• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Tanrı nuruna bürünən həkim-Əliosman Qədimbəyli

Bu məqalə www.agsaqqallar.az saytına istinadən yayımlanmışdır.

Böyük Mövlanə deyir ki, Allaha çatacaq çox yol var, mən bunlardan Eşqi seçdim Sevgi və istəyin bu şəkildə zahiri, irfanda eşq adlanır və bu, məhəbbətin ən yüksək zirvəsidir. İnsanın eşqi böyük olduqda daha səmərəli işlərə yönləndirir özünü və ilahi eşqlə sevə-sevə görür bütün işləri. Belə insanlardan biri haqqında yazacağam bu dəfə.

Med Era Hospitalının öndə olan həkimi neyrocərrah Əliosman Qədimbəyli tanınmış bir həkim olaraq, yüzlərlə xəstələrin könül həkiminə çevrildiyi üçün o qədər də reklama ehtiyacı yoxdu. Çünki o, milli irsə kökləndiyi üçün xeyirxahlığı, insanlığı ruhuna hopduran biridir. Bu nüans onu təcrübəli, səriştəli həkimlikdən öncə göylərə qaldırmış, insanlıq dünyasının seçilənlərindən etmişdir. Neyrocərrahiyyə sahəsi günümüzün reallığında tibbin ən çətin sahələrindən biridir. Bildiyimiz kimi neyrocərrahiyyə tibbin yeni sahəsidir. Artıq  Azərbaycan həkimləri bu sahədə demək olar ki, bütün mərhələlərdə əməliyyat keçirməyə qadirdirlər! Bütün sahələrdə olduğu kimi, dövlət başçısının səhiyyəyə də diqqət və qayğısının təzahürü olaraq, səhiyyəmiz günü-gündən inkişaf edir, xəstələr başqa ölkələrə getmək məcburiyyətindən qurtarmışlar. Eləcə də, bu gün qürurla deyə bilərik ki, neyrocərrahiyyə sahəsində dünya praktikasında tətbiq olunan əməliyyatların 99 faizi Azərbaycanda tətbiq olunur. Əvvəllər bel fəqərə sürüşməsi, onurğa kanalının darlığından, boyun yırtığı, beyin şişlərindən ötrü qonşu xarici ölkələrə müraciət edirdilərsə, artıq bu tip bütün əməliyyatlar Azərbaycanda icra olunur. Çünki xaricdə ixtisaslaşmış gənc kadrlar çoxdur, onlar praktiki əl vərdişlərinə malikdirlər, müasir avadanlıqlarla işləməyi bacarırlar. Bu gün tibbin bütün sahələrində müasir avadanlıqlar və ən önəmlisi güclü savada malik Əliosman həkim kimi həkimlərimiz olduğu üçün xəstələr rahat əməliyyat olunur, müalicə olunurlar.

Təbii ki, bütün sahələrdə öndə gedənə qıcıq, qısqanclıq var. Son zamanlar sosial şəbəkələrdə Əliosman həkimə xəstələr tərəfindən təşəkkürlər, yaxşı həkim olması barədə təriflər gəldikcə, bundan narahat olan bəzi həkimlər  dezinformasiyalı, aqressiv statuslar yazmağa başlamışlar. Hər zamankı kimi, bu da diqqətimdən yayınmadğı üçün bu yazını yazmaq qərarına gəldim. Mənim Əliosman Qədimbəyli ilə şəxsi tanışlığım yoxdu. Heç vaxt üz-üzə belə gəlməmişik. Amma onun tərbiyəsi və əxlaqı, işgüzarlığı və savadı barədə yetərincə məlumatım var. Ən ümdəsi isə, Xoşqədəm Hidayətqızının verlişində ona olan müraciətlərin hamısına müsbət cavabı, təvazökarlığı təqdiredicidir. Adam o qədər mükəmməl dünyagörüşünə sahibdir ki, səbri hər şeydən üstün tutur. Onun susqun cavabı yenə də Mövlanəyə köklənir.  Bildiklərini anlatır, amma ağıl verməyə çalışmır. Söylənənlərə diqqətlə qulaq asır, amma hamısını 

doğru sanmasa da susur. Səssiz qalmaq bir şey bilmədiyi anlamına gəlməz. Kim olursa olsun, bir insanı kiçiltməyi ağılsızlıq hesab edir. “Bu dünyada nəyi çox sevsən, o, sənin imtahanındır. Lazım deyil hər sözü anlatmaq: bir baxış min söz edər baxışdan anlayana. İnsan bir ağaca bənzər ki, kökü sözünün üstündə durmaqdır”-demiş Mövlanə. Və bütün bunları özündə ehtiva edən müdriklik yolunda yürüyən Əliosman Qədimbəyli daha çox xəstəyə şəfa verməyə çalışır. Bütün diqqət və qayğısını onlara yönəldib. Vaxtını, istirahətini onlara sərf etməkdən məmnunluq duyur. Bir əxlaqın nizamı nə qədər ilahi mənşəlidirsə, bir həkimin səbri də o qədər olmalıdır- deyir Əliosman həkim. Biz “Türk dünyası ağsaqqalları” qəzeti redaksiyasına imkansiz ailələrdən olunan müraciətlərə əsasən bir neçə xəstəni Əliosman bəyə  ünvanladıq. Əliosman bəy xəstələrin müalicəsini təmənnasız öz üzərinə götürdü. Bu onun insanlıq andına sədaqətidir! Bir dəfə qədim dövrün “əxlaq peyğəmbəri” hesab edilən Sokratdan soruşdular: İnsanda ən çox nəyi qiymətləndirirsiniz? Filosof tərəddüd etmədən cavab verir: İnsanlığı. Bəs insanlıq dedikdə nəyi başa düşmək olar? – sualına isə mütəfəkkir: – İnsana layiq olan keyfiyyətləri – deyə cavab vermişdir.

Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Əliosman həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Bu xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alsaq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi.

Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş  edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən bir olan Əliosman Qədimbəyliyə redaksiyamız adından təşəkkür etməyi borc bildik.

Əziz Əliosman həkim, bir arının çiçəyin şirəsinə nə qədər ehtiyacı varsa insanların da sizin kimi həkimlərə o qədər ehtiyacları var. Sizin hər dəfəsində  öz qızıl barmaqlı əllərinizlə bir xəstəyə verdiyiniz şəfa sizi Tanrıya daha çox yaxınlaşdırır. Tanrı nuruna bələnən insanlar isə daim uğur və nailiyyətlə yürüyürlər. Biz bu yolda sizlərə böyük uğur və nailiyyət arzulayırıq. Allahdan sizə can sağlığı arzulayaraq, aləmə şəfa dağıdan əllərinizdən öpür, sizə daha çox səbr və can sağlığı arzulayırıq ki, başqalaraına daha çox sağlamlıq verəsiz!

Var olun, tanrı nuruna bürünən həkim!

Sevgi və ehtiramla,

Şərafət Şəfa

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53