Boyun ağrısının səbəbləri
Boyun ağrıları bel ağrıları qədər sıx görülməməklə birlikdə, hər yaş qrupunda rast gəlinə bilən, həyat keyfiyyətini azaldıb, iş qabiliyyətinin itməsinə səbəb ola bilən önəmli bir problemdir.
Boyun ağrısı səbəbləri 3 əsas qrupa bölünür.
- Sümük-əzələ sistemi mənşəli səbəblər
- Boyun xarici bölgələrin xəstəliklərinin səbəb olduğu ağrının boyun bölgəsində hiss edilməsi (yansıyan ağrı)
- Boyun bölgəsini tutan infeksion ( bruselyoz, tuberkulyoz) və şiş xəstəlikləri
Qeyd: Gərilim, stres, siqaret: Boyun ağrısını artıran və xronikləştirən ən önəmli səbəblərdir. İqtisadi, sosial və psixoloji problemlərimiz boyun ağrısını artırır. Gülmək, nizamlı çalışmaq, sosial aktivliklər və həyata bağlı olmaq boyun ağrısına qarşı ən önəmli silahımızdır.