• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Bel Yırtığının Fizioterapiyası

Bel fəqərə arası disk yırtıqlarının müalicəsində fizioterapiya mühüm əhəmiyyət kəsb edir. Xəstələrin böyük əksəriyəti həkim tərəfindən müayinə edildikdən sonra bilavasitə həkimin istəyi və nəzarəti ilə icra olunan fizioterapevtik müalicələrdə disk yırtıqlarının sovrulma və yaxud ölçülərinin kiçilməsi ehtimalı yüksəkdir. Ümumiyyətlə Avropada onurğa cəmiyyətlərində mütəxəsislər tərəfindən aparılmış tədqiqatlar göstərir ki, disk yırtığı olan xəstədə əgər ciddi dərəcədə nevroloji defisitlər yoxdursa xəstələr mütləq səkildə 4-6 həftə arasında fizioterapiya almaları tövsiyyə olunur. Belə ki, xəstələrin böyük əksəriyyəti bu dövr ərzində əməliyyatsiz sağalma şansları vardır.

Bel yırtığında hansı fizioterapiyalar tətbiq olunur

  • TENS, interferens kimi aşağı və orta tezlikli cərəyanlar
  • Ultrasəs, Qısa Dalğa kimi dərin isidicilər
  • Parafin, infraqirmizi şüalar kimi səthi isidicilər
  • Biofeedback
  • Elektroneyrostimulyasiya
  • Hidromassaj
  • Lomber traksiya

Fizoterapiyaya gələn xəstə ilk olaraq müayinə edilir, bundan sonra nevropatoloq, neyrocərrah, ortoped, fizioterapevtin birgə rəyi əsasında proseduralar təyin olunur. Müalicə planına: fizioterpiya ilə birlikdə xəstəyə müalicə idmanı və gündəlik davranışa aid tövsiyyələr verilir.

Ultrasəs

Ultrasəsin müalicəvi effekti yüksək tezlikli səs dalğalarına (0. 5-3. 5 MHz) tətbiqinə əsaslanmışdır. Ultrasəs dalğalarının əzələ, oynaq və sümük kimi toxumalara nüfuz edərək hüceyrə səviyyəsində mikromassaj həyata keçirir və yerli mübadilə, eliminasiya proseslərini sürətləndirir, spazmolitik və iltihab əleyhinə təsir göstərir.

Ultrasəs vasitəsilə problemli nahiyəyə müxtəlif dərman maddələri yeridilə bilirnir ki, buna da fonoforez deyilir. Bu zaman müalicəvi preparatlar daha dərin toxumalara nüfuz edir ki, nəticədə müalicənin effektivliyi yüksəlmiş olur. Yayğın olaraq istifadə edilən məlhəmlərdən biri də karipaindir (karipazim). Bu kremin effektivliyi ilə əlaqədar müxtəlif diskussiyalar mövcuddur. Bəzi xəstələrdə effekt olsa da bir qisim xəstədə effekt görülməyə də bilinir. Ona görə də, həkim tərəfindənxəstəyə təyin olunması daha məqsədə uyğundur.

Ultrasəs təyin edərkən prosedurun vaxtı, dozası, hansi metod ilə (labil və ya stabil) aparılacağı həkim tərəfindən təyin edilir. Beldə aparılan proseduralar əsasən labil metodika ilə, impluslu rejimdə 10 dəq ərzində 0, 6 V/t sm2 dozada təyin edilir.

Qısa Dalğalı Diatermiya

Elektromaqnit enerjisini istilik enerjisinə çevirən bir dərin isitmə metodudur. Təsiri: Ağrını götürmək, əzələ spazmını və sərtliklərini yumuşaltmaq, oynaq sərtliklərini azaltmaq, əməliyyat sonrası şişlik və ağrını azaltmaq, zədələnmiş toxumaların yaxşılaşmasını sürətləndirməkdir.


1. Dərin toxumalarda temperatur 40-45 C dərəcəyə qədər yüksəlir, ancaq dəri və dərialtı piy toxumasi çox az qızdığı üçün, xəstə yalnız xoş bir istilik hiss edər .
2. Proseduranın ortamüddəti 15-30 dəqiqədir

Aşağı Tezlikli Elektrik Cərəyanları

  • TENS
  • İnterferens
  • Diyadinamik cərəyan

Aşağı Tezlikli Elektrikcərəyanları fizioterapiyada, əzələ və sinir toxumalarını stimulyasiya etmək üçün tətbiq olunur. Təsiri:Əzələri stimulyasiya edici, ağrı kəsici, qan dövranı yaxşılaşdırıcı, ödəm azaldıcı təsiri ilə sümük-əzələ, periferik sinir sisteminin bir çox xəstəliklərinin və disk yırtıqlarının müalicəsində istifadə olunur.

Traksiya (Dartma)

Xüsusi monitorlaşmış çəkmə sisteminin vasitəsiylə lazım olan bölgədə əzələ spazmını azaltmaq və dekompressiya yaratmaq məqsədilə tətbiq olunur ki, bu da kompression-mexaniki ağrılar zamanı çox faydalı ola bilir.

Təsir mexanizmi:

  • Fəqərələrin arxa oynaqlarını (faset eklemleri) bir-birinden ayıraraq, üzərinə düşən yükü azaltmaq
  • Əzələ və bağları gərmək
  • Bağaltı disk protruziyalardavə bəzi bağaltı disk yırtıqlarında faydalı ola bilir

Diqqət! Hər bel yırtığında bel dartması olmaz. Çox təhlükəlidir yalnız həkim tövsiyəsi əsasında icra olunmalıdır. Əks təqdirdə ayaqlarda iflic vermə ehtimalı vardır. Bəzi xəstələr təəssüflər olsun ki, ara həkimlərdə, loğmanlarda bellərini çəkdirilər. Bunlar həyat üçün təhlükəlidir. İnsanı əlil vəziyyətə gətirib çıxara bilərlər.

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53