Bel Kanal Darlığı Nədir
Onurğa kanalının bel nahiyyəsinin daralması və sinirlərin sıxışması nəticəsində yaranan xəstəliyə “lomber spinal stenoz” və ya “lomber dar kanal” digər adıyla bel kanal darlığı deyilir. Onurgada kanalin daralmasi bel osteoxondrozunun irəliləməsinin nəticəsidir (və ya agirlaşmasidir).
Dar kanalin yaranma mexanizmasi: Onurğa kanalinin divarlarini əmələ gətirən fəqərə arasi disklərin, bağlarin və iki fəqərə arasındaki faset adli oynaqlarin zamanla normal quruluşu pozulur və beləliklə onurğa kanalinda daralma baş verir.
A. Bu şəkildə diskin içindəki maye azalaraq disk yüksekliyinin azalmasına və sərtləşən diskin onurğa kanalına doğru qabararaq sürüşməsinə səbəb olur. Diskin sürüşməsi nəticəsində onurğa beyninə və sinirlərə öndən kompressiya yaratmiş olur.
B. Artrit (qığırdaq toxumasinin yox olması) səbəbiylə fəqərədəki faset oynaqlarının sümük və bağları da qalınlaşaraq onurğa kanalina təzyiq edirlər.
C. Onurğa kanalının ətrafindaki bağlarda (lig.flavum yəni sari bağ) qalınlaşır. Bunlarin nəticəsi olaraq onurğa kanali hər tərəfdən daralmaya başlayir nəticə etibariylə əgər mərkəzi kanal daralarasa bu zaman dural kisə sixilir ki buna “sanral stenoz” əgər lateral hissə və sinir dəlikləri daralarsa buna da “foraminal stenoz” deyilir.
Bel kanal darlığında xəstənin şikayəti
Bel dar kanalı olan xəstələrin şikayəti bel ağrısıyla birlikdə ayaqlarda keyləşmə, cimildəşmə, uyuşma, yanğı, göynəmə hissiyyatı və əzələ zəifliyi müşahidə olunur. Bu tipli xəstələr yürüyərkən , gəzərkən ayaqlarda uyuşuqluqlar,ağrı artır və bu tipli insanlar oturub dincılməyə ehtiyac duyurlar.
Bel kanal darlığının diaqnozu
Dar kanal şikayətləri olan xəstə həkimə müraciət etdiyində öncəliklə xəstənin tam olaraq şikayəti dinlənilir, anamnez alınır, nevroloji müayinə edilir. Ardından həkimin istəyindən asılı olaraq rentgenoqrafiya (X-Ray), komputer tomografiya (KT) və maqnit rezonans tomoqrafiya rezonans (MR) müayinələr istənilir.
Onurğada dar kanalın müalicəsi
Xəstəliyin başlanğıc mərhələsində konservativ müalicələr icra olunur. Konservativ müalicələr ilə onurğanin bel nahiyəsində olan dar kanal ancaq daha ağrısız və funksional olacaqdır. Konservativ müalicəyə dərman müalicəsi, fizoterapiya ,steroid (diprospan və.s) və bəzi idman növləri aid edilir.
Fizioterapiya onurğa ətrafi əzələləri gücləndirərək daha sağlam bir bel və ağrilarin azalmasini hədəfləməkdir. Onurğaya ətrafi əzələlərə vurulan steroid inyeksiyalar ağrinin azalmasinda və ödemin aradan qaldirilmasinda əhəmiyyəti vardir. Bu inyeksiyalar xəstəliyin şiddətinə, yerinə və xəstənin yanaşi xəstəliklərini nəzərə alaraq həkim tərəfindən təyin olunur.
Onurğada bel kanal darlığının cərrahiyəsi
Yuxarida sadalanan konservativ müalicələrə cavab vermeyen xəstələr, sidik ifrazi və bağirsaq ifrazi funksiyalari pozulanlar , ayaqlarda ciddi uyuşuqluq, yandirma ,göynətmə və.s hissi pozuntulari olanlar ,əzələ gücü zəifliyi, yürümə mesafesi azalan və həyat kalitəsi iləri dərəcədə pozulan xəstələr cərrahi əməliyyata namizəddirlər.
Bir xəstənin tarixçəsi
55 yaşli qadin xəstə 2 ilə yaxindir ki bel və hər iki ayaq ağrisindan ,baldir əzələlərində kramplardan (qicolmadan), pəncədəki uyuşuqluqdan, keylikdən, bu şikayətlərin gəzmə zamani artmasindan şikayət edir.Xəstə son bir il ərzində dəfələrcə fizioterapiya ,dərman müalicələri,idman etməsinə baxmayaraq şikayətləri getdikcə artmaqdadir.Xəstə son aylar ərzində aşaği ətraflarda varikoz damar genişlənməsi ilə əlaqədar müalicələr almişdir.Ancaq heç bir fayda görməmişdir Mrt sonrasi bizə müraciət etmişdir Bel oma Mrt də L4 –L5 fəqərələr səviyyəsində diskin hundurluyunun azalmasi və onurga kanalinin stenozu müşahidə edilir.
Əməliyyat önu MRT: L4-5 fəqərə arasi disk səviyyəsində onurğa kanalinin stenozu.Həmin səviyyədə sinir kokcüklərinin və dural kisənin kobud sixilmasi