Boyun yırtığının müalicəsi
- Dərman müalicəsi
- Boyunluq (korset) istifadəsi
- Fizoterapiya
- Cərrahi müdaxilə
Konservativ Dərman Müalicəsi:
Boyun disk yırtığına bağlı kəskin dövr radikülopatiya olan xəstələrin bir qismi cərrahi müdaxilə olunmadan sağalırlar. İlkin mərhələdə əsasən ; ağrı kəsicilər, iltihab əleyhinə, əzələ kövşədici, və antideprasant dərmanlar ən çox istafadə olunan preparatların başında gəlir. Bunları çox zaman 5 gün istifadə etmək yetərli olmaqdadır. Boyun yırtığı səbəbiylə istifadə etdiyimiz bütün dərmanların uzun müddətli istifadəsi zamanı, qaraciyər funksiyalarını pozmaq və mədə xorası kimi xəstəliklərin kəskinləşməsi kimi yan təsirləri meydana gələ bilir.İstifadə etmək istədiyiniz dərmnları ona görə mütləq bir şəkildə həkiminizlə məsləhətləşin.Boyun disk yırtığında kəskin dövrdə kortikosteroidler diqqətli bir şəkildə yalniz onurğa beynində kompressiya ilə əlaqədar olan ödemlərdə istifadə olunur. Boyun bölgəsinə icra olunan inyeksiyalar bəzi xəstələrdə boyun ətrafındaki əzələ spazmının azalmasında köməklik edir.
- Parasetamol ya da aspirin kimi qeyri- steroid iltihab əleyhinə (antienflamatuar) dərmanlar .Hansı ki reseptlə satılmır , ağrı və iltihabın azaldılmasına köməklik edir.
- İltihabı azaltmaq üçün ilk 2 gün müddətində boyuna gündə dört dəfə 15 dəqiqə boyunca soyuq kompresslər istifadə edilməsi tövsiyyə olunur;
- Sonra əzələ spazmlarını rahatlatmaq üçün eyni qaydada 15 dəqiqəlik isti (isti su şüşəsi, isti su torbaları qoymaq, daha çox ütüylə qızdırılmış isti məhraba (yun və ya pambıq parça) boyun bölgənizə qoyula bilər) proseduralar istfadəsi faydalıdır.
Boyun Korseti İlə İstirahət:
Müalicə planında xüsusiylə başlanğıcda boyunluq istifadəsi və dərman müalicəsi çox önəmlidir. Fəqərələr arasında yırtılaraq onurğa beyni və sinirləri sıxışdıran qığırdağın tərkibində çox miqdarda su vardır. Hərəkətsizlik və istirahat zamanı yırtılan qığırdağın suyunun sovrulmasıyla, qığırdağın həcmi kiçilir və beləliklə sinirə olan təzyiq azalır. İki fəqərə arasındaki qığırdaqdaki təzyiq, istirahat edən xəstədə, hərəkətli və aktiv işində olan xəstəyə görə çox azdır. Görüldüyü kimi həm qığırdağın su itirərək kiçilməsi və bu arada fəqərələrə ötürülən təzyiqin aşağı olması üçün, boyun yırtığının başlanğıcında istirahat ilə birlikdə boyunluq və dərman müalicəsinin verilməsi çox çox önəmlidir. Ancaq bu istirahət çox uzun müddətli olmamalıdır. Əks halda əzələlərdə hərəkətsizliyə bağlı ərimələr başlar və aktiv həyata dönən insanda narahatçılıqlar yaradır. Boyunluqların istifadəsi həkim tövsiyyəsinə əsasən ,əksər hallarda 2 (iki) həftə kifayət etməkdədir. Yuxarıda qeyd edildiyi kimi bütün boyun korsetlərinin hamisinin məqsədi: Başın boyun fəqərələrinə olan ağırlığını, təzyiqini azaltmaq və boynu hərəkətsiz tutaraq istirahət etməsini və tezliklə sağalmasını təmin etməkdir.
Boyun yırtığının fizioterapiyası
Əgər yuxarıdaki tövsiyyələrə, istirahətə, dərman müalicələrinə baxmayaraq xəstənin şikayətləri davam edirsə fizioterapiya başlanması faydalı ola bilər. Fizioterapiya, boyun disk yırtıqlarının müalicəsində istifadə olunan ən təsirli və zərar verməyən bir müalicə üsuludur. İxtisaslaşmış mütəxəsislər tərəfindən icra olunduqda fizioterapiyanın hər hansı bir əlavə təsirləri olmur. Əsasən gündə bir seans tətbiq olunur. Ancaq, gündə iki seansla daha tez müsbət nəticə almaq mümkündür. Xəstənin klinikasina, xəstəliyin dərəcəsinə görə seans sayısı tənzimlənir. Fizioterapiya kursu əsasən 21 seansdır.
Fizioterapiya sonrasında soyuqdan qorunmaq lazımdır, çünkü soyuq hava cərəyani əzələlərdə gərginliyə və dolayısı ilə ağrıya yol açar. Sadəcə fizioterapiyadan sonra deyil, hər zaman soyuqdan və hava cərəyanından uzaq olunmalıdır.Fizioterapiya sonrası 15-20 dəqiqə istirahət etmək və anidən soyuq havayla təmas etməməktdə və xüsusiylədə boyun bölgəsindəki oynaqlari və əzələləri, ən azından bir dəsmalla ya da boğazlı paltarla qorumaqda fayda vardır.
Masaj müalicəsi də xəstələr tərəfindən çox tərcih edilən bir yöntəmdir . Ancaq doğru bir şəkildə və bilən mütəxəsislər tərəfindən icra olunduğun da yardımcı bir müalicə metodu olaraq istifadə olununmasi tövsiyyə edillir . Rahatlatıcı, əzələ spazmini azaldıcı, ağrı azaltıcı təsiri vardır. Ancaq, masaj müalicədə tək başina yetərli deyildir. Müalicənin effektiv olmasi üçün fizioterapiyalarla (səthi və dərin qizdiricilar, elektrik axımları) birlikdə icra olunmasi məsləhət görülür.
Yayğın olaraq istifadə olunan metodlardan birisi akupunkturadır. Akupunktura da artıq bir fizioterapiya növü olaraq qəbul edilmekdədir. Daha çox ağrının aradan qadirilmasinda effektivdir. Ağrının çox şiddətli olduğu hallarda icra oluna bilinir. Digər fizioterapiya yöntemleri ilə birlikdə istifadə olunarsa çox müsbət nəticələr alınmaqdadır
Fizioterapevtik müalicələr sırasında ilk bir neçə gün ağrılarda artma ola bilər, buna baxmayaraq xəstə həkimin məsləhət bildiyi şəkildə müalicəsini davam etdirməlidir.
Fizioterapiyanın növləri hansılardır?
- TENS,interferens kimi aşağı və orta tezlikli cərəyanlar
- Ultrasəs, Qısa Dalğa kimi dərin isidicilər
- Parafin,infraqirmizi şüalar kimi səthi isidicilər
- Biofeedback
- Elektroneyrostimulyasiya
- Hidromassaj
- Traksiya
Fizoterapiyaya gələn xəstə ilk olaraq müayinə edilir, bundan sonra nevropatoloq, neyrocərrah ortoped, fizioterapevtin birgə rəyi əsasinda proseduralar təyin olunur .Müalicə planına ; fizioterpiya ilə birlikdə xəstəyə müalicə idmanı və gündəliş davranışa aid tövsiyyələr verilir.
Fizioterapiyanı kim tətbiq edir?
Fizioterapik prosedurlar həkiminin hər xəstəyə özəl olaraq tərtib edilmiş müalicə proqramina əsasən fizioterapevt tərəfindən təyin edilir.
İstilik proseduraları necə tətbiq olunur?
Səthi və dərin olmaqla iki növ istilik proseduraları vardır.
Səthi isidicilər
- İstilik paketləri (Hot Pack)
- Parafin
- İnfraqırmızı Şüalar
- Termal Palçıqlar
Dərin isidicilər
- Ultrasəs Dalğa
- Qısa Dalğa Terapiyası
İsti proseduraların müalicəvi təsirləri nələrdir?
- Ağrı kəsici təsiri vardır.
- Damarları genişləndirərək qan dövraninin artmasını təmin edir. Beləliklə zədələnmiş toxumaların yaxşılaşmasını və özünü bərpa etməsini sürətləndirir.
- Oynaqlarda qırıq, ağrı, hərəkətsizlik kimi səbəblərlə əlaqədar sərtləşən toxumaların həyati qabiliyyətlərini arttırır.
- Əzələ spazmını azaldır.
İSTİ MÜALİCƏSİ KİMLƏRƏ VƏ NƏ ZAMAN TƏTBİQ OLUNMAZ?
- Kəskin infeksiya, travma, qanama
- Hissi pozulmalar
- Şiş
- Ödem
- Qan dövrani çatışmazlığı
- Dəri altı piy toxumasının çox az və dərinin çox incə olduğu insanlar
- Kontakta girmə problemi olanlar.
İsti Paket (Hot Pack)
Ağrılı əzələ spazmlarında, xroniki və yarım kəskin dövr revmatik xəstəliklərdə, müxtəlif oynaq hərəkət məhdudluqları zamanı tətbiq olunur
Proseduranın icrası:
- Hot pack paketləri termostatlı cihazlar içində 60-70 C dərəcəyə qədər isidilir, daha sonra parçaya sarılaraq tətbiq olunur.
- 20-30 dəq isitmə kifayət edir, Temperatur yüksək olarsa tibb bacısını xəbərdar edin.
Təsiri : Əzələ yumuşaldıcı, ağrı kəsici, qan dövranı artırıcı effekti var.
PARAFİN
Bel əzələlərinin ağrılı spazmlarında, xroniki və yarım kəskin dövr revmatik xəstəliklərdə, müxtəlif oynaq hərəkət məhdutluqlarında tətbiq olunur.
- Parafin 50-55 C dərəcəyə qədər isidilərək maye hala gətirilərək istifadə olunur.
- Parafin lazımi qalınlığa qədər bel nahiyyəsinə yaxılır 15-20 dəq gözlədikdən sonra bel isti şəkildə qorunmalıdır.
Təsiri: Əzələ yumuşaldıcı, ağrı kəsici, qan dövranı artırıcı effekti var.
ULTRASƏS
Ultrasəsin müalicəvi effekti yüksək tezlikli səs dalğalarına (0.5-3.5 MHz) tətbiqinə əsaslanmışdır. Ultrasəs dalğalarının əzələ, oynaq və sümük kimi toxumalara nüfuz edərək hüceyrə səviyyəsində mikromassaj həyata keçirir və yerli mübadilə,eliminasiya proseslərini sürətləndirir,spazmolitik və iltihab əleyhinə təsir göstərir.
Ultrasəs vasitəsilə problemli nahiyəyə müxtəlif dərman maddələri yeridilə bilir ki,buna da fonoforez deyilir.Bu zaman müalicəvi preparatlar daha dərin toxumalara nüfuz edir ki,nəticədə müalicənin effektivliyi yüksəlmiş olur.Ultrasəs təyin edərkən prosedurun vaxtı,dozası,hansi metod ilə(labil və ya stabil)aparılacagı həkim tərəfindən təyin edilir.Beldə aparılan proseduralar əsasən labil metodika ilə,impluslu rejimdə 10 dəq ərzində 0,6 V/t sm2 dozada təyin edilir.
Ultrasəs nə zaman tətbiq olunmaz?
- Hamilələrdə
- Şiş varlığında
- Hissiyatın itdiyi dəri bölgəsinə
- Kəskin infeksiyalarda
- Hemofiliya kimi qan xəstəliyi olanlarda
- Qanama risqi olan bölgələrə
- Dərin Vena Trombozu, emboliya, ateroskleroz kimi damar xəstəliklərində
- Uşaqlarda qol və ayaqlarda böyüyən qığırdaqlar üzərinə.
- Laminektomiya edilmiş bel yırtığı əməliyyatlarından sonra onurğa üzərinə
- Boynun ön qisminə, gözlərə, başa, alına, dəri altındaki sümük çıxıntılara, testislərə, qarında yumurtalıqlar üzərinə tətbiq olunmaz
- Ultrəsəs davamlı olaraq və eynı nöqtəyə hərəkət etdirilmədən tətbiq olunarsa; həddindən çox isinmə nəticəsində YANIQ meydana gələ bilər.
- Yüksək dozalarda (3 Watt/cm2’dən çox) istifadəsi toxuma zədələnməsinə gətirib çıxara bilər.
- Diqqətli istifadə zamanı xüsusi bir əlavə təsir meydana gəlmir.
Qısa Dalğalı Diatermiya
Qısa dalğalı diatermiya; elektromaqnit enerjisini istilik enerjisinə çevirən bir dərin isitmə metodudur.. Təsiri: Ağrını götürmək, əzələ spazmını və sərtliklərini yumuşaltmaq, oynaq sərtliklərini azaltmaq , əməliyyat sonrası şişlik və ağrını azaltmaq, zədələnmiş toxumaların yaxşılaşmasını sürətləndirməkdir.
- Dərin toxumalarda temperatur 40- 45 C dərəcəyə qədər yüksəlir ancaq dəri və dərialtı piy toxumasi çox az qızdığı üçün, xəstə yalnız xoş bir istilik hiss edər.
- Proseduranın ortamüddəti 15-30 dəqiqədir.
Qısa Dalğalı Diyatermiya Nə Zaman/Kimlərə Olmaz?
- Dəridə hissiyatın pozulduğu hallarda
- Pacemaker (ürək pili) istifadə edənlərdə
- Hamiləlik
- Mensturasiya zamanı qarın və bel bölgəsinə
- Ciddi ürək damar xəstəliyi olanlarda
- Şiş xəstələrində
- Aktiv vərəm
- Son 6 ayda radioterapiya alan bölgələrə
- Uşaqlarda böyümə qığırdaqları üzərinə
- Göz və xayalara OLMAZ
- Metal protez vb. varlığında: davamlı qısa dalğa olmaz ancaq 5 Watt altında az dozada qısa fasiləli (pulse) qısa dalğa tətbiq oluna bilər
Aşağı tezlikli elektrik cərəyanları
- TENS
- İnterferens
- Diadinamik cərəyan
Təsiri: Əzələri stimulyasiya edici, ağrı kəsici, qan dövranı yaxşılaşdırıcı, ödem azaldıcı təsiri ilə sümük -əzələ və ve periferik sinir sisteminin bir çox xəstəliklərinin müalicəsində istifadə olunur.
Aşağı Tezlikli Elektrik Cərəyanları Nə Zaman/Kimlərə Olmaz?
- Hamiləlik zamanı gövdə, qarın və çanaq sümükləri (pelvis) bölgəsinə
- Pacemaker (ürək pili) istifadə edənlərdə
- Tətbiq olunan bölgədə dermatit, ekzeması olanlarda
- Uşaqlarda böyümə qığırdaqları üzərinə
- Qan dövranı pozğunluqlarında , qanama və tromboz zamanı
- Boynun ön nahiyəsinə OLMAZ!
Traksiya (Dartma)
Traksiya xüsusi monitorlaşmış çəkmə sisteminin vasitəsiylə lazım olan bölgədə əzələ spazmını azaltmaq, dekompressiya yaratmaq, sinirlərə yırtıq vasitəsiylə olunan sıxılmanı aradan qaldırmaqla yaranmış sinr kökcüyündəki ödemi azaltmaq mümkün olur. Bu da onu göstərir ki, traksiya kompression-mexaniki ağrılar zamanı çox faydalı olaraq fəqərələrin arxa oynaqlarını (faset eklemleri) birbirinden ayırır, üzərinə düşən yükü azaldır eyni zamanda əzələ və bağları gərir.
Traksiya nə zaman / kimlərə olmaz ?
- İnfeksiyalar (Osteomiyelit, dissit)
- Sümük və ya onurğa beyni şişləri
- Fəqərə sınıqları
- Sümük əriməsi (osteoporoz)
- Hipertoniya
- Ürək qan damar xəstəlikləri
- Hamilələrdə bel bölgəsinə
- Sekvestrləşmiş disk yırtıqlarında
- Çox hərəkətli (hipermobil) oynaqları olanlara
- Revmatoid artritdə boyun bölgesine OLMAZ!
Soyuq Proseduranın təsiri nələrdir ?
- Buz paketləri ilə soyuğun tətbiqi zamanı iltihab azalır.
- Ağrı kəsici və əzələ yumuşaldıcı effektləri mövcuddur.
Soyuq prosedurası nə zaman / kimlərə olmaz?
- Soyuğa dözümsüz və həssas insanlar.
- Qan dövranı çatişmazlığında
- Hissiyyat pozğunluqlarında
Fizioterapiyaya gələrkən diqqət ediləcək məqamlar:
- Seanslarınıza vaxtında gəlin, dəyişiklikləri həkiminizə əvvəlcədən bildirin.
- Müalicədən tam olaraq fayda görə bilməyiniz üçün seanslara ardıcıl olaraq gəlməniz vacibdir.
- Müalicə salonuna qiymətli əşyalarınızı gətirməyin.
- Proseduraya gələrkən rahat paltar geyinməniz vacibdir.
- Digər mövcud olan xəstəliklərinizi (təyziq, ürək, şəkər , hamiləlik, bədəndəki metal və protezləri, ürək pili,infeksion xəstəlikləri ) ilk seansdan əvvəl mütləq bildirin.
- Fizioterapiya zamanı üzərinizdəki metal əşyaları çıxartmalısınız.
- Fizioterapiya sonrası normal gündəlik işlərinizi edə bilərsiniz, xüsusi bir qorunmaya və ya istirahatə ehtiyac yoxtur. İstirahət yalnızca xəstəliyinizin durumuna görə həkiminiz tərəfından tövsiyyə olunarsa icra edin.
- Tövsiyyə olunan idman hərəkətlərini mütləq ardıcıl olaraq icra edin.
Manual (əllə) terapiya: Bu müalicə metodu,mexaniki boyu ağrılarında , əzələ spazmları, kontrakturalar, baş ağrıları, migren, onurğa bloklarında müsbət nəticələr verə bilir. Boyun yırtıqlarında bu müalicə metodunun tətbiqi həkim icazəsi olmadan icra olunması tövsiyyə olunmur.