• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Boyun Ostexondrozu nədir?

Xalq arasında boyun kirənclənməsi (duzlaşması) kimi tanınan patalogiya tibbi olaraq osteoxondroz adlandırılır. Onurğanın boyun şöbəsinin hərəkət seqmenti fəqərə arası disk, faset və unkovertebral adlandırılan oynaqlardan təşkil olunmuşdur. Boyun fəqərələrinin degenerasiyası fəqərə arası diskdən başlayır və bu digər qonşu oynaqlarda ikincili dəyişikliklərə səbəb olur. Degenerasiyaya bir cavab olaraq vücud bu elementləri daha dayanıqlı olan kirəc yapılarla dəyişdirməyə başlayır. Çünkü artıq bu yapılar təzyiqlərə qarşı mühafizə edə bilməməsindən irəli gəlir. Bu bir növ əlinizlə kobud, uzun müddətli iş gördükdən sonra ovuc içindəki dərinin qalınlaşmasına bənzər bir haldır. Fəqərə sütunundakı degenerasiya müddəti spondilyoz olaraq adlandırılır. Servikal spondilyoz adətən orta və iləri yaşdakı insanlarda rast gəlinir. Ancaq müasir dövrdə bu patalogiya cavanlaşan xəstəliklər arasında yer almaqdadır. Belə ki artıq gənclərdə də bu xəstəliklərə tez tez rast gəlinir. Bu xəstəlik proqressiv onurğa beyni və sinir kökü sıxılmasının ən yayğın səbəbidir. Spondilolitik müddətdə boyun hərəkətlərində məhdudiyyət, ağrı və ya nevroloji defisitler (radikülopatiya və ya miyelopatiya) yaranır. Spondilozdakı digər nadir sindromlar isə udqunma problemləri və vertebro bazilyar çatmamazlıqdır(baş hərlənmə, qulaqlarda səs-küy, yıxılmalar), Horner sindromu, faset sendromu, atlantoaksiyal osteoartrit və servikal qeyri stabilitədir.

Osteoxondroz zamanı nə baş verir?

  • Disklər arası məsafənin azalmasına
  • Disklərin elastikliyinin azalmasına
  • Disklərin yuxarıdakı səbəblərlə əlaqədar sürüşərək ətrafındakı sinir və damarlara təzyiq etməsinə səbəb olur.

osteo-1
Disklərin degenerasiyasi zamanı əvvəlcə fibroz həlqədə çatışmamazlıqlar yaranır deyə, pulpoz nüvə öz konfiqurasiyasini dəyişərək sürüşərəkdən qabarıqlaşır ki, buna protruziya deyilir. Protruziya da öz növbəsində yaxınlıqdan keçən sinir və damarlar təzyiq edərəkdən müxtəlif kliniki əlamətlər verir. Protruziyalar vaxtında müalicə olunmadıqda isə fibroz həlqənin tamlığı pozulmağı davam edir ki, bu zaman pulpoz nüvə həmin defektdən sürüşərək və ya qopub ayrılaraq disk yırtığını formalaşdırmış olur.

osteo-2

Boyun osteoxondrozunun səbəbi nələrdir?

Yaşlanma, günlük həyatın gərilimləri, boyun hərəkətləri və pozisiyaları, makro və mikro travmalar və psixoloji gərginliklər diskin quruluşunu və qidalanmasını pozmağa və sonunda dəyişik dərəcələrdə diski degenerasiya etməyə yönəlik faktorlardır. Uşaqlıq çağında keçirilən infeksiyalar və immun sistemindeki çatışmamazlıqlar da disk degenerasiyası (kirəclənməsi) yaradan faktorlar ola bilər.

Boyun osteoxondrozunun (kirəclənməsinin) əlamətləri nələrdir?

Əlamətlər adətən özünü 18 yaşından etibarən göstərəbilir və simptomların biruzə vermə ehtimalı yaş artdıqca daha çox artar. 50 yaşından sonra bir xeyli dərəcədə ciddi simptomlar meydana gəlir. Başlıca əlamətləri:

osteo-3

  • boyun ağrısı
  • baş ağrısı
  • qol ağrısı
  • əllərdə uyuşma- keylik
  • əzələ spazmı
  • həssasiyyət və hərəkət məhdudluğudur.

Ağrı boyundan başa da yayılabilir. Spondilyoza bağlı səhər tutuqluğu qısa müddətlidir. Əksər hallarda səhər tutuqluğu bir neçə dəqiqədə keçib gedir. Sinir kökü sıxılması olduğu zaman qola yayılan ağrı, uyuşma, qarəşqa gəzmə hissiyyatı, soyuq və ya isti hissiyyatı, iynələnmə olur. Onurğa beyni sıxılması olarsa yürümə çətinliyi yaranır. Boyundan beyinə geden damarların sıxılması nəticəsində damarlarda daralma baş verir ki bu da özünü baş hərlənmə, qulaqlarda səs- küy, bulanıq görmə, baş ağrısıyla biruzə verir.

osteo-4
Boyun ağrılarının diaqnozunda hansı müayinələr istifadə olunur? Görüntüləmə metodlarından (rentgenoqrafiya, komputer tomografiya, Maqnit Rezonans Tomoqrafiya, Ultrasonografiya), sintigrafiya, elektrofizyoloji yöntəmlər (EMG) və laborator analizlərdən istifadə olunur. Bu metodların hər biri özünə məxsus yeri və bilgi vermə hüdudu var.

Boyun osteoxondrozu necə müalicə edilir?

Servikal spondilozlu xəstələrin çoxu konservativ (əməliyyatsız) müalicə ilə yaxşılaşırlar. Belə ki, boyun osteoxondrozu zamanı digər bölgələrə nisbətən daha qısa müddətə daha çox müsbət nəticələr alınmaqdadır. Müalicə metodları; xəstə bilgiləndirmə, boyun korseti, fizioterapiya və dərman müalicələridir. Nadirən cərrahi müalicə uygulanır.

Boyun fəqərələrinin istirahətini təmin etmək, hərəkətlərini bir qədər məhdudlaşdırmaq və boyuna düşən başın ağırlığını azaltmaq üçün boyun korseti istifadə oluna bilər. Korsetdəykən atrofiyanı əngəlləmək üçün idmana vaxt itirmədən başlamaq lazımdır. Ağrılı bölgələrə tətbiq olunan yerli inyeksiyalar əzələ ağrısını və spazmın yaxşılaşmasında yardımcı ola bilir. Yarım kəskin və xroniki dövrdə fizioterapevtik proseduralardan səthi qızdırıcılarla birlikdə dərin isiticilər də istifadə olunur. Isti damar genişləndirici effekt verərəkdən, qan axımını artıraraq toxumanın qidalanmasını və metabolik artıqların atılımını rahatlaşdırır. Beləcə bir tərəfdən əzələ spazmını və ağrıyı azaldarkən bir tərəfdən də toxumanın təmirinə başlayaraq prosesin təkrarlanmasınıni gecikdirir. Isti birləşdirici toxumaların (bağların, əzələlərin, kapsulların) elastikliyini artıraraq, birlikdə tətbiq olunanda traksiyanın təsirini və xəstənin traksiyaya toleransını artırır. Həm kəskin həm də xronik ağrılı xəstələrdə TENS kimi aşağı frekanslı axımların analjezik (ağrı kəsici) və qidalandırıcı təsirlərindən xəstələr fayda görür (daha ətraflı boyun yırtıqları bölməsindəki fizioterapevtik müalicə bölməsində izah olunmuşdur. )

Boyun ağrılı xəstələrdə çox geniş istifadə olunan müalicə üsullarından biri olan masaj ağrılı əzələ spazmını azaldır, qan dövranının artırır, kontrakturaları və yapışıqlıqları sərbəstləşdirərəkdən xəstəyə eyni zamanda psixoloji bir rahatlıq verir. Manipulasyonla inanılmaz yaxşılaşma görülə bilinir.

İdmanın osteoxondrozda, onun gələcəkdə irəliləməsinin qarşısının alinmasında mühüm əhəmiyyəti vardır. Egzersizlər xəstənin özünü daha çox gümrah hissetdiyi saatlerda olunmalıdır. Bu əsasən səhər erkən saatlarıdır. Egzersizden öncə isti uygulama, əzələ kövşədici və analgeziq dərman verilməsi egzersizin daha rahat icra olunmasına yardımcı olur. Osteoxonrozun irəliləməsinin qarşısını almaq üçün xəstələr marifləndirilməlidirlər. Xəstə maarifləndirilməsində önəmli yerə duruş pozisiyaları və gündəlik yaşayışdakı hərəki aktivliklərdəki incə məqamlara diqqət vermək önəmlidir.

Qeyd: Uzun müddət kompyuter – daktilo istifadəçiləri, daimi tək nöqtəyə baxdıqları üçün boyun əzələlərinin lazımı qədər hərəkət etməməsi nəticəsində ağrı yaranır.

osteo-5

 

Xalq təbabətində Osteoxondrozun müalicəsi

Osteoxondrozun müalicəsində dərman bitkilərinin dəmləmələrindən həm daxilə qəbul üçün, həm də məlhəmlərin hazırlanması üçün istifadə oluna bilər.

Yerli müalicədə istidadə olunan məlhəm:

Böyük bağayarpağı və at pıtrağı kökününü hərəsindən 1 xörək qaşığı, gülümbahar çiçəyi və qurd pəncəsinin kökünün hərəsindən 2 xörək qaşığı, dəmrovotu və aptek çobanyastığı çiçəklərinin isə hərəsindən 3 xörək qaşığı götürülüb xırdalanır və qarışdırılır. Alınan yığıntıdan 3 xörək qaşığı götürüb 1 stəkan suda 10-15 dəqiqə vam odda qaynadılır. Odun üzərindən götürüb 1-1,5 saat müddətində dəmlənir və bir neçə qat tənzifdən süzülür. Bişirməyə kərə və bitki yağı əlavə olunur. Alınan məlhəm gündə 3-4 dəfə ağrıyan nahiyələrə çəkilir.

bagayarpagi

Daxilə istifadə üçün də bir neçə resept var:

Resept – 1
1 kq ağcaqovaq qabığı
1 kq tozağacı qabığı
100 qr palıd qabığı
Komponentləri xırdalayıb qarışdırın. Qarışıqdan 1 xörək qaşığı götürün, üzərinə 1 stəkan qaynar su töküb vam odda 5-7 dəqiqə qaynadın. Süzdükdən sonra dəmləməni gündə 1 dəfə 1/2 stəkan həcmində qəbul edin.

Resept – 2
1 xörək qaşığı cəfəri toxumunu xırdalayıb 1 stəkan qaynar suda 1-2 saat müddətində dəmləyin. 1 desert qaşığından gündə 5-6 dəfə daxilə qəbul edin.

Resept – 3
2 xörək qaşığı quşarmudu meyvəsinin üzərinə 500 ml qaynar su töküb 1-2 saat müddətində dəmləyin və süzün. Gündə 3-4 dəfə 1/3 stəkandan qəbul edin.

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53