Boyun yırtığının əlamətləri
Boyun yırtığı iki fəqərə arasındakı qığırdağın degenerasiya sonrası sürüşərək onurğa beyninə və ya qola doğru gedən sinirləri sıxışdırması halıdır. Sıxışdırmanin kompressiya derecesi və müddəti artdıqca cıddı problemlər müşahidə olunmağa başlayır.Belə ki, aşağıdaki simptomlar özünü biruzə verir:
- Ənsədə ağrı, əzələlərdə spazm, boyun hərkətlərində məhdutluq
- Ənsəden başa doğru yayıla bilən ağrı
- Baş hərlənməsi, qulaqda səs -küy, göz qarşısında qara nöqtələrin uçuşması, bulantı, diqqət pozuntusu
- Boyun və qol ağrısı
- Kürək arasi və döş qəfəsinin önünə yayılan ağrı
- Qol və/vəya əl əzələlərində güc və qüvvət itkisi (əl əzələlərində arıqlama,əlindən tez tez bir şeylər düşürmə, hərəki qavrama azalması)
- Qollar və/vəya əllərdə uyuşma,keylik hissi (iynə batma,yandirma ,göynətmə, qarışqa gəzmə və.s tipli hissi pozuntular)
- Ağrı adətən gecə yuxuda artmağa meyilli olur
Sidik ifrazı funksiyalarının saxlamamazlıq və ya ləngimə tipli pozulması Ayaqlarda hissiyyatın pozulması Ayaqlarda qüvvətsizlik Ayaqlarda sərtlik və müvazinətsizlik
- Yürümə çətinliyi
Kürək sümüyü alt nahiyyəsinə, öndə döş qəfəsinə vuran ağrılar ola biləcəyindən, insanlar ürək xəstəsi olduqlarını zənn edəbilirlər. Buna servikal anjina adı verilir və bu ağrı dil altı “nitroqliserin” qrupu ürək -qan damar tipli dərmanla əsla keçməz, infark və ya stenokardiya ilə bu şəkildə differensasiya edilirlər.