• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Maqnit Rezonans Tomoqrafiyanın (MRT) zərərləri varmıdır?

MRT görüntüləmənin, insan orqanizmasi üzərində təsdiqlənmiş hər hansı bir zərəri yoxdur. Bəzi insanlar maqnit rezonans tomoqrafiya zamani şüalanacaqlarından narahatçıliq keçirirlər,ancaq bunu qeyd etmək lazimdirki MRT müayinəsinin fəaliyyəti maqnit dalğalarinin təsirinə əsaslanır ki buda ınsanda şüalanma (bununla əlaqədar olaraq kanserogen təsir-şiş yaratma ehtimalı yoxdur) yaratmır. Ancaq bəzi insanlarda MRT təhlükəlidir onlarda zərərli yan təsirləri ola bilər.

akson
MRT hansı insanlarda olmaz? Çox yüksək gücdə elektromagnetik təsirindən dolayı orqanizmində metal parçası olanlarda mövcud metalın hərəkət etməsi və qızmasından dolayı problemlər yarana bilər.

  • Hamiləlikdə ilk üç ayda döldə organ inkişafı olduğu həftələrdə MRT çəkilməsi tövsiyyə olunmur.
  • Vücudunda Maqnetik və metal protez olanlar
  • Əvvəllər cərrahi əməliyyat keçirərəkdən bədəninə metal implantlar yerləşdirilən insanlar (əvvəllər cərrahi əməliyyatlarda istifadə olunan protezlər,implantlar,klipslər və s. MRT uyumlu deyildir,ancaq son zamanlar istifadə olunan müasir implantlarin əksəriyyəti MRT yə uyumludur. Bunun üçündə əməliyyat edən həkiminizdən istifadə olunan implanlarin MRT uyumlu olub olmamasını dəqiqləşdirin. Əgər Mrt yə uyumludursa o zaman MRT olunmanızda heç bir təhlükə olmayacaqdır.)
  • Ürək pili olanlar
  • Göz içində yad cisim olanlar
  • Atəşli silah yaralanması keçirmiş olanlar .(hansiki bədəndə metal güllə qəlpə olanlar)
  • Vücutlarında hər hansı bir metal cisim olanların (çoxu MRT yə uyumsuz metaldir)

Yuxarida sadalanan hallarda həyat üçün təhlükə vardır. Əgər vücudunuzda metal varsa və MRT çəkdirərsinizsə ; həyatınız təhlükəyə girər , bəzi hallarda ölüm təhlikəsi mövcutdur. Ona görəmetal olduğu halda mütləq olaraq həkiminizə bildirin.
MRT çəkilmə müddəti, tətbiq olunacaq bölgəyə, bölge sayısına, ehtimal olunan ilkin diaqnoza görə dəyişiklik göstərip 15 dəq ilə 75 dəq arasında dəyişir. Ayrıca gərək görülürsə incələmə əsnasında IV (damar içi) yoluyla kontrast madde istifadə olunaraq kontrastlı çəkiliş yapılır. Maqnit Rezonans Görüntüləmənin, Funksional MRT, Diffüzyon-Perfüzyon Ağırlıklı MRT, MRT Spektroskopiya kimi fərqli çeşitləri vardır.

MRT dən öncə ne etməniz lazımdır? Ümumi olaraq MRT çəkimi özel bir hazırlıq gərəktirməz. Ancaq qarın boşluğu MRT için 6-8 saat açlıq sonrası gəlməniz tövsiyyə edilir. Gəlmədən öncə yuxarıda qeyd olunduğu üzrə üzərində metal olan geyimləri tercih etməməniz tövsiyyə olunur, çünkü bu durumda önlük geymeniz istənəbilir.

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53