• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Boyun yırtığında Naftalan vannaların təsiri

Naftalan tünd qəhvəyi rəngdə spesifik qoxulu, qatı məhlul olub, normal temperaturda uzun müddət fiziki və kimyəvi xüsusiyyətlərini qoruya bilən neft növüdür. Naftalanın əsas müalicəvi xüsusiyyəti onun tərkibində olan naften karbohidrogenləri və xüsusən tsiklopentanperhidrofenantrelə bağlıdır. Bu maddə orqanizmdə olan bir sıra əhəmiyyətli maddələrlə bənzər quruluşa malik olub bu maddələrin endogen sintezi zamanı artalıq məhsul olaraq istifadə olunur. Naftalan orqanizmə iki əsas yolla: reflektor və rezorbtiv ilaraq təsir göstərir. Bu neft iltiha əleyhinə, spazmolitik, analgetik, regenerasiyaedici, immunimodulyasiyaedici, bakterisid təsir göstərir, reologiyanı, mikrosirkulyasiyanı yaxşılaşdırır, antioksidant və s. effektlərə malik olub 100-ə yaxın xəstəliyin müalicəsində uğurla istifadə olunur.

Hansı Xəstəliklərdə Tətbiq Olunur?

I. Sümük əzələ sistemi xəstəlikləri: Boyun ağrıları, onurğa sütununun ostexondrozu, spondiloz, spondiloartroz, ankilozlaşdırıcı spondiloartrit, disk protruziyası, yumuşaq toxuma xəstəlikləri (bursit, tendovaginit, miozit, miofasssial sindrom), revmatoid artrit, postravmatik artrit, deformasiyaedici poliosteoartroz, podaqra.
II.Periferik sinir sistemi xəstəlikləri: Nevrit, radikülit, pleksit
III.Periferik damar xəstəlikləri: Obliterasiya edici endoarterit və aşağı ətraf arteriyalarının aterosklerozu tromboflebit, reyno sindromu.
IV. Dəri xəstəlikləri: Psoriaz, ekzema, atopik dermatitlər, neyrodermit.
V.Ginekoliji və uroloji xəstəliklər: İltihabi xəstəliklər (adneksit, salpingooforit, yumurtalıqların disfunksiyası, Pelvik peritoneal yapışıqlıqlar, boru sonsuzluqları, prostatit. Diqqət! Naftalan yuxarıdaki xəstəliklərimn kəskinləşmə mərhələrində olmaz.

Naftalan vannasına əks göstərişlər:

  1. Bütün xəstəliklərin kəskin və yaramkəskin dövründə
  2. Şiş xəstəliklərində
  3. Vərəm xəstəliyi
  4. Qan xəstəlikləri
  5. Psixi xəstəliklər, Epilepsiya
  6. Zührəvi xəstəliklər, QİÇS, siflis. Hepatit C
  7. Böyrək və qaraciyər çatışmazlıq
  8. Mərkəzi sinir sisitemi xəstəlikləri zamanı (daрınıq skleroz, siringomiyeli, ALS), beyin qan dövranı pozрunluрu
  9. Hipertoniya xəstəliyi
  10. Miokard infarktı
  11. Xronik koronar çatəşmazlıq
  12. Atriyal fibrilyasiya, Paroksismal taxikardiya, Atrioventrikülyarr blokadalar Zob (nodüler, diffüz).
  13. Uşaqlıq fibroması, poliplər
  14. Hamiləlik və südvermə mərh
  15. Mastopatiya
  16. Prostat adenoması

Naftalanın tətbiq olunma metodu:

  1. Naftalan vanası; Naftalan vanaları 37-38 dərəcə temperaturda verilir.Müalicə kursu 10-12 seansdan,hər seans isə 10-12 dəqiqədən ibarət olur.Vanna qəbulundan sonra xəstələr yuyunaraq istirahət edirlər.
  2. Naftalanın yerli tətbiqi: Naftalan nefti bədənin müxtəlif nahiyyələrinə yaxıldıqdan sonra

Diqqət:

  1. Naftalan orqanizmi tərlətdiyi üçün qalın geyinmək və isti çay içmək tövsiyyə olunmur, çünki bu vücudun zəifləməsinə səbəb ola bilər. Susuzluq hissiyatı olarsa prosedura bitdikdən 1 saat sonra mineral su və ya orta dərəcədə qaynadılmış su içmək olar.
  2. Müalicə müddətində spirtli içkilər,siqaret , çox yağlı və ədviyyatlı yeməklər, məsləhət görülmür;çünki bunlar naftalan neftinin təsiri ilə bədəndə yaranan müsbət yönlü reaksiyalara mənfi təsir göstərir.
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53