Xalq təbabətində Osteoxondrozun müalicəsi
Osteoxondrozun müalicəsində dərman bitkilərinin dəmləmələrindən həm daxilə qəbul üçün, həm də məlhəmlərin hazırlanması üçün istifadə oluna bilər.
Yerli müalicədə istidadə olunan məlhəm:
Böyük bağayarpağı və at pıtrağı kökününü hərəsindən 1 xörək qaşığı, gülümbahar çiçəyi və qurd pəncəsinin kökünün hərəsindən 2 xörək qaşığı, dəmrovotu və aptek çobanyastığı çiçəklərinin isə hərəsindən 3 xörək qaşığı götürülüb xırdalanır və qarışdırılır. Alınan yığıntıdan 3 xörək qaşığı götürüb 1 stəkan suda 10-15 dəqiqə vam odda qaynadılır. Odun üzərindən götürüb 1-1,5 saat müddətində dəmlənir və bir neçə qat tənzifdən süzülür. Bişirməyə kərə və bitki yağı əlavə olunur. Alınan məlhəm gündə 3-4 dəfə ağrıyan nahiyələrə çəkilir.

Daxilə istifadə üçün də bir neçə resept var:
Resept – 1
1 kq ağcaqovaq qabığı
1 kq tozağacı qabığı
100 qr palıd qabığı
Komponentləri xırdalayıb qarışdırın. Qarışıqdan 1 xörək qaşığı götürün, üzərinə 1 stəkan qaynar su töküb vam odda 5-7 dəqiqə qaynadın. Süzdükdən sonra dəmləməni gündə 1 dəfə 1/2 stəkan həcmində qəbul edin.
Resept – 2
1 xörək qaşığı cəfəri toxumunu xırdalayıb 1 stəkan qaynar suda 1-2 saat müddətində dəmləyin. 1 desert qaşığından gündə 5-6 dəfə daxilə qəbul edin.
Resept – 3
2 xörək qaşığı quşarmudu meyvəsinin üzərinə 500 ml qaynar su töküb 1-2 saat müddətində dəmləyin və süzün. Gündə 3-4 dəfə 1/3 stəkandan qəbul edin.