• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Doktor Əliosman Qədimbəyli kimdir?

Neyrocərrah Əliosman Qədimbəyli Elbəniz oğlu

Doktor Qədimbəyli Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika Fakultəsində ali təhsil almışdır. Daha sonra ixtisasın təkmilləşdirilməsi üçün Türkiyə Cumhuriyyəti, İzmir şəhərində yerləşən Ege universitetində təhsilini davam etdirmişdir.

about_1

Türkiyə Cumhuriyyətində təhsil alan dövrlərdə bir neçə ixstisas artırma kurslarında müvəffəqiyyətlə iştirak etmişdir. Bu kurslara misal olaraq aşağıdakıları göstərmək olar:

  • Türkiyə, Aydın şəhəri, A. Menderes Universiteti – “Spinal Cərrahiyyə kursu “Metastatik onurğa şişləri”
  • Türkiyə, Kocael şəhəri – ”Pediatrik Nörosirurji” kursu
  • Türkiyə, Kuşadası – ”Periferik və spinal cərrahiyyə” kursu

İxtisas sahəsinə aşağıdakılar daxildir:

  • Onurğa sütunu xəstəlikləri
  • Osteoxondroz
  • Spondiloartroz
  • Spondilyoz
  • Fəqərə arası disk yırtıqları (qrija)
  • Fəqərə Sürüşməsi (listezis)
  • Onurğa kanal darlığı (stenoz)
  • Osteoporoz
  • Onurğa travmaları (sınıqları)
  • Skolyoz
  • Kifoz
  • Baş beyin xəstəlikləri
  • Beyin şişləri
  • Hipofiz adenoması
  • Kəllə- beyin travmaları

Sosial Fəaliyyət

Neyrocərrah olaraq, doktor Qədimbəyli Azərbaycan Respublikasında bir çox sosial tədbirlərdə iştirak etmiş, öz tövsiyyələrini tədbir iştirakçılarına çatdırmışdır. Bu tədbirlərə nümunə olaraq 2014-cü ildə keçirilmiş Ümummilli Lider Heydər Əliyev Cənablarinin doğum günü ilə əlaqədar Bakı Liseyində ”Siqaret və Sağlamliq” adlı konfransda, eyni ildə Quba şəhərində, Prokurorluq, İcra Nümayəndələri, Rayon Təhsil əməkdaşlarının birgə təşkil etdikləri “Gənclərin sağlamlığı və zərərli vərdişlərlə birgə mübarizə” adlı konfransları göstərmək olar.

about_4

about_5

about_6

faxriyya-3