• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Onurğada TH1 fəqərəsi səviyyəsində şişdən (meningeomadan) əməliyyat

Xəstə haqqda məlumat: Məmmədov Elman Talib oğlu 1965 təvəllüdlü
Daxil olarkən şikayəti: Xəstə ayaqlarında olan zəiflik, uyuşuqluq, yerişin çətinləşməsi, sidik ifrazının çətinləşməsi və qəbzlik şikayəti ilə müraciət edib. Bildirdiyinə görə 1 ildirki bu şikayətlərdən əziyyət çəkir. İcra olunan müalicələr effektsizdir.

emeliyyatlar-meningeoma-1

Nevroloji st. Aşağı ətraflarda spastik paraparez, çanaq orqanları funksiyasının ləngimə tipli pozulması, TH 1-dən kaudala hipoesteziya, aşağı ətraf reflekslərinin artması təyin olunur.

emeliyyatlar-meningeoma-2

Əməliyyat: Xəstəyə ümumi anesteziya ilə neyrocərrah Əliosman Qədimbəyli tərəfindən TH 1 fəqərəsinin laminektomiyasi və intradural bozumtul-çəhrayımtıl, yarım–sərt konsistensiyali şişin total, tam olaraq xaric edilməsi əməliyyatı icra olundu. Əməliyyat 2 saat davam etdi. Əməliyyat ugurla başa çatdı (Şəkil 2). MRT (Maqnit rezonans tomoqrafiya): İcra olunmuş mrt-də TH 1 döş fəqərəsi səviyyəsində intradural 35”29” 45 mm ölçüsündə törəmə (meningeoma) təyin olunur.
Əməliyyatdan sonrakı dövr: Xəstə əməliyyatdan sonrakı birinci sutka gəzdirildi, xəstənin şikayətləri yoxdur, yerişi rahatlaşıb, nevroloji defisitlərində müsbət dinamika təyin olunur. Yara birincili sağalır. Xəstəyə lazımı məsləhətlər verilərək bir sutka sonra evə yazıldı (Şəkil 3).

emeliyyatlar-meningeoma-3

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53