• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

1974-cü il təvəllüdlü dövlət qulluqçusu, Xudiyev Natiq yazır

Əziz , dəyərli doktorum Əliosman Qədimbəyli . Sizə əvvəla qəlbən təşəkkür və minnətdarliğimi bildirirəm. Saytinizi təzə gördüm və bura məktub yazmagi ozümə borc bildim. Ona görə ki, ən azindan minnətdarliğimi bir məktub ilə əvəz edərək sayta yerləşdirim ki, həm təşəkkür olsun həmdə mənim kimi xəstələr qoy vətənini qoyub əməliyyat üçün xarici dövlətlərə üz tutmasinlar , cünki artiq vətənimizdədə sizin kimi xaricdə təhsilləşmiş gözəl mütəxəsislər var.İstədimki qoy insanlarda bilsin ki , Əliosman Həkim kimdir?

Mən 2011 ci ildən bel və sag ayagimda agrim, keyliyim , sag baldirimda getdikcə ariqlama, yerişin çətinləşməsi vardi. Mən bununla əlaqədar osteoxondroz, duzlaşma diaqnozuyla müalicələr aldim, amma hec bir fayda görmədim. Günü gündən agrilar artir yerişim çətinləşir, pisləşirdi. Bundan sonra həkimlərdən biri məni  mrt yə gondərdi. MRT L4- L5 fəqərə arasinda sag tərəfli 5 mm yirtiq vardir. Həkim (ad qeyd etməyəcəm)  baxdi mənə dedi ki bu kiçikdir əməliyyatsiz olaraq sağalacaq. Məni manual terapiya, fizio və bel dartmasi etdi. Amma 5 gundən sonra ağrim bir azda kəskinləşdi. Buna görə  həmin klinikaya getmədim .Bundan sonra mən işdən məzuniyyət götürərək Turkiyəyə Ege universitetinə müraciət etdim.Orada Prof Mehmet Zileli neyrocərrahiyyə kafedrasinin mudürü ilə görüşdüm.Mənə mrt təkrar etdirdikdən sonra yirtigin 5 mm olmasini amma kanalimda darliq olmasi və ayagimda zəiflik olmasi ilə əlaqədar olaraq mənə əməliyyat tövsiyyə etdi.Mən isə əməliyyatdan qorxurdum , cünki deyirdilər ki insan əlil ola bilər. Bunu prof bildirdikdə, o mənə bildirdi ki artiq mikrodiskektomiya əməliyyatindan sonra belə fəsadlar olmur. Mən əməliyyat olunmaq qərarina gəldim. Amma anidən ailəmizdəki bədbəxt hadisə ilə əlaqədar Bakiya qayitmali odum. Bakiya dönüb bu hadisəni ailəmizdə yoluna qoyduqdan sonra Professora zəng etdim əməliyyata gəlmək istədiyimi amma mənim isimlə əlaqədar olaraq sərhəddən kənara cixmaga icazə vermədiklərini onun bura gəlib əməliyyat edə bilərmi sualini verdim, təbiiki professor isi cox vaxti yox idi ona görə bu təklifimi  qəbul etmədi.  Onda sual verdim nə edim? O mənə bildirdiki bizim Azərbaycanda  turk təhsilli neyrocərrah  tələbələrimiz var. Onlardan bir neçəsini eyni zamanda Əliosman Həkimin adini qeyd etdi. Mən bundan sonra araşdirdim və Əliosman həkimin üzərində dayandim. Həkimlə görşdüm bir gün sonra əməliyyat qərari verildi. Mən 25 dəqiqə ərzində, agrisiz, beldən keyləşdirmə ilə disk yirtiği operasiyasini etdirdim. Əliosman həkim məni əməliyyatdan 5 saat sonra qaldiraraq dur gəz dedi,özüm gözümə inanmadim.Agrilarim və keyliyim tam gedib.Bundan sonra mən bir daha əmin oldum ki mənim vətənimdə Əliosman həkim kimi, hətta sədasi ölkəmizdən kənardan gələn həkimlərimiz var. Yenə də öz təşəkkürümü bildirirəm artiq 4 ilə yaxindir həyatim davam edirəm. Həyat və sağlam yaşamaq gözəldir .Hər kəsə sağlam həyat və saytiniza ugurlar arzu edirəm

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53