Boyun kanalı darlığının (stenozunun) diaqnostikası
Rentgen filmi boynunuzla əlaqəli ümumi bir məlumat verə bilir. Belə ki, travmatik dəyişiklik, osteoxonroz, lordozun itməsi, disk məsafəsinin azalması, əməliyyat sonrasi keycin vəziyyəti haqqında və s. məlumat verəcəkdir. Ancaq disk yırtığı, onurğa beyni xəstəlikləri, iltihabi dəyişikliklər, şiş xəstəlikləri haqqda məlumat vermə qabiliyyəti azdır. Çunki stenozun təyini zamanı boyun nahiyyəsində olan yumuşaq toxumalarin (disk, sinir, haram ilik, damar və s.) görüntüləməsində rentgen acizdir. Ona görə dəqiq görüntü üçün KT və ya MRT şərtdir.
Komputer Tomoqrafiya (KT) onurğa kanalının, fəqərələrinin dəyərləndirilməsində istifadə olunur. Yumuşaq toxumalarinın dəyərləndirilməsində bir o qədər informativ deyildir. Stenozda onurğa kanalına kontrast maddə inyeksiya sonrasi myeloqrafik KT icra oluna bilinir ki, bu daha çox informasiya verməyə yardım etmiş olur.
Maqnit Rezonans Tomoqrafiya (MRT) texnologiyanın son nemətlərindəndir. Bu cihazlar sayəsində sümüklərlə birlikdə yumuşaq toxuma rahatlıqla və ətraflı görülebilmektedir.
Elektromiyografiya (EMG) əlinizdən və ya qolunuzdan geçen elektrik siqnallarını ölçülmə işidir. EMG (elektromiyografi) xalq arasındakı adıyla sinir ölçüm testi kimi tanınmaqdadır. Bu sayədə sinirlərdə nə qədər hissiyyat itkisi varsa onun təyinində mühüm əhəmiyyətə malikdir. Birdən çox boyun yırtığı olduğunda hansı yırtığın kliniki olaraq daha çox problem yaratdığını təyin etmədə, cərrahi göstərişin qoyulmasında, diaqnozun dəqiqləşdirilməsinə yardımcı olur. Eyni zamanda elektromyogram (EMG) boyun fəqərə arası disk yırtığı ilə əlaqədar olan radikülopatiya (boyun köklerine bağlı rahatsızlık) ilə karpal (ulnar) tunel kimi qolda olan tuzak neyropatik sinir xəstəliklərinin birbirinden ayıraraq, differensasiya olunmasında yardımçı olur.