Spondilolistezis (bel fəqərə sürüşməsi) əməliyyatı
Bir xəstənin tarixçəsi: 39 yaşlı qadın xəstə uzun illərdirki bel ağrılarından, bel ağrılarının oturub qalxarkən, yataqda çevrilərkən artmasından, ayaqlarındakı keylikdən, gəzərkən ayaq və baldır ağrılarının artmasından şikayət edir. Nevroloji müayinədə hər iki tərəfdən Laseq pozitivdir, hər iki baldır hipotoniya, hipotrofiyasi, S dermatom ipoesteziyası, Axill refleksi D=S təyin olunur. Xəstənin klinikasını, MRT nəzərə alaraq əməliyyat planlaşdırıldı. Xəstəyə C-qollu skopiya kontrolunda L5-S1 fəqərələrinin transpedikulyar fiksasiyası və intervertebral keyc yerləşdirilməsi əməliyyatı icra olundu. Postop xəstədə öncəki şikayətlər azalmışdır. Xəstə bir gün sonra evə yazıldı.