Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun incinməsi (Whiplash)
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Boyun Ostexondrozu və baş ağrıları
Boyun disk yırtığı
Boyun yırtığı nədir?
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı (servikal stenoz)
Boyun yırtığında idmanlar
Bel ağrıları
Bel yırtığı - fəqərə arası disk yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Bel kanal darlığı (stenoz)
Bel fəqərə sürüşməsi (listezis)
Bel yırtığında idmanlar
Fibromiyalgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya (MRT)
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)
Ankilozan spondilit

Spondilolistezis nədir?

Onurğa sütunumuz fəqərələrdən təşkil olunmuşdur. Bu fəqərələrin ön və arxa səthləri bir xətt üzrə bir birinin tam üstündə olacaq şəkildə düzülmüşdür. Bəzi xəstəliklərdə onurğanın hər hansı bir bölümündə ardıcıl yerləşən iki fəqərə bir-birinin üzərində önə və ya arxaya doğru sürüşür və buna görə də fəqərələrin düzüldüyü xətti ardicıllıq pozulur. Buna tibbi olaraq spondilolistezis deyilir. Spondilolistezis sözü iki kəlimənin birləşməsindən əmələ gəlir. Belə ki, latinca spondylo–fəqərə, listezis–sürüşmə sözlərinin birləşməsindən “fəqərə sürüşməsi” anlamina gəlir . Fəqərə sürüşməsi ən çox bel nahiyyəsində rast gəlinir daha çox da belin omaya birləşdiyi fəqərədə rast gəlinməkdədir. Bu da xalq arasinda “bel sümüyünün sürüşməsi” kimi taninmaqdadır.

spondil

Bel fəqərə sürüşməsinin yaranma səbəbləri

Bel fəqərə sürüşməsinin yaranmasında bir cox səbəblər vardır. Doğuşdan gələn spondylolizis, yaşla əlaqədar olan degenerativ dəyişikliklər, travma və s. səbəblər buna gətirib çıxarır. Birdəki mövcud problemin provakasiyasına səbəb ola bilən faktorlar vardir. Belə ki,bel sürüşməsi doğuştan oluşabiləcəyi kimi yıxılma , qəza, travma və ya ağır doğum sonucunda da yaranabilər. Uşaqlıqdan hər bir insan yıxıla bilər və bunun nətəcəsində bir sürüşmə meydana gələ bilər. Bu sürüşmə bir ömür boyu sabit qalabilər və ya hayatımızın bir dönəmində hərəkətli hala gələbilir. Xüsusiylə qadınlarda menopauza sonrası və ya erkəklərdə də sümük əriməsi sonrası bu sürüşmə aktiv hala gəlir və daha hərəkətli olmaya başlar.

Bel fəqərə sürüşməsinin əlamətləri

Bir fəqərənin digər fəqərəyə görə önə və ya arxaya sürüşməsi nəticəsində onurğa kanalı və ya sinir dəliyini daraldaraq buradan keçən dural kisə və sinir kökcüklərinin sıxılması baş verir. Eyni zamanda əgər sürüşən fəqərələr bir biri üzərində qeyri stabildirsə bu zaman ayaq üstə dayanma ,hərəkət zamani bel yorğunluğu,bel ağrisi ,bel üzülməsi və həmən xəstənin oturub dincəlməyə yer axtarmasi şikayətləri olur.

spondil-2

Sürüşən kanalda sinirlər sıxıldığına görə xəstələr ayaqlarinda uyuşma ,keylik, yandirma , göynətmə, iynə batirma, tikan batma, soyuqluq, ayağda sanki həşarat gəzirmiş kimi hissi pozuntular, yürümə məsafəsinin azalmasi ,ayaqda ,baldir və bud əzələlərində ağrılarin olmasindan şikayət edirlər. Gecə vaxti bəzi hallarda baldir əzələlərindəki kramplarin (əzələ qicolmasi) yaranmasina da gətirib çixarir.

Sürüşmə nəticəsində onurğa kanali daraldiğina görə “neyrogenik kladikasyo” deyilən simptomatika meydana gəlir. Belə ki, xəstə gəzərkən bel ağrisi, ayaqlarda uyuşma, keylik, ağri əmələ gəlir. Buna görə xəstələr əvvəl zamanlar oturmağa meyl göstərir. Çünki oturub dingələrkən sinirlərdəki kompressiya ilə əlaqədar olan qan dövraninda olan durğunluq, ödem azalir deyə ağri itir.Bundan sonra xəstə yenə də yoluna davam edir.Bir müddət yeridikdən sonra eyni proseslər təkrarlanir.Burada yürümə məsafəsi çox önəmlidir. Xəstələr əvvəllər gəzmə məsafəsinin 500 metr ,sonralara isə xəstəlik irəlilədikcə yürümə məsafəsinin 100 metr və.s qədər azalmasini qeyd edir.

spondil-3Buna başqa adla “Vitrin Xəstəliyi” də deyilir .Belə deyilməsinə səbəb, yolda gəzən qadinlar ağrilari, uyuşmalari, keylikləri artdiğina görə anlamsız yerə durmaq əvəzinə vitrinə baxirlarmiş kimi dükkan önündə dayanaraq əllərini bellərinə qoyaraq kürəklərinin geriye doğru ataraq qismən də olsun rahatlaşmağa çalışmaqdadırlar Ağri azaldiqdan sonra yenə yollarina davam edirlər. Bunu edərkəndə dayanma səbəblərinin ağri olmasini bəlli etməməkləri üçün vitrin önündə dayanmalarini tərcih etdikləri üçün başqa adla vitrin xəstəliyi kimi də taninmaqdadir.

Diqqət: Uzun müddət ayaqda durmaqla,uzun müddət oturmaqla ayaqlarda yaranan uyuşukluklar, yanmalar,ağrilar bel sürüşməsinin əlaməti ola bilər .Ona görə də ,belə hallarda mütləq bir şəkildə ixtisasli bir mütəxəsislə məsləhətləşin.

spondil-4

Bel fəqərə sürüşməsinin diaqnostikası

Spondilolistezisin- bel sürüşməsinin diaqnozu qoyulması üçün əvvəlcə həkim şikayətinizi dinləyəcəkdir. Bundan sonra xəstəliyin yaranma tarixini yəni anamnezi toplayacaq, nevroloji müayinə edəcək, ardından sizin kliniki dəyərləndirmənizin nəticəsinə uyğun olaraq qan analizi, radioloji müayinələr istəyə bilər. Spondilolistezisin (bel sürüşməsinin) diaqnozunun qoyulmasi üçün ilkin olaraq rentgenoqrafik müayinə yetərlidir. Rentgen vasitəsiylə sürürüşmənin varliğini və dərəcəsini təyin etmək mümkündür. Ancak etyopatoloji, disk ve diğer onurğa bağlari ,və sinir elementlərinin dəyərləndirilməsi üçün digər müayinələrdən Mrt ,KT və Emq istifadə oluna bilinir. Bunu həkimininz sizi müayinə etdikdən sonra qərar verərcəkdir.

spondil-5Ayaq üstə çəkilən iki yönlü rentgenografiya oldukca dəyərlidir. Pars interartikülaris’teki defekti ortaya qoymaq üçün çəp grafiyalar gərəkir. Oblik (çəp) grafiyada anatomik elementlər “İskoç Köpəyi” görüntüsü verir. Köpəyin boynuna uygun gələn hissə isthmustdur. İsthmusdaki qırıq ya da uzanma bu grafiyada dəqiq olaraq görülür. spondil-6Qeyri-stabil listezisdə uzanmiş vəziyyətdə çəkilən rentgendə sürüşmə görülməsə də, ayaqüstə çəkilən rentgen müayinəsində filmlərde sürüşmə görülebilir.Bəzi hallarda ayaqüstə çəkilən rentgen filmində sürüşmə görülməyə bilər bu halda tam önə əyilmə (fleksiyonda) və tam arxaya əyilmə (hiperekstansiyon) zamani çəkiləcək dinamik rentgenoqrammalarda fəqərə sürüşməsinin özününün biruzə verərək aşkarlanmasi ,ya da mövcud olan fəqərə sürüşməsinin miqdarının dəyişməsi ilə qeyri-stabillik haqqında bilgi almaq mümkün olur. Spondilolistezisdə prognozun və müalicə taktikasinin təyin olunmasında radioloji dəyərləndirmə metodlari istifadə olunur. Bu yöntəmlərdən bəziləri:

Meyerding sinifləndirməsı:
Fəqərə sürüşməsinin dərəcəsinə görə icra olunan bir dəyərləndirmədir. Oynaq səthinin % 25 indən daha az sürüşməsi 1-ci dərəcə, %25-50 arası 2-ci dərəcə, %50-75 arası 3. dərəcə və daha cox olması halında 4-cü dərəcə olaraq dəyərləndirilir.ekil-2: Meyerding sınıflandırması.

spondil-7
Komputer Tomografiya (KT)
Patolojiyi ortaya koymak için transvers görüntülere gerek duyulabilir. Onurğanın arxa elemenlərindəki bir qırıq radyografik görüntülərdə gözdən qaça bilər. Spinal kanalın durumu haqqında bilgi verir. KT heç bir zaman spondilolistezisin tanısında tək başına dəyərli bir yöntəm deyildir. Maqnit Rezonans Tomoqrafiya (MRT) Disk patologiyalarinı və ligamanlarin , dural kisə və sinir kökcüklərinin dəyərləndirilməsində istifadə olunur. Spinal stenozun belirlenmesinde önemlidir.

Bel fəqərə sürüşməsinin müalicəsi

Bel fəqərə sürüşməsi, həyat konfortunu azaldan, xəstənin günlük işlərini və yeriməsinə təsir edən, gecələri ağrılarıyla əlaqədar oyanmaqla əlaqədar yuxusuzluq və yorğunluqlara yol açan bir onurğa patologiyasıdır. Müalicəsində müxtılif metodlar, xəstənin şikayətinin şiddəti və müayinə əlamətlərinin ağırlığı ilə əlaqədar olaraq tərcih ediləbilinməkdədir.

  1. Dərman müalicəsi və istirahət
  2. Bel korseti istifadəsi- metal çubuklu lumbostat korset
  3. Fizioterapiya
  4. Epidural və ya selektiv kök blokadasi ilə sıxışan sinirlərə yönəlik inyeksiya
  5. Sıxılan onurğa beyni və sinirlərə yönəlik sadəcə dekompressiya
  6. Dekompressiya + metal implant vida (xalq arasinda “platin”) yardımı ilə sürüşən fəqərənin bərpası

Müalicə planlamasında prognozu təyin edən risk faktorlarının bilinməsində fayda vardır:spondil-8

  1. Yaş: Listezis nə qədər erkən yaşda ortaya çıxarsa risq o qədər pisdir. 55 yaş üstündə degenerativ tipdə spondilolistezisin görülmə sıxlığı artar.
  2. Cinsiyyət: qadınlarda görülmə nisbəti daha çoxdur.
  3. Qeyri stabillik varsa listezis ilərləyicidir.
  4. Ümumi anlamda bağ kövşəkliyinin olması.
  5. Sürüşmənin dərəcəsinin çox olması (Meyerding).
  6. Sürüşmə bucağının 40-50 dərəcədən çox olması
  7. Displastik tipdə prognoz pisdir.

Konservativ Müalicə

Az dərəcəli (Meyerding 1 ve 2) spondilolistezisli xəstələrin müalicəsi konservativtir. Bu xəstələrdə nevroloji əlamət yoxdur və ağrı azdir. Müalicəsində analjezik, steroid olmayan iltihab və ağri əleyhinə dərmanlar və eyni zamanda əzələ relaksasiya edən dərmanlardan istifadə olunur. Fizioterapiya,idmanlar, bel qoruma önləmləri və marifləndiriməsi fəqərə sürüşməsi müalicəsində önəmli əhəmiyyətə malikdir.

Cərrahi Müalicə

spondil-9Bel sürüşməsi təyin edildikdən sonra bu bel sürüşməsinin hərəkətli olub olmadığına baxılır. Bel sürüşməsi oluşmuş və hərəkətsiz stabil bir halda isə buna mütləq cərrahi müdaxilə edilməsi gərəkməz. Amma bel sürüşməsi hərəkətli isə xəstənin əməliyyat olunması lazımdır. Əks halda bu hərəkətli olan bel sürüşməsi xəstənin bir müddət sonra yürüməsini tamamən əngəllər və yatağa bağlı hala gətirəbilər, daha da ilərləyərsə cinsi funksiyalarin itməsinə və ya sidik qaçırma kimi istənməyən nəticələri olacaktır.Ona görədə əməliyyat ehtiyaci olan xəstələr zamaninda vaxtinda müdaxilə olunaraq ola biləcək fəsadlardan azad olunmalidirlar. Əks halda fəsad yaranarsa onun bərpasi uzun müddət vaxt alacaqdir.Buna görə hansi hallarda əməliyyat olunmalidirlar

Fəqərə Sürüşməsində Əməliyyata Göstəriş

  • İnatcı və konservativ müalicə effekt vermeyen ağrı,
  • Nevroloji defisitlərin yaranması,
  • %50 den çox sürüşmə(Meyerdind 3 ve 4),
  • Fəqərə sürüşməsininartması (progresyon),
  • Qeyri stabilliyin olması,
  • Postural deformitenin gəlişməsi.

Cerrahi müalicə seçənəkləri, spondilolistezis’in tipinə və dərəcəsinə görə dəyişir. Nevroloji tutulumun olmasıda cərrahi texnikani dəyiştiəebilir. Uygulanan yöntəmlər belədir:

spondil-10

spondil-11

Cərrahiyyədə əsas məqsəd əgər sinir və onurğa kanali sixişmasi varsa əvvəlcə fəqərə qövsü götürülürək (laminektomiya) dekompressiya olunur. Sinir kokcuyu faset oynağinin hipertrofiyasiyla əlaqədar sixilirsa o zaman medial fasetektomiya icra olunaraq həmin səviyyədə sinir kokcükləri dekompressiya olunur. Fəqərədə olan sürüşmənin irəliləməsinin və qeyri stabilliklə əlaqədar simptomatikanin aradan qaldirilması üçün vida və rodlarin köməkliyi ilə fəqərələrə fiksasiya icra olunur ki, buda füzyon üçün önəmlidir. Buna tibb olaraq transpedikulyar fiksasiya deyilir. Lazim gələrsə listezislərdə digər tipli əməliyyatlarda icra olunur, Posterior lomber interbody füzyon (PLIF), Transforaminal lomber interbody füzyon (TLIF), Anterior lomber interbody füzyon (ALIF)

Bir Xəstənin Tarixçəsi

Diaqnoz: L4 fəqərəsinin anteriolistezisi, L4-L5 fəqərə arasi disk səviyyəsində onurğa kanalin daralmasi

Anamnez və Şikayət; 47 yaşli qadin xəstə bel və sağ ayaq ağrısından, yerişin çətinləşməsindən, yerimə zamani belin üzülməsindən, ayaqlarda əmələ gələn keylikdən, gəzmə məsafəsinin əvvəlki illərə baxmiş azalmasından şikayət edir. Xəstənin çəkisi 120 kq, hipertoniya (arterial təzyiqi 150 ~80 mm.c.süt), şəkərli diabetdən əziyyət çəkir.

Bel-omba Mrt müayinəsi: Mrt-də L4 fəqərəsinin önə spondilolistezis aşkar olundu.

spondil-13

Cərrahi Müdaxilə: Bizim klinikada xəstə anestezioloq tərəfindən əməliyyat önü dəyərləndirildikdən sonra əməliyyata alindi. Xəstəyə əməliyyat daxili C-qollu skopiya nəzarətində L4- L5 transpedikulyar fiksasiya və L4 fəqərəsi laminektomiyası icra olundu. Əməliyyat 2 saat yaxin davam etdi. Əməliyyat fəsadsiz və ugurlu keçdi.

Əməliyyatdan Sonrakı Dövr: Əməliyyatdan 8 saat sonra xəstə aktivləşdirildi və gəzdirildi. Ağrilari yoxdur .Lazimi məsləhətlər verərək bir gun sonra xəstə evə göndərildi.

spondil-14

t.e.d Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 66 68

Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun incinməsi (Whiplash)
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Boyun Ostexondrozu və baş ağrıları
Boyun disk yırtığı
Boyun yırtığı nədir?
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı (servikal stenoz)
Boyun yırtığında idmanlar
Bel ağrıları
Bel yırtığı - fəqərə arası disk yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Bel kanal darlığı (stenoz)
Bel fəqərə sürüşməsi (listezis)
Bel yırtığında idmanlar
Fibromiyalgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya (MRT)
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)
Ankilozan spondilit
© 2019 Neyrocərrah Əliosman Qədimbəyli. Materiallardan istifadə olunduqda istinad vacibdir.
Sayta texniki dəstək: OKmedia