Professor, Doktor, Neyrocərrah Əliosman Qədimbəyli kimdir?
Professor, Dr. Əliosman Qədimbəyli Elbəniz oğlunun ixtisası neyrocərrahdır. Baş beyin, onurğa sütunu və periferik sinirlər üzrə cərrahi əməliyyatları icra etməkdədir. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini 2006-cı ildə bitirmişdir. Bundan sonra ixtisasının təkmilləşməsi üçün Turkiyədə Ege Universitetində təhsil alaraq müasir neyrocərrahiyyənin ən son nəaliyyətlərinə yiyələnmişdir. Türkiyədə ixtisasını təkmilləşdirib tamamladıqdan sonra Avropanın bəzi ölkələrində – Almaniyada, Çexiyada müxtəlif kurslarda iştirak etmişdir.
Neyrocərrah Əliosman Qədimbəyli 2014 cu ildə İ. M. Seçenov adına “Birinci Moskva Dövlət Tibb Universiteti”ndə namizədlik dissertasiyasını müdafiə ederək “Tibb Elmləri Namizədi” elmi dərəcəsini əldə etmişdir. Bundan sonra neyrocərrah Əliosman Qədimbəyli 2019-cu ildə İ. M. Seçenov adına “Birinci Moskva Dövlət Tibb Universiteti”ndə (Первый Московский государственный медицинский университет имени И. М. Сеченова) doktorluk dissertasiyasını müdafiə ederək “Tibb Elmleri Doktoru” alimlik dərəcəsi əldə etmişdir.
Neyrocərrah, Dr. Əliosman Qədimbəyli yüksək elm, təhsil göstəricilərinə və neyrocərrahiyyənin onurğa cərrahiyyəsi sahəsində icra etdiyi dünya əhəmiyyətli elmi-tədqiqat, araşdırma və tədris işlərinə görə 2021-ci ildə İ. M. Seçenov adına “Birinci Moskva Dövlət Tibb Universiteti” tərəfindən (Первый Московский государственный медицинский университет имени И. М. Сеченова) Professor adı ilə təltif olunmuşdur
İlk dəfə olaraq Azərbaycanda fransız üsulu olan discogelin tətbiqi ilə disk yırtıqlarının (qrijalarının) əməliyyatsız olaraq mualicəsini həyata keçirməkdədir. Eyni zamanda bel ve boyun disk yırtıqlarının qansız, ağrısız (Amerikanın medtronik medfix şirkətinin tubular retraktor və mikrocərrahi sistemi ilə) minimal invaziv mikrocərrahiyyəsini (miss) 15 dəq ərzində (Almaniyanin Zeiss Opmio vario 700 mikroskopu ilə) risksiz olaraq həyata keçirməkdədir.
İş yeri: Hal hazırda Onurğa Cərrahiyyə Mərkəzinin direktoru olaraq fəaliyyət gostərməkdədir.
Əlisoman Qədimbəylinin müəllifi olduğu kitablar:
- Bel ağrılarında 100 tövsiyyə
- Boyun ağrıları
- Uşaqlarda təmizlik gigiyenası
Doktorun xarici dövlətlərdə ixtisas təkminləşdirilməsi:
- Türkiyə Respublikası İzmir şəhəri Ege Universiteti 2009-2010 “Spinal Cərrahiyyə kursu”
- Türkiyə Respublikasi Aydın Adnan Menderes Universitesi
- Metastatik onurğa tumorları 2014 kongresi
- Türkiyə Respublikasi Kacaeli şəhəri Pediatrik Nörosirurji kursu 2015
- Türkiyə Respublikasi Kuşadası Periferik və spinal cərrahi kursu 2016
- Türkiyə Antalya – Mininimal invaziv onurga cərrahiyyəsi kongresi 2017
- Türkiyə Bodrum Servikal ve torakal degenerative onurga cərrahiyyəsi kongresi 2018
Doktorun məşğul olduğu xəstəliklər:
- Baş beyin şişləri (meningioma, qlial toreme, osteoma astrositoma və s.)
- Hipofizin şişləri (trasnazal burundan xaric edilməsi)
- Kəllə beyin travmaları
- Onurğa sutunu və onurğa beyni şişləri (ependimoma, meningioma, nevrinoma (şvannoma), hemangeoma və s.)
- Skolyozlar
- Bel, boyun, döş fəqərə disk yırtıqları (qrijaları)
- Bel fəqərə sürüşməsi (listezis)
- Onurğa kanal darlığı (lumbar stenoz)
- Osteoporoz nəticəsində fəqərə sınıqları (vertebroplastika, kifoplastika)
- Onurğa sütunu, fəqərə travmatik sınıqları
- Siringomieliya, siringohidromieliya
- Boyun fəqərə kanal darlığı (servikal spondilotik myelopatiya)