• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Boyunda Lordoz Düzləşməsi

Onurğanın boyun şöbəsi 7 ədəd fəqərədədn təşkil olunmuşdur. Boyun fəqərələri beyinə gedən damarlara olan yaxınliği və onurğa beyninin boyun bölgəsi çox önəmli funksiyalarin icrasinda rol aldığına görə biraz daha da önəmli və diqqət gərəktirən nahiyyədir.
Boyun fəqərələrinə yandan baxıldığında “C” hərfi şəklində bir bucaq və düzülüş əmələ gətirir. Buna tibbi olaraq servikal lordoz deyilir. Ortalama bir insan başının ağırlığının 7-9 kg. arasında deyişdiyi düşünülərsə, uzun müddət aşağı doğru baxaraq oxuma və çalışma, tez–tez olaraq ağır yük qaldırmalar, kondensionerli, soyuq və rütubətli mühitdə uzun müddətli işləmək, fəqərələrdə vaxt keçdikcə patoloji dəyişikliklərə gətirib çıxaracaqdır. Zamanla “C” şəklində durması gərəkən bu fəqərələr “1” şəklini alır. Hətta daha da ilərləyərsə tərsinə bucaqlanma dediyimiz “tərs C” şəklini almağa başlayır. Bu zaman fəqərələr arasi olan disklər və aradan keçən onurğa beyin və sinirlər sıxılmaya məruz qalır. Davaminda boyun əzələləri, bağları, arteriyalar, sinirlər bir sözlə boynun arxa qismındəki bütün elementlər gərilir.

lordoz-1lordoz-2
Bu gərilmə nəticəsində başlayan ağri əzələlərdə spazma, spazmanın artmasi isə ağrının daha cox artmasına səbəb olur ki, bu da qüsurli dövranin yaranmasina gətirib çıxarır. Belə ki, arteriyalarin gərilməsi ilə arteriyalarin diametri daraldığı üçün beyinciyə gedən qan axımı azalır, buna bağlı olaraq baş dönməsi, qulaqda səs–küy, göz önündə qara nöqtələrin uçuşması, uğultu, mədə bulantısı, yuxu pozuntusu şikayətləri də əlavə oluna bilər. Ağrı, tutuqluluq və ya baş dönməsi şəklindəki şikayətlər vaxt keçdikcə xronikləşir.
Bundan başqa baş ağrısı, qol ağrısı da olabilir. Hətta, arxada kürək sümükləri alt səviyyəsinə, öndə döş qəfəsinə vuran ağrılar olabiləcəyindən, xəstələr ürək xəstəsi olduqlarını zənn edərəkdən, yalnışlıqla kardioloqlara müraciət edə bilirlər. Bu problemlərinin qarşisi vaxtinda alinmadığında, proses ilərlədikcə boyun lordozundaki duzləşmə fəqərələr arasi disklərə çox yük düşməsi və disklərin qidalanmasinin pozulmasina səbəb olaraq disklərin degenerasiyasina ardından zamanla disklərdə protruziya, disk yirtiğinin yaranmasina gətirib çixarir.

lordoz-3

Günlük Həyatda Diqqət Etməli

Günlük yaşantının nizamlanaraq, ağrını azaldan və artıran durumlar özünə xatırladılmalıdır:

1. Ağırlıq qaldırmaması
2. Ağır işlər olunmamalı
3. Tərs hərəkətlərdən uzaq olunmali
4. Ortopedik boyun yastığı istifadə olunmalı, *(ortopedik yastiq boyun boşluğunu yəni lordozunu tutaraqdan ona dəstək olur.)
5. Orta sərtlikdə bir yataqda yatılmalı
6. Uzun müddət eyni pozisiyada qalınmamalı
7. Məsləyinə görə necə hərəkət etməsini dəqiqliklə bilməli
8. Ağrıları tamamən keçsə də egzersizlerini hər gün ardicil olaraq olunması gərəktiyi vurgulanır.

Diaqnostik müayinələr

Boyun fəqərələrində olan patalogiyalarin aşkar olunmasinda rentgen,komputer tomoqrafiya və maqnit rezonans tomoqrafiyadan istifadə olunur.
Boyun lordozunun pozulmasinin aşkar olunmasinda ilkin olaraq rentgen müayinəsi kifayət edir və fəqərələrin düzülüşü haqqinda lazimi informasiyani verir. Amma xəstədə nevroloji defisitlərin varliği varsa bu zaman maqnit rezonans tomoqrafiyadan istifadə olunur.

lordoz-5
Maqnit rezonans tomoqrafiya onurğa sütünundaki sümük elementlərlə yanaşi olaraq yumuşaq toxuma elementləri haqqinda tam məlumat verməkdədir.Belə ki qiğirdaqlar ,bağ elementləri,onurğa beyni,sinir kökcükləri ,damar elementləri və.s digər elementləri dəyərləndirməkdə müalicə taktikasinin seçilməsində əvəz edilməz əhəmiyyətə malikdir. Bu müyinə üsulundan xəstə istədiyi qədər il ərzində istifadə edə bilər, şüalanma riski yoxdur.

lordoz-6
Kompuret tomoqrafiya rentgen şüalari əsasinda fəaliyyət göstərməkdədir, daha cox sümük elementləri barədə informasiya vermədə önəm daşımaqdadir.

Müalicə

Boyun lordozunun düzləşməsi zamani fizioterapiya ,masaj ,akupunktura və konservativ dərman müalicəsində istifadə oluna bilinir.
Fizioterapiya , boyun lordozunun pozulmasinda istifadə olunan ən təsirli və zarar verməyən bir müalicə üsuludur. İxtisaslaşmış mütəxəsislər tərəfindən icra olunduqda fizioterapiyanın hər hansı bir əlavə təsirləri olmur. Əsasən gündə bir seans icra olunur. Ancaq, gündə iki seansla daha tez müsbət nəticə almaq mümkündür. Xəstənin klinikasina ,xəstəliyin dərəcəsinə görə seans sayısı tənzimlənir. Fizioterapiya kursu əsasən 21 seansdır.
Fizioterapiya sonrasında soyuqdan qorunmaq lazımdır, çünkü soyuq hava cərəyani əzələlərdə gərginliyə və dolayısı ilə ağrıya yol açar. Sadəcə fizioterapiyadan sonra deyil, hər zaman soyuqdan və hava cərəyanından uzaq olunmalıdır.Fizioterapiya sonrası 15-20 dəq. İstirahər etmək və anidən soyuq havayla təmas etməməktdə və xüsusiylədə boyun bölgəsindəki oynaqlari və əzələləri, ən azından bir dəsmalla ya da boğazlı paltarla qorumaqda fayda vardır. (daha ətraflı “boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə bölməsində izah olunmuşdur.)

Masaj müalicəsi də xəstələr tərəfindən çox tərcih edilən bir yöntəmdir .Ancaq doğru bir şəkildə və bilən mütəxəsislər tərəfindən icra olunduğun da yardımcı bir müalicə metodu olaraq istifadə olununmasi tövsiyyə edillir . Rahatlatıcı, əzələ spazmini azaldıcı, ağrı azaltıcı təsiri vardır. Ancaq, masaj müalicədə tək başina yetərli deyildir.Müalicənin effektiv olmasi üçün fizioterapiyalarla (səthi və dərin qizdiricilar, elektrik axımları ) birlikdə icra olunmasi məsləhət görülür.

Boyun lordozunun pozulmasi müalicəsində yayğın olaraq istifadə olunan metodlardan birisi akupunkturadır. Akupunktura da artıq bir fizioterapiya növü olaraq qəbul edilmekdədir. Daha çox ağrının aradan qadirilmasinda effektivdir. Ağrının çox şiddətli olduğu hallarda icra oluna bilinir.Digər fizioterapiya yöntemleri ilə birlikdə istifadə olunarsa çox müsbət nəticələr alınmaqdadır.

Boyun lordozunun pozulmasi zamanı xəstələrin istifadə etmək istəmədikləri dərmanlardan antidepressantlardır. Bu dərmanların lazimsiz olduğunu ,xəstə özündə psixoloiji problemin olmadiğini həqiqətən də boyun ağrisi olduğunu həkiminə etiraz olaraq bildirməyə çalişirlar. Bilinməsi lazim olan budur ki, antidepresant qrup dərmanlar sadəcə psixiyatrik narahatliqlarda verilməməkdədir. Boyun bölgəsini kürək bölgəsinə bağlayan 3 qrup əzələlər vardir. Bu əzələlərə Trapez əzələləri adi verilir. Trapez əzələsinin ən üst bölümü Depressor əzələ olaraq da adlandırılmaqdadir. Bu da deməkdir ki, stres, kədər, çox işləmək kimi depressiya yaratabiləcək hər durumda üst trapes əzələlər gərilib spazma uğrayıraq boyun ağrısını artırmaqdadır. Bu səbəblə antidepressant dərmanlar müalicədə cox önəmlidir.

lordoz-9
Bu üst qrup əzələlərdə olan “Trigger point” adi verilən əzələlərin ən həssas olduğu nöqtələr vardır. Bu əzələlərin gərilməsi Trigger nöqtələri həssaslaştıraraq əzələlərdə xroniki bir ağri yaratacakdır. Doğru mütəxəsiz tərfindən icra olunan yanliş və kontrolsuz masaj ya da xəstəyə sadəcə masaj edilməsi da bu nöqtələri tətikləyəbilir. Antidepresantlarin bir başqa faydasi da bu Trigger nöqtələri kovşək və sakin tutaraq baş agrisi, ani təzyiq dəyişilməsi, xroniki əzələ ağrilari və hatta xroniki yorğunluq hissinin yaranmasının qarşısını almış olur.

lordoz-10
Bəzən xəstələr, doğru mütəxəsis yerinə, masajda, müxtəlif bitkilərdə, boyun çəkdirmə, əl ilə hazirlanmis kremlər sürtmə kimi yöntəmlərlə dərtlərinə çarə axtarmağa çalışırlar.Bu isə irəlidə doğru diaqnozun ,müalicənin gecikməsinə nəticədə isə mənfi nəticələrə gətirib çixarır. Qeyd etmək lazimdir ki , boyun düzləşmesi, önlənməsi və müalicəsi rahat ancaq müalicə edilmədiyi təqdirdə ciddi və əməliyyata qədər aparan problemlərə yol açabiləcək önəmli bir konudur.

Lordozun Qorunmasında Nələrə Diqqət Edilməlidir?

Boyun bölgəsi lordoz düzleşmesi probleminde, diaqnoz və müalicədən sonra ən önəmli mərhələ qorunmaqdır. Gündəlik həyatda xəstələrin nələrə diqqət etməsi lazom olduğu aşağıda izah olunmuşdur.

Oturaq halda:

1. Çənənizi (yuxarı deyil) bükük və boynunuzu arxaya doğru çəkilmiş tutun.
2. Qol dəstəkləri olan sərt stullardan istifadə olunmalidir.
3. Oturarkən bütün kürək və çiyniniz stulun arxasina dayayacaq şəkildə dik olsun
4. Stulun qollarını qollarınıza dəstək olaraq istifadə edərsinizsə, önə əyilmə sırasında boynunuzda oluşacaq olan lüzumsuz yüklənmənin qarşisini almış önlemiş olursunuz.

lordoz-11

BİR ŞEYİ QALDIRARKƏN, BİR ŞEYƏ UZANARKƏN:

1. Qaldırmağı uyğun bir şəkildə edin. (Dizlerinizi bükün, yükü vücudunuza yaxın tutun və qalxmaq üçün ayaq əzələlərinizi istifadə edin)
2. Ani hərəkətlərdən qaçının
3. Ağırlığı gövdənizə yaxın tutun və heç bir şeyi bel səviyyəsindən yuxarı qaldırmağa çalışmayın
4. Başınızın səviyyəsindən yüksəkçə bir yerə uzanmanız gərəkliysə hər hansı bir ayaqaltı hundur vasitədən (stul) istafadə edin
5. Uzun müddət uzanmaqdan və yuxarıya baxmaqtan uzaq olun

lordoz-12

İŞLƏYƏRKƏN

:

  1. Çox işləməyin
  2. Əgər bütün gün masa arxasi çalışırsınızsa; fürsət olduqca qalxıb dolaşın.
  3. İş arası fasilələrdə idmanları bir iki dəfə etməniz faydalı olacaqdır.

lordoz-13

AYAQ ÜSTÜ:
  1. Çənənizi (yuxarı deyil) bükük və boynunuzu arxaya doğru çəkilmiş tutun
  2. Belinizin düz durmasına çalışın
  3. Dizlərinizi bükmədən önə doğru əyilməyin. Bu şəkildə boyun və çiyinlərinizi arxaya və dik tutabilmənizi rahatlaşdıracaqdır

lordoz-14

YATARKƏN:
  1. Üzüstü yatmayın. Yan böyrüstə yatmaq daha faydalidir
  2. Baş və boynunuza yastığınız yardımıyla normal bir duruş verərək və qollarınızı aşağıda tutun
  3. Əgər arxasi üstə yatmaq istəyirsinizsə yastığınızı baş və boynunuzun altına gələcək şekildə qoyun. Yastıq baş və boynunuzu tam şəkildə dəstəkləməlidir.
  4. Boynunuzun gərgin durmasından uzaq olun.
  5. Sərt ortopedik yataq istifadəsi tövsiyyə edilir
  6. Yumuşaq yastıq istifadə etməyin. Normal sərtlikdə yastıq istifadəsi tğvsiyyə olunur.

lordoz-15

SÜKAN ARXASINDA
  1. Maşında yüksəkdə oturun.
  2. Oturacağınız sərt olmalı, sükanin üzərindən baxmaq üçün gərilmə və əyilmənizi gərəktirməyəcək şəkildə nə çox alçaq nə də çox geridə olmalıdır.
  3. Boynunuzu dəstəkləmək için poliüretan bir yastıq faydalı olabilir. Yastıq 1-2 sm. qalınlığında, sırtınız genişliyində və çiyinlərinizin səviyyəsinə qədər olmalıdır.

lordoz-16

İSTİRAHƏT HALINDA:
  1. Televizor seyretmək üçün divanda uzanmayın. Sərt bir kreslo və ya stul istifadə edin.
  2. Oxuyarkən başınızı dəstəkləmək üçün yumuşaq yastıq istifadə etməyin.

poz-9

İdmanlar

Günlük həyatda duruş və calişma pozisiyalarimiza diqqət etmək tək başına kifayət etmir. Olabiləcək stres və ağir yük durumlarına qarşi boyun bölgəsi və ətraf əzələləri hər an güclü və sağlam olmasi üçün xüsusi idmanlar hər gün və diqqətli bir şəkildə icra olunmalidir. Sadə və bir o qədər də faydali idmanların bir neçəsini bu şəkildə sıralayabilərik:

    1. Hər iki əlin ovuc içi alına dəstəklənir, ardından boyunda heç bir hərəkət olmayacaq şəkildə ovuc içi və alın bir birinə doğru basdırılır

lordoz-18

    1. Sağ əlin ovuc səthi ilə yanaqlar nahiyyəsindən başa sola tərəf təzyiq olunur,baş ilə isə əksinə sağa tərəf təzyiq olunuraq müqavimət göstərilir.(eyni prosedura sol əllədə əks tərəf doğru icra olunur.)

lordoz-20

  1. Son olaraq bu hər iki əli istifadə edərək başin dönmə hərəkətinə qarşi müqavimət göstəriləcək şəkildə hər iki yöndə də harəkət təkrarlanir.

lordoz-21

Boyun Lordoz Düzləşməsini Azaldan Ən Vacib İdmanlar:
    1. Basin arxasina qoyulan dəsmalın hər iki ucundan tutulur. (dəsmal başın ən şişkin yerinə qyulmalıdır.) Dəsmal önə doğru çəkilərkən baş da eyni zamanda arxaya doğru aparilir, ancaq başın daima düz olmasina diqqət edilməlidir.

lordoz-22

    1. Düz bir yerə uzanılaraq boynun altına rulon halinda bir dəsmal qoyulur. Başın pozisiyası heç dəyişmədən ənsə bölgəsi ilə dəsmal əzilməyə, sıxışdırılmaya çalışılır.

lordoz-23
İdmanların ardıcıl, mütəmadi olaraq edilməsi qədər, yavaş və düzgün olaraq icra olunmasi da çox önəmlidir. Sürətli və natamam olunan idman məqsədə çatdiramayacaği qədər, bir o qədər də istənməyən zərərlər də verəbilir. Unutulmamasi gərəkən, idmanlar bir an öncə qurtarılmasi lazim olan ev tapşırığı deyil, əksinə müalicənin önəmli bir parçasidir.

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53