Boyun yırtığı (qrija)
Fəqərələri bir birinə bağlayan disklər ,fəqərələr arasındaki bir yastıq ya da amortizator funksiyasını yerinə yetirərək, boynumuzun əyilməsini və döndürülməsini təmin edir. Disk ‘anulus fibrosus’ adı verilən sərt xarici təbəqədən ibarətdir. Yaşlanmayla bərabər diskin mərkəz elementi olan “pulpoz nüvə” su tərkibini itirməyə başlayabilir və diskin funksiyalarında pozulmaya yol açabilir. Disk mərkəz təbəqəsində pozulmalar olabiləcəyi kimi xarici təbəqədə də zədələnmə və yırtılmalar meydana gələbilir. Bu vəziyyətdə, diskin merkəzi elementi çöl təbəqədəki çatlaq yerlərdən sinirlər və onurğa beyninin keçdiyi kanalla doğru axmasına səbəb olabilir və hala servikal disk (boyun yırtğı, “qrija”) adı verilir.
Boyun yırtığının əlamətləri
Boyun yırtığı iki fəqərə arasındakı qığırdağın degenerasiya sonrası sürüşərək onurğa beyninə və ya qola doğru gedən sinirləri sıxışdırması halıdır. Sıxışdırmanin kompressiya derecesi və müddəti artdıqca cıddı problemlər müşahidə olunmağa başlayır.Belə ki, aşağıdaki simptomlar özünü biruzə verir:
- Ənsədə ağrı, əzələlərdə spazm, boyun hərkətlərində məhdutluq
- Ənsəden başa doğru yayıla bilən ağrı
- Baş hərlənməsi, qulaqda səs -küy, göz qarşısında qara nöqtələrin uçuşması, bulantı, diqqət pozuntusu
- Boyun və qol ağrısı
- Kürək arasi və döş qəfəsinin önünə yayılan ağrı
- Qol və/vəya əl əzələlərində güc və qüvvət itkisi (əl əzələlərində arıqlama,əlindən tez tez bir şeylər düşürmə, hərəki qavrama azalması)
- Qollar və/vəya əllərdə uyuşma,keylik hissi (iynə batma,yandirma ,göynətmə, qarışqa gəzmə və.s tipli hissi pozuntular)
- Ağrı adətən gecə yuxuda artmağa meyilli olur
Sidik ifrazı funksiyalarının saxlamamazlıq və ya ləngimə tipli pozulması Ayaqlarda hissiyyatın pozulması Ayaqlarda qüvvətsizlik Ayaqlarda sərtlik və müvazinətsizlik
- Yürümə çətinliyi
Kürək sümüyü alt nahiyyəsinə, öndə döş qəfəsinə vuran ağrılar ola biləcəyindən, insanlar ürək xəstəsi olduqlarını zənn edəbilirlər. Buna servikal anjina adı verilir və bu ağrı dil altı “nitroqliserin” qrupu ürək -qan damar tipli dərmanla əsla keçməz, infark və ya stenokardiya ilə bu şəkildə differensasiya edilirlər.
Boyun yırtıqların diaqnozunun qoyulması
İlk növbədə yuxarıda qeyd olunan tipdə şikayəti olan xəstələr mütləq həkimə (nevropatoloq,neyrocərrah ) müraciət etməlidirlər.
Həkiminiz sizə bəzi suallar verəcəkdir. Unutmayın ki, doktorunuza verəcəyiniz cavabları öncədən diqqətlə düşünməli və şəkildə ifadə etməlisiniz. Çünki, verəcəyiniz cavablar durumunuza uyğun ən doğru, dürüst diaqnozun qoyulmasında köməklik edəcəkdir. Doktorunuzun sizə bu sualları soruşması ehtimali yüksəkdir (diqqətlə oxuyun və bunları düşünərək durumunuzu təkrar gözdən keçirin)
- Ağrınız nə zamandan etibarən var?
- Ağrılar nədən sonra başlamışdır?
- Ağrıyla yanaşı hansı şikayətlər var (qızdırma,üşütmə-titrətmə, arıqlama, udqunma problemləri və.s)?
- Ağrılarınız boyunun hansı bölgəsində daha sıx görülür?
- Ağrılarınız qola vurur mu (yayılır mı)?
- Ağrılar sutkanin hansı vaxtı daha çox olur (səhər,günorta ,axşam, gecə yarısı, bütün günü) ?
- Ağrı olarkən hansi pozisiyada ağrılarınız bir qədər rahatlayar (və ya artar)?
- Daha öncə müalicə aldınızmı?
- Əlinizdə və ya qolunuzda uyuşma,keylik var mı?
- Uyuşma hansı barmaqlarda daha çoxdur?
- Yürüyərkən və ya bir şeyi əlinizlə tutarkən əzələlərinizə tam hökm edəbilirsinizmi?
- Sidik ifrazı pozuntusu varmi?
Həkim nevroloji müayinə sonrası sizdən bəzi müayinələr istəyə bilər. Bunlar:
- Qan və biokimyəvi laborator analizlər
- Rentgen filmi
- Komputer Tomografiya (KT)
- Maqnit Rezonans Tomoqrafiya (MRT)
- Elektomioqrafiya (EMG)
Bunlardan “labarator ananizlər” qanınızla əlaqədar bəzi lazımlı məlumatların toplanması üçün vacibdir. Bəzı hallarda şəkər xəstəliyi, tiroid (qalxanabənzər) vəzin xərçəngi və ya udlaq,qırtlar kanseri boyun ağrılarına səbəb olabilməkdədir bu halda analizlər doktorunuza yol göstərəcəkdir.
Rentgen filmi boynunuzla əlaqəli ümumi bir məlumat verə bilir. Belə ki;travmatik dəyişiklik,osteoxonroz,lordozun itməsi,disk məsafəsinin azalması,əməliyyat sonrasi keycin vəziyyəti haqqında və.s məlumat verəcəkdir.Ancaq disk yırtığı,onurğa beyni xəstəlikləri,iltihabi dəyişikliklər,şiş xəstəlikləri haqqda məlumat vermə qabiliyyəti azdır.Çunki boyun nahiyyəsində olan yumuşaq toxumalarin (disk ,sinir, haram ilik,damar və.s) görüntüləməsində rentgen acizdir. Ona görə dəqiq görüntü üçün KT və ya MRT şərtdir.
Maqnit Rezonans Tomoqrafiya ( MRT) texnologiyanın son nemətlərindəndir. Bu cihazlar sayəsində sümüklərlə birlikdə yumuşaq toxuma rahatlıqla və ətraflı görülə bilməktədir. Disk yırtığı və onurğa beyni haqqinda tam məlumatin əldə edilməsi mümkündür. Belə ki MRT ni dısk yırtığının diaqnozunda əvvəzsiz əhəmiyyətə malikdir.MRT müayinəsi zamani xəstə heç bir şüalanmaya məruz qalmir.
Boyun yırtığına kimlər namizəddir?
Duruş və oturuşuna diqqət etməyən hərkəs boyun narahatçılığı hiss edər. Boyun yırtığına potensial namizəd olan peşə sahibləri vardır. Onlar aşağıdakılardır:
- Sürücülər
- Müəllimlər
- Sekretarlar (Katibələr)
- Bilgisayar başında çalışanlar
- Stol arxası iş çalışanlarlar
- Telefon operatorlari ki, bəzən işin çoxluğuyla əlaqədar iki telefonu birdən idarə etməyə çalışarkən, telefonu başıyla çiyin arasında tutmaq için boynunu bükerlər ki, bu çox yanlış bir hərəkətdir
- Kompressor kimi titrəşimli cihaz istafadə edərək vücudunu işlədən tikinti işçiləri
- Boynu sağa sola, önə arxaya hərəkət ettirməyən olan peşə sahibləri
- Aşırı stres içərsində işləyənlər