Karpal Tunel Sindromu
Əlimizdəki ilk 4 barmağin hissiyatini və gücünü təmin edən, “Median Sinir” adlandirdiğımız sinirin bilək kanalında sıxılması nəticəsində “karpal tunel sindromu” yaranır.
Karpal Tunel sindromunun əlamətləri nədir?Xəstələrin şikayəti əlindəki 1,2,3,4 barmaqlarin daha çox ovuc səthində olur ( çeçələ baraqda olmur) və aşağıdakı əlamətlər müşahidə olunur.
|
Diqqət! – Şikayətlər xəstəni gecə yuxudan oyandırır və əllərindəki ağrını azaltmaq üçün məcburən əllərini sallatmak, sirkələmək, hərəkət etdirmək və ovuşdurmaq məcburiyyətində qalir ki, bu hərəkətlər bir qədər xəstənin ağrısının azalmasına səbəb olur. Əlamətlər adətən hər iki əldə olmaqdadır (əsasən çox ışlətdiyimiz əldə rast gəlinə bilinir).. Karpal tunel sindromunda ağırlaşmış hallarda ilərləyən mərhələdə əllərdə ağri ,keylik, gücsüzlüklə yanaşı xəstə isti ,soyuq kimi hissiyyatlari ayird edə bilmir və bu təhlükəli qəzalara gətirib çixara bilir.Xəstə bunu “iynə tutabilmirəm” kimi ifadə edir. |
Karpal Tunel Sindromu kimlərdə görülür ?Karpal tunel sindromu daha çox qadınlarda və 40-60 yaş arasında daha sıx görülür. Şəkər xəstəliyi, revmatoid artrit, hipofiz vəzinin hiperfunksiyalarinda, hipotroidi, köklük, doğum kontrol tablet istifadəçilərində, menopauza dövründəki xanimlarda, gut kimi xəstəliklərdə yanaşi olaraq bu problem yarana bilməkdədir. Hamiləlik dövründə vücudda maye artması karpal tünel içində təzyiq artışına bu da keçici olaraq karpal tunel sindromu əlamətlərinin olmasına yol açır. Diqqət! Əgər hamilə xanımlarda əllərdə uyuşma, keylik, gücsüzlük kimi şikayətlər vardırsa erkən müddətdə həkiminizə bu haqqda məlumat verin! Travma, titrəşimli alət istifadə edən ,əllərini çox işlətmək məcburiyyətində olan peşə sahiblərində, xüsusiylə əl biləyinin davamlı bükülü pozisiyada qaldığı durumlarda (dəmirçi, dülgər, daktilo, klavya istifadəçiləri vb.), siqaret,spirtli içki aludəçilərində bu sindromun yaranma ehtimali yüksəkdir. Eyni zamanda evdar xanimların gördükləri əl işi, ev işi kimi aktivliklər bu sindromun oluşma səbəbləri arasında başda yer almaqdadır. |
Karpal Tunel Sindromunun diaqnozu
Bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasinda aparılır. Bu sindromun diaqnozunun qoyulmasi üçün EMG , bilək MRT (Maqnit Rezonans Tomoqrafiy), USM istifadə olunaraq, xəstəliyin şiddəti və yaranma səbəbi araşdırılır. |
Karpal Tunel Sindromunun müalicəsi
|
Dərman müalicəsi – qeyri –steroid iltihab əleyhinə maddələr, vitamin B6, B12 , diüretik və steroidlər xəstəliyin simptomlarıni erkən mərhələdə yüngülləşdırır.
Biləklik (ortez,breys və ya splint) Erkən mərhələdə əl biləyi hərəkətlərinin məhdutlaşdırılması ücün bilək ortezi istifadə etmək tövsiyyə olunur. Gecə yatarkən breys taxılması əlinizin bükülü vəziyyətdə qalmasını önləyəcək. Əlinizin neytral və ya düz vəziyyətdə qalması karpal tuneldə sinir üzərinə təzyiqi azaldacaqdır. Bəzən şikayətləri artıran günlük hərəkətləri azaltmaq üçün breys gün içində də taxıla bilər.
Fizoterapiya: Ultrasəs, Tens, Maqnitoterapiya, Lazer və. s kimi fizioterapiya proseduraları erkən mərhələlərdə fayda verir.
Stereoid İnyeksiya (iynə vurulma) – Lazim olarsa bilək kanali içərisinə inyeksiya olunan steroid dərmanlar (diprospan,betametazon,synacort və.s) sinir ətrafındaki şişlikleri (ödemi) azaltaraq simptomların yaxşılaşmasına yardımcı olabilir.
Karpal Tunel əməliyyatı?
Bir neçə ay ərzində itməyən və konservativ müalicələrə rağmən dəvam edən karpal tunel sindromlarında əməliyyat lazim olur. Karpal tunel zamanı 3 tipli əməliyyat icra olunur.
1. Açıq əməliyyat – Əməliyyat yerli və ümumi anesteziya altinda icra olunur. Bu əməliyyat bir qədər uzun davam edə bilir (20-30 dəq) və qanli, aciq əməliyyat hesab olunur. Yara böyuk oldugu ucun (6 sm) xəstənin ağrısı ç ox ola bilir və yaranın sağalmasi bir qədər gec ola bilər. Yaranin çapiği kobud, qalın və uzun olduğu üçün xəstəni daima narahat edə bilər. |
2. Mini-Open – Əməliyyat yerli və regionar anesteziya ilə böyüdücü cihazlarin yəni , mikroskop və ya lupalar vasitəsiylə icra olunur. Əməliyyat təqribən 10-15 dəq davam edir. Əməliyyat yarasi kiçik olur ( 1.5- 2sm) .Əməliyyatdan sorna xəstənin sağalma müddəti açıq əməliyyata nisbətən daha tez olur. Mikroskopun üstünlüyü odur ki, gecikdirilmiş hallarda median sinirin qalınlaşmış sinir qilafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyyatdan 5 saat sonra xəstə evə yazılır. Neyrocərrah prof. Əliosman Qədimbəyli zeiss opmio vario 700 mikroskopu ilə tam ağrısız olaraq mikrocərrahi əməliyyatları icra etməkdədir.
3. Endoskopik Əməliyyat – Regionar anesteziya ilə 1 sm kicik məsafədən endoskop vasitəsilə 5-10 dəq ərzində müdaxilə olunur. Ağrisiz və qansiz əməliyyat hesab olunur. Yuxarıdakı açiq və mikrocərrahi əməliyyatlara görə, əməliyyat sonrasi xəstəni ciddi bir ağrisi , diskomfortu olmur və xəstənin sağalma müddəti daha qısa olur. Əməliyyatdan 3 saat sonra xəstə evə yazılır.Neyrocərrah prof. Əliosman Qədimbəyli Amerikann Arthrex endoskopik cihazı vasitəsiylə endoskopik karpal tunel əməliyyatlarını icra etməkdədir.
Diqqət: Butun tip karpal tunel əməliyyatlarinindakı əsas məqsəd və gedişat aşağıda qeyd olunub!!!
Əməliyyat zamanı ovuc içi – əl biləyi arasindan qisa məsafədən karpal tünelə çatılır və tünelin üstünü təşkil edən transvers karpal ligament (köndələn bilək bağı) insizyona ugradilaraq karpal tünel açılır və beləliklə sıxılmaqda olan median sinir azad olunur. Gecikdirilmiş hallarda isə median sinirin qalınlaşmış sinir qilafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyat sonrası şikayətlərin keçməsi həmin dəqiqə olmaz. Adətən əməliyyat sonrası ilk ay içində əməliyyata bağlı şişkinliklə (ödemlə) əlaqədar sinirdəki sıxışma davam edəcəyindən şikayetlərdə qismən artma olabilir (buna görədə xəstələrin luzumsuz olaraq narahat olmasina dəyməz).
Ancaq birinci aydan sonra şikayətlərdə ciddi dərəcədə bir azalma hissedilir və xəstə rahatlaşmış olur. Tam sağalma mərhələsi əməliyyatin xəstə tərəfindən gecikdirilmə müddətində ,yəni dolayi olaraq sinir uzun müddət sixilma müddətindən asili olaraq əməliyyatdan sonra təqribən 3-6 ay arasında dəyişəbilir. Bəzən çox ağır və gecikdirilmiş xəstələrdə əməliyyatdan sonra şikayətlər əksər hissəsi azalmaqla beraber tam olaraq ortadan qalxmaya bilər.Ona görədə erkən müddətdə əməliyyat etdirmək daha faydali ola bilir. |
Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr
|
|
|
|
|
|
|
|
|
|
|
Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri
Əl, əl biləyi və barmaqları gücləndirici idmanlar edərək əzələlər qüvvətləndirilməlidir. Bu nöqtələri hərəkətsiz buraxmamaq qorunmadakı digər önəmli nöqtələrdir. Xəstəlik başladıqdan sonra özəlliklə olunması gərəkən xüsusi idmanlar yoxdur. Karpal tünel sindromunun yaranmasını əngəlləmək üçün idmanlar olunmalıdır.
|
|
|
|