• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Boyun Ostexondrozu və baş ağrıları

Servikal Baş Ağrısı

Xroniki baş ağrılarının 15-18%-i boyun (servikal) mənşəlidir. Bu ağrıların yaranma səbəbi boyunda olan əzələ və sümük sistemində olan disfunksiya ilə əlaqəlidir. Boyun mənşəli baş ağrılarının özünə məxsus xarakteristikasi vardır.

Ağrının xarakteri

  1. Ağrınının bir tərəfli olması
  2. Boyundan başlayaraq ənsə təpə alına doğru davam etməsi
  3. Ağrının sıxıcı və ya küt xarakterdə olması
  4. Boyun hərəkətiylə baş ağrısının artması
  5. Isti və ya boyun bolgesinin masaj olunmasiyla ağrının azalması

Yuxarıda sadalanan simtomlardan ən azı ikisinin olmasi xəstənin lazımı mütəxəsisə müraciət etməsinin lazım olduğunu bildirir.

Müalicə zamanı aşağıdaki yöntəmlər istifadə olunur:

  1. Yerli blokada
  2. Fizioterapiya
  3. Akupunktura
  4. Masaj
  5. Duruş pozuntusunun aradan qaldırılması
  6. Idman
  7. Qidalanma və dieta
  8. Yuxu pozisiyasını doğru seçilməsi (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə” bölməsində izah olunmuşdur.)

boyun-ostexondrozu-bash-agrisi-1

Gərilim baş ağrısı

Boyun problemi olan xəstələrdə digər rast gəlinən patalogiyalardan birisi gərlim tipli baş ağrısıdır. Gərilim tipli baş ağrısının yaranmasinda əsas iki nəzəriyyə mövcuddur.

  1. Mərkəzi mənşəli
  2. Periferik mənşəli

boyun-ostexondrozu-bash-agrisi-2

  1. Mərkəzi mənşəlidə yaranma səbəbi beyində olan serotonin adli mediatorun çatmamazliğiyla əlaqədardir.
  2. Periferik mənşəlidə isə boyun nahiyyəsində olan əzələ ,sümük sistemində olan disfunksiya ilə əlaqədardır. Belə ki,normalda vücudumuzdaki əzələlərin əksər hissəsi çalışmadığı zaman tamamən relaksasiya olur. Ancaq ‘ağırlıq qüvvəsi ilə əlaqədar yer çəkiminə qarşı müqavimət göstərən əzələlər’ olaraq bilinən və boyun əzələləri də daxil olmaqla bəzı əzələlər vücudumuzu dik vəziyyətdə tutmaq üçün daima çalışmaq məcburiyyətindədir. Gərilim tipli başa ağrisinin yaranma səbəblərindən birini araşdırmacı alimlər boyun əzələlərinin həddindən çox, doğru olmayan vəziyyətdə çalişaraq yorulmasiya əlaqələndirilər. İnsan hər hansı bir mövzu ilə əlaqədar narahat olduqda, stres yaşadıqda, kədərləndiyində əzələləri normadan daha çox sıxılmağa, yığılmağa, gərilməyə məruz qalır. Bu halda, əzələlərin başın arxa hissəsinə birləşdiyi yerdə gərginlik yaratmasına səbəb olur. Bununla əlaqədar olaraq əzələlərin yapışma yerləri həssas ve ağrılı hala gəlir. Ağrı çox şiddətləndiyində boyundan yuxarı başın arxa qisminə və önə alına doğru yayılır, hətta bəzən ağrının gözlərinin arxa hissəsində hissedildiyi söylənilir.

Gərilim baş ağrısının xarakteristikası

  • Baş ağrıları 30 dəqdən 7 günə qədər davam edir
  • Aşağıdaki simptomlardan ən azı ikisinin varlığı
  • Ikitərəfli lokalizasiyalı ağrı
  • Sıxıcı/küt xarakterli ağrı
  • Yüngül və ya orta intensivlikdə olmalı
  • Fiziki aktivlik ağrını artırmaz*(gəzmək,pilləkən qalxmaq)
  • Ürək bulanma və qusma müşahidə edilmir
  • Səs və işiq qiciqlandirmaz

 

boyun-ostexondrozu-bash-agrisi-3

Müalicə

Xüsusiylə, stres boyun əzələlərində gərilməyə səbəb olur ki, bu da boyun ağrısı və gərilim baş ağrısını meydana gətiri. Bu şəkildə yaranan ağrılarda yerli inyeksiyalar, relaksasiya edici idmanlar, fizioterapiya, masaj, antidepresant və əzələ relaksasiya edici dərmanlar faydalı olmaqdadırlar. (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə” bölməsində izah olunmuşdur.)

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53