yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Bel kanal darlığı (stenoz)
Bel fəqərə sürüşməsi (listezis)
Bel yırtığında idmanlar
Fibromiyalgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya (MRT)
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)
Ankilozan spondilit
© 2019 Neyrocərrah Əliosman Qədimbəyli. Materiallardan istifadə olunduqda istinad vacibdir.
Sayta texniki dəstək: OKmedia