• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Kubital tunel sindromu nədir?

Kubital tunel sindromu, bazu-çiyin nahiyyəsindən başlayaraq barmaqlara qədər uzanan dirsək (ulnar) sinirin dirsək oynağı səviyyəsində müxtəlif səbəblərdən sıxılmasına bağlı olaraq yaranan narahatlıqdır. Bu xəstəlik : Ulnar tunel sindromu , dirsək siniri sixişması , Dirsək Tunel sindromu və.s fərqli adlarla tanınır.

Ulnar sinir əllərimizdəki bəzi əzələləri aktivləşdirir ,çeçələ və adsız barmağımızda hissiyatı təmin edir. Sinir qol boyu aşağı düşdükdən sonra dirsəkdə medial epikondil adlanan çıxıntılı bir bölgədə ön tərəfə keçir. Bu nöqtə səthə çox yaxındır. Bu bölgəyə ani bir toxunuşla  ulnar sinirin müvəqqəti qıcıqlanmasına rast gələ bilərsiniz və bu zaman ağrıya səbəb ola  və ya əlinizdə 4-5 barmaq  iynələnmə hissinə səbəb ola bilər. (bəzən bilmədən dirsəyiniz bir yerə toxunduqdada baş verə bilir)

Kubital tunel sindromu simptomları nələrdir?

• Dirsək iç səthində ağrı və həssasiyyət
• Əlimizdə 4 və 5- ci barmaqda ( Çeçələ və üzük barmağında) qarışqalanma, iynələnmə , keyləşmə, yanma, göynətmə, sizildama, hissiyyatın itməsi.
• Əlimizdə 1-2 barmaq arasinda daha cox olmaqlar interdigital əzələ atrofiyasi (əriməsi)
• Əlimizlə incə motor hərəkətlərin icra oluna bilinməməsi və güçsüzleşmesi
• Əlin qavrama gücünün azalması . Xəstə baş barmaq və ikinci barmaq arasindaki əşyani barmaqlari yaxinlaşdiraraq yox, baş barmaği əyərək tutmağa çalışır. (froment əlaməti).
• Əlin 4. ve 5. parmaklarında ortaya çıxan bükülmeler (pəncələşmə)
• Çeçələ (5 ci) parmağin əldən aralanması önəmli simptomdur (Wartenberg əlaməti)

 

Kubital Tunel Sidromunun Səbəbləri nələrdir?

Dirsək siniri dirsək oynağinin medial səthinde dəri sərthinə yaxin olduğu ücün tez tez travmalara məruz qalmaq ehtimali coxdur.Bəzi peşə sahiblərində mütəmadi təkrarlayici hərəkətlər fonunda sinir daha cox mikrotravma alır.

Bunlara nümunələr:

• Dirsəyinizin uzun müddət bükülü qalinması zamani (dirsək bükülu telefonla danışmaq və yatmaq gibi durumlarda ağrilar və keyimə şiddətlənir)
• Dirsək ətrafında yumşaq toxuma qalınlaşması.(revmatik, iltihabi xəstəliklər və.s )
• Şəkərli diabet.
• Siniri sıxışdıran bir zərbə.
• Oynaq deformasiyası (artritik dəyişikliklər və ya qırıqlar da daxil olmaqla)

Kubital Tunel Sindromunun Diaqnozu

Dirsək siniriin sixişmasini- xəstənin şikayətləri, provokativ testlər və EMQ (elektroneyromioqrafiya) ilə təyin olunur.

Ulnar siniri boyunca dirsəkdə cildə ən yaxın olduğu yerdə barmaq ilə vuraraq edilən ilkin testtdə 4. Və 5. barmağa yayılan elektriklənmə, uyuşma , sızıldama hissinə ‘tinnel’ simtomu deyilir.. ikinci test- xəstə otururkən əl biləyini arxaya açaraq , dirsəklərinin maksimum bükülərək gözlənilməsi istənilir , bu halda 4 və 5 ci barmaqlarda uyuşma, sızıldama, keyimə artirsa test pozitiv hesab olunur yəni dirsək sinri sıxışmanıza şübhə yaranır.

 

Kubital Tunel Sindromunun Müalicəsi

Kubital tünel sindromu iki yolla əməliyyatsiz ( dərman, fizioterapiya və korsetlə) və cərrahi yolla olunur.

A. Əməliyyatsiz müalicə – ilk növbədə buna səbəb olan pozisiyalarin önlənməsi lazimdir . Dirsek bölgəsinin bükülməsinin qarşini alan , açık tutmaga çalışan dirsəkliklər, bandajlar və dirsək bölgəsinə təzyiqi əngəlləyəcək özəllikdəki yastıqlar ilə gecə istifadəsinə uyğun süngərlər istifadə olunmalıdır. Eyni zamanda simptomlara yönəlik veriləcək ağrı kəsicilər ilə ağrı azaldılır və fizioterapiyalar lazerterapiyalar istifadə oluna bilinər. Ancaq icra olunan fizioterapiya, dərman və qoruyucu müalicədən fayda gorməyən və davam eden simptomların olması halinda cərrahi müalicə qaçınılmazdir, əgər vaxtinda olunmazsa o zaman geri dönməz dəyişikliklər baş verə bilər.

B. Kubital Tunel Cərrahi Əməliyyatı: Cərrahiyyədəki əsas məqsəd isə, dirsək ( ulnar) sinirinin dirsek bölgəsindən keçtiyi kubital tünelin azad edilməsi , siniri sərbəstləşdirmək və siniri ön bölgəyə repozisiya edərək gerginliyi azaltmaqdır.Burada iki tipli əməliyat icra olunur

1.. Klassik (Açıq) Kubital Tunel Əməliyyatı
Bu əməliyyat umumi anesteziya ve ya regionar anesteziya ilə dirsəyin icəri səthində icra olunana 8-10 sm kəsiklə icra olunur.Siniri sixan faktorlar aradan qaldırılır və lazim olduqda sinir repozisiya olunur .Əməliyyat sonrasi yara böyük olduğu üçün bir muddət toxuma ağrısı ola bilir.Bununla əlaqədar qeyri steroid iltihab əleyhinə ağrikəsicilər istifadə olunmalidir.

Klassik  əməliyyat ( açıq)   10 sm

Bu əməliyyat regionar anesteziya ilə  oyaniq və ağrısız şəraitdə (xəstə istəyərsə yatizdirila bilinir)  dirsəyin icəri səthində icra olunana 1.5  sm dəlikdən  icra olunur. Endoksop  istifadə edərək bu əməliyyatlar icra olunduğuna görə  sinirin zədələnmə ehtimali yoxdur. Xüsusi endoskopik  alətlərin köməkliyi ilə siniri sıxan faktorlar aradan qaldırılıraq dirsək siniri sərbəstləşdirilir. Postop xəstələrdə kəskin ağrı olmur. Və bu xəstələr erkən müddətdə aktiv həyatlarina geri dönürlər. Endoskopik Kubital tunel əməliyyatlarini ilk dəfə Azəbaycanda Amerikanın Artrex Endoskopik Cihazı ilə neyrocərrah professor Əliosman Qədimbəyli tərəfindən  regionar anesteziya ilə ağrısı, qansız, risqsiz ., 15 dəqiqə ərzində icra etmişdir və hal-hazirda da bu əməliyyatlar uğurla tətbiqi davam etməkdədir.

Endoskopik və Minimal İnvaziv 1.5 – 2 sm

KUBİTAL TUNEL SİNDROMUNDAN NECƏ QORUNMAQ OLAR?

Müalicənin ən önəmli mərhələsi öncəliklə səbəbi ortadan qaldırmaqla mümkün olmaqdadır.
• Davamlı tekrarlanan hərəkətlərdən uzaq durmaq.
• Dirsək bükülüykən qol üzərinə yatmaqdan uzaq olunmalıdır.
• Dirsəyə təzyiq edəcək hərəkətlərdən uzaq durmaq. ( masa ustu çalışarkən dirsəyi masaya qoymayin )
• Qol bukulu uzun müddət calişmaqdan uzaq olmaq ( telefonla eyni qolu bukərək çox danışmaq, ev işlərini görmək, bəzi qolu bükülü çalişan peşə sahibləri və.s)

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53