Boyun fəqərə arası disk yırtığı əməliyyatı
69 yaşlı kişi xəstə boynunda və sol qolunda olan ağrıdan, keylikdən, əllərindəki uyuşuqluqdan, yandırma, göynətmə hissindən, gecə artan ağrılardan şikayət edir. Şikayətinə görə 3 aydır xəstədir, icra olunan dərman və fizi-oterapevtik müalicələr effekt vermir. Xəstənin icra olunmuş boyun rentgen, MRT müayinəsində C5-C6 boyun fəqərəsində sol tərəfli 5 mm-lik disk yırtığı aşkar olundu.
Xəstənin klinikasını nəzərə alaraq ümumi anesteziya ilə “C5-C6 diskektomiya + peek keyc yerləşdirilməsi + C5-C6 fəqərələrinin plakla korporodezi” əməliyyatı 1 saat ərzində icra olundu. Əməliyyatdan sonra ağrılar azalmışdır. Xəstə 1 gün sonra yaxşılaşma ilə evə yazıldı.