• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Bel yırtığının cərrahi əməliyyatı

Bel və boyun yırtıqlarının əksər hissəsi konservativ (əməliyyatsız) müalicələr adlandırılan bu ilk üç üsuldan biri və ya bir neçəsiylə yaxşılaşır. Çox az bir qisim xəstədə cərrahi müalicəyə ehtiyac olur. Fizioterapiya olunan xəstənin ağrıları davam edirsə və ya əzələ zəifliyi, baldırda arıqlama, sidik saxlamada problemlər, dözülməz ağrılar mövcuddursa və icra olunan müalicələr effektsizdirsə bu hallarda əməliyyat mütləqdir. Əməliyyatda məqsəd onurğadan çıxan sinirlərə olan mexaniki təsir aradan qaldırmaqdır.

emeliyyat-1

Əməliyyat Zamanı Əlil Olma Ehtimalı Nə Qədərdir ?

Cəmiyyətdə insanlar arasında əməliyyat olunaramsa əlil qalaram, iflic olaram, uzun müddət yataqdan qalxa bilmərəm, korset taxmaq məcburiyyətində qalaram və ya yırtığım təkrar əmələ gələr, təkrar əməliyyat olunaram kimi fikirlər mövcuddur. Amma mikrocərrahiyyə sayəsində bu növ qorxulara lüzum qalmamışdır. Əgər cərrahi müdaxilə olunmazsa və sinirə təyziq davam edərsə o zaman xəstənin ayağında zəifləmə, baldırda arıqlama, sidik saxlamamazlığı, cinsi zəiflik yarana bilər.

Müasir dövrdə icra olunan əməliyyatlardan sonra xəstə 1 sutka ərzində aktivləşdirilir, əməliyyatdan bir gün sonra xəstə evə yazılır. Ən qısa zamanda da işinə geri dönüb, aktiv həyatını davam etdirir.

CƏRRAHI MÜALICƏ METODLARI:

  1. Klassik diskektomiya
  2. Mikrodiskektomiya
  3. Endoskopik diskektomiya
  4. Lazer diskektomiyası
  5. Nukleoplastika

Bel yırtığı əməliyyatlarında məqsəd yırtıqlaşan qisimlə birlikdə diskin degenerasiyaya uğramış pulpoz nüvəsini boşaltmaq və sinir üzərindəki kompressiyanı aradan qaldırmaqdır.

Klassik metod: Ümumi anesteziya (narkozla) sonrası, beldə 4-5 cm. lik bir kəsiklə girilərək disk yırtığı çıxarılır. Bu zaman əməliyyat yarası böyük olduğu üçün əməliyyat sonrası xəstədə ağrıların olma ehtimalı daha yüksəkdir. Müasir dövrdə bu metod daha az istifadə edilməkdədir.

Mikrodiskektomiya: Mikroskop altında kiçik bir kəsik ilə (2 cm) daxil olaraq, ətraf toxumalara zərər vermədən, yırtığın güvənli bir şəkildə çıxardılması əməliyyatıdır. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur.

emeliyyat-2
Effektivliliyi, etibarlılığı yüksək olmasına görə bugün dünyada ən çox qəbul edilən və tətbiq olunan metoddur. Bu əməliyyat sonrası xəstəxanada bir gün qalınaraq xəstə yaxşılaşma ilə evə yazılır.

Endoskopik Diskektomiya : Endoskopun köməkliyi ilə 1 sm-lik bir kəsik ilə icra olunan müdaxilədir. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur.

emeliyyat-3
Bu əməliyyat sonrası xəstəxanada bir gün qalınaraq xəstə yaxşılaşma fonunda evə yazılır.

Lazer Diskektomiya: Lokal anesteziya sonrası yırtığa yüksək temperatur tətbiq olunaraq ölçüləri bir miqdar kiçildilir.

emeliyyat-4
Effektivliliyi azdır. Ciddi onurğa beyni, sinir kökü kompressiyası və nevroloji defistlər verməyən yırtıqlara başlanğıc mərhələdə və protruziyalara tətbiq olunur.

Nukleoplastika: Lazer diskektomiyaya bənzər şəkildə disk məsafəsinə daxil olunaraq radyofrekans tətbiq olunur

Hər hansı bir müdaxilənin seçilməsi mütəxəsis tərəfindən seçilir. Vaxtinda doğru mütəxəsislər tərəfindən icra olunan əməliyyatlar sonrası xəstə tam olaraq əvvəlki normal həyatina və işinə geri dönür.

emeliyyat-5
Bizim klinikada icra olunan spinal anesteziya altında, tam ağrısız və 40 dəqiqəlik bel yırtığı əməliyyatı sonrası xəstə 6-10 saat ərzində aktivəşdirilərək evə yazılır.

Bel disk yırtığının(qrija) minimal invaziv mikrocərrahiyyəsi

 

Bel disk yirtiğinda icra olunan cərrahi əməliyyatlarin növu ve ceşidi coxdur. Belə ki, bu əməliyyatlarin her birində məqsəd bel və boyun disk yırtığının (qrija) xaric edilməsidir. Ancaq her bir metodun üstün və çatişmayan cəhətləri vardır.Ona görə də, tibbin qarşisinda duran ən onəmli məsələ odur ki,  qisa muddətli , az travmatik , qanamasiz , ağrisiz , risqsiz ve fasadsiz bir disk yirtiği cərrahiyyəsi icad olunsun..Buna görə  də, bir cox elmi araşdirmalar və  ixtiralar icra olunmaqdadır.Hal -hazirda dünyada yeni bir metod olan və özünü doğruldan disk yırtığı cərrahiyyə “minimal invaziv spinal mikrocərrahyyə”-dir. Amerikan alimlərindən ibarət olan qrup Medtronik medfix  şirketinin tubular retractor sistemini ixtira edərəkdən , minimal invaziv metodda yeni bir qapı açmişlar.Bu üsul mükəmməl və üstünlükləri çox olduğuna görə hazirda dünyada tətbiq olunan ən son, müasir ,təhlükəsiz metod hesab edilir.

Bel qrijasinin (yırtığının) xaric edilməsi ücün istifadə olunan bu metodu ilk dəfə Azərbaycanda istifadə edən  neyrocərrah Əliosman Qədimbəylidir.  Disk yırtığının (qrijasinin)  xaric ediməsi prosedurası tam ağrisiz, qansiz,oyaniq, narkozsuz , 15 dəqiqə ərzində və ən əsasi risqsiz olaraq icra olunur. Əməliyyatdan sonra xəstənin əlil və iflic olma təhlukəsi yoxdur.  12 saat sonra xəstə  evə göndərilir. Və həkimin tovsiyyəsinə əsasən pasient əvvəlki normal işinə geri dönür.

Bel və boyun yırtığınin mualicəsində istifadə olunan, amerikan medtronik medfix şirketinin “tubular minimal invaziv mikrocerrahiyyəsi” , almaniyanin Zeiss opmio vario 700 mikroskopu vasitəsiylə Operator cərrah Əliosman doktor tərəfindən mükəmməl şəkildə icra olunur.Minimal invaziv mikrocərrahiyənin üstünlüyü nədir?

 

Bu metoda Amerika,İsrailin,avropa institutlarinin və özəl klinikalarinin üstünlük verməsinin səbəblərini nələrdir?  İlk öncə bu sistem minimal invaziv mikrocerrahi metoddur.  Yəni adindan da görundüyü kimi minimal , qapalı müdaxilədir, yəni etraf ezele toxumasi zedelenmir, cunki kesik aparilmir, bunun ucun  xüsuso genişləndirilən tubuluslardan istifadə olunur. Buna gorə də, mikrocerrahiyyeden sonra bel ağrisi  olmur. Faset oynağa toxunulmur, zedelenmir (amma aciq emeliyyatlarda faset oynağin mediali goturulur) , buna gorə də mirocərrahiyyə sonrasi beldə yatrogenik sürüşmə  (listezis ) olmur və xəstə korset taxmağa lüzum qalmır .Yara kiçik (18 mm) olduğu üçün  kobud çapiq toxumasi yaranmir. mikrocerrahi  muddeti qisa olur (10-  15 dəq)  . Bugün ki avropa ve amerikada ən aparici metod olan “minimal invaziv spinal mikrocerrahiyyə” yaygin olaraq tətbiq olunmaqdadir.

Bu metodun diger üstünlükləri onadan ibarətdir ki, şəkərli diabeti, osteoporozu, kecirilmiş infarkti , ürəkdə stendi, piylənməsi (obezitesi 100 kq dan cox cəki), insult kecirmiş  olan və yaş məhdudiyyətində asılı olmayaraq narkozsuz olaraq  bütün xəstələrdə disk yırtığı mikrəcərrahiyyəsi tətbiq oluna bilinir.

 

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53