Professor, Doktor, Neyrocərrah Əliosman Qədimbəyli kimdir?
Əliosman Qədimbəyli Elbəniz oğlunun Şəki şəhərində anadan olmuşdur. Şəki şəhər 2 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə 2001 ci ildə daxil olmuş və 2006-cı ildə fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir. İxtisasca neyrocərrahdır. Bundan sonra ixtisasının təkmilləşməsi üçün Turkiyədə Ege Universitetində əlavə olaraq təhsil alaraq müasir neyrocərrahiyyənin ən son nəaliyyətlərinə yiyələnmişdir. Türkiyədə ixtisasını təkmilləşdirib tamamladıqdan sonra Avropanın bəzi ölkələrində müxtəlif kurslarda iştirak etmişdir.
Baş beyin, onurğa sütunu və periferik sinirlər üzrə cərrahi əməliyyatları icra etməkdədir.
Neyrocərrah Əliosman Qədimbəyli 2014 cu ildə İ. M. Seçenov adına “Birinci Moskva Dövlət Tibb Universiteti”ndə namizədlik dissertasiyasını müdafiə ederək “Tibb Elmləri Namizədi” elmi dərəcəsini (PhD) əldə etmişdir. Bundan sonra neyrocərrah Əliosman Qədimbəyli 2019-cu ildə eyni universitetdə doktorluk dissertasiyasını müdafiə ederək “Tibb Elmleri Doktoru” alimlik (MD) dərəcəsi əldə etmişdir. Neyrocərrah, Dr. Əliosman Qədimbəyli yüksək elm, təhsil göstəricilərinə və neyrocərrahiyyənin onurğa cərrahiyyəsi sahəsində icra etdiyi dünya əhəmiyyətli elmi-tədqiqat, araşdırma və tədris işlərinə görə 2021-ci ildə İ. M. Seçenov adına “Birinci Moskva Dövlət Tibb Universiteti” tərəfindən (Первый Московский государственный медицинский университет имени И. М. Сеченова) fəxri Professoru adı ilə təltif olunmuşdur
İlk dəfə olaraq Azərbaycanda fransız üsulu olan discogelin tətbiqi ilə disk yırtıqlarının (qrijalarının) əməliyyatsız olaraq mualicəsini həyata keçirməkdədir. Eyni zamanda bel ve boyun disk yırtıqlarının qansız, ağrısız olaraq Amerikanın Medtronik Medfix Şirkətinin tubular retraktor və mikrocərrahi sistemi ilə minimal invaziv mikrocərrahiyyəsini (MİSS) 15 dəq ərzində Almaniyanin Zeiss Opmio vario 700 mikroskopu ilə həyata keçirməkdədir..
Neyrocərrah Əliosman Qədimbəyli ilk dəfə Amerikanın Arthrex endoskopik cihazı vasitəsiylə əllərində uyuşma , keyləşmə ,sızıldama , barmaq ağrısı olan karpal tunel diaqnozu olan xəstələri endoskopik qapalı əməliyyatlarını icra etməkdədir.
Əliosman Qədimbəylinin İş yeri: Hal hazırda Onurğa Cərrahiyyə Mərkəzinin direktoru olaraq fəaliyyət gostərməkdədir.
Əliosman Qədimbəyli Əlaqə Nömrəsi (telefonu); 0552966668, 0502966668
Daha ətraflı məlumati www.onurga.com saytindan əldə edə bilərsiz