Bel fəqərələrinin kanal darlığı (stenoz) əməliyyatı
Bir pasientin xəstəlik keçmişi: 50 yaşlı kişi xəstə son iki ildirki yürümə məsafəsinin azalmasından (40 metr), yürümə zamanı ayaqlardakı yorğunluq, uyuşuqluq, keylik hissinin yaranmasından, baldırda olan qıcolma (kramp) şikayətləriylə müraciət etmişdir. İcra olunan MRT L4-L5 fəqərələr səviyyəsində onurğa kanalının kobud stenozu aşkar olunur. Xəstəyə spinal anesteziyayla bir tərəfli yanaşma ilə bilateral sublaminar dekompressiya əməliyyatı icra olundu. Əməliyyatdan sonra xəstənin yürümə məsafəsi artmışdır, keylik, qıcolma və ağrılar tamamilə itmişdir. Xəstə 1 sutka sonra evə yazıldı.
Qeyd! Bu metodun üstünlüyü ondan ibarətdir ki, total laminektomiya olunmadan kanal tam dekompressiya olunur. Əməliyyat müddəti qısadır (1 saat), yara kiçik oldugu üçün kobu çapıq yaranmır. Xəstə qısa müddətdə aktivləşdirilir.