Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi
Bel disk yirtiğinda icra olunan cərrahi əməliyyatlarin növu ve çeşidi coxdur. Belə ki, bu əməliyyatlarin her birində məqsəd bel və boyun disk yırtığının (qrija) xaric edilməsidir. Ancaq her bir metodun üstün və çatişmayan cəhətləri vardır.Ona görə də, tibbin qarşisinda duran ən önəmli məsələ odur ki, qisa muddətli , az travmatik , qanamasiz , ağrisiz , risqsiz ve fasadsiz bir disk yirtiği cərrahiyyəsi icad olunsun..Buna görə də, bir cox elmi araşdirmalar və ixtiralar icra olunmaqdadır. Hal-hazirda dünyada yeni bir metod olan və özünü doğruldan disk yırtığı cərrahiyyə “minimal invaziv spinal mikrocərrahyyə”-dir. Amerikan alimlərindən ibarət olan qrup Medtronik medfix şirketinin tubular retractor sistemini ixtira edərəkdən , minimal invaziv metodda yeni bir qapı açmişlar. Bu üsul mükəmməl və üstünlükləri çox olduğuna görə hazirda dünyada tətbiq olunan ən son, müasir ,təhlükəsiz metod hesab edilir.
Bel qrijasinin (yırtığının) xaric edilməsi ücün istifadə olunan bu metodu ilk dəfə Azərbaycanda istifadə edən neyrocərrah professor Əliosman Qədimbəylidir. Disk yırtığının (qrijasinin) xaric ediməsi prosedurası tam ağrisiz, qansiz,oyaniq, narkozsuz , 15 dəqiqə ərzində və ən əsasi risqsiz olaraq icra olunur. Əməliyyatdan sonra xəstənin əlil və iflic olma təhlukəsi yoxdur. 12 saat sonra xəstə evə göndərilir. Və həkimin tövsiyyəsinə əsasən pasient əvvəlki normal işinə geri dönür.
Minimal invaziv mikrocərrahiyənin üstünlüyü nədir?
Bu metoda Amerika,İsrailin,avropa institutlarinin və özəl klinikalarinin üstünlük verməsinin səbəblərini nələrdir? İlk öncə bu sistem minimal invaziv mikrocerrahi metoddur. Yəni adindan da görundüyü kimi minimal , qapalı müdaxilədir, yəni etraf ezele toxumasi zedelenmir, cunki kesik aparilmir, bunun ucun genişləndirilən tubuluslardan istifadə olunur. Buna gorə də, mikrocerrahiyyeden sonra bel ağrisi olmur. Faset oynağa toxunulmur, zedelenmir (amma aciq emeliyyatlarda faset oynağin mediali goturulur) , buna gorə də mirocərrahiyyə sonrasi beldə yatrogenik sürüşmə (listezis ) olmur və xəstə korset taxmağa lüzum qalmır .Yara kiçik (18 mm) olduğu üçün kobud çapiq toxumasi yaranmir. mikrocerrahi muddeti qisa olur (10- 15 dəq) . Bugün ki avropa ve amerikada ən aparici metod olan “minimal invaziv spinal mikrocerrahiyyə” yaygin olaraq tətbiq olunmaqdadir.
Bu metodun diger üstünlükləri onadan ibarətdir ki, şəkərli diabeti, osteoporozu, kecirilmiş infarkti , ürəkdə stendi, piylənməsi (obezitesi 100 kq dan cox cəki), insult kecirmiş olan və yaş məhdudiyyətində asılı olmayaraq narkozsuz olaraq bütün xəstələrdə disk yırtığı mikrəcərrahiyyəsi tətbiq oluna bilinir.
Açıq əməliyyat və simple mikrodisketomiya əməliyyat arasındakı fərqlər
-
- Açıq (klassik) əməliyyatlarda yara daha böyük olur (6sm). Amma minimal simple disketomiyalarda yara daha kiçik (1.8 sm) olur.Buna görə də, əməliyyat sonrasi yara ağrilari daha az və ya heç olmur.
- Əməliyyat zamani həm böyüdücü cihaz (mikroskop, lupa və.s) və xüsusi özəl incə mikrocərrahi alət seti istifadə olunur.Buna görə də toxumalar zədələnmir, yara kiçik olur və sinir zədələnmə ehtimali olmur. Ona görə də ,disk yırtığı (qrija) əməliyyat daha risqsiz, təhlükəsiz və güvənli olur.
- Açiq (klassik) disk yırtığı əməliyyati zamani qrijanin üzərinə çatmaq ucun geniş laminektomiya və ya hemilaminektomiya olunur yəni belimizə dəstək olan sümüyünün arxa hissəsinin bir hissəsi kəsilib götürülür (yəni giriş qapısı acılır) .Buna görə də, belə əməliyyat sonrasi gələcəkdə bel sürüşməsi (listezis ) yarana bilir deyə implanta ehtiyac olur.Amma minimal cərrahiyyədə isə buna ehtiyac olmur , kicik məsafədən interlaminar vəya parsial hemilaminektomiya olunur..Buna görə də, beldə gələcəkdə implanta ehtiyac olma ehtimali olmur. Əməliyyat 15-20 dəqiqə ərzində daha tez başa çatır.
- Açıq yəni klassik bel yırtığı əməliyyatlarinda yaraya gözlə görülə bilinən tikişlər qoyulur. Amma minimal simple diskektomiya cərrahiyyəsində kosmetik (intrakutan) gözlə görülməyən tikişlər qoyulur ki ,bu tikişlər toxuma tərəfindən öz özünə sovrulur. Əməliyyat sonrasi hər hansi bir sap və ya tikiş sökməyə ehtiyac olmur.