Disk yırtıqlarının əməliyyatsız mini-invaziv (discogel) metodla müalicəsi
Bir xəstənin tarixçəsi: 27 yaşlı, gənc xanım pasient klinikaya müraciət etmişdir. Xəstə bel və sağ ayağında olan ağrılardan, ağrılarin beldən topuğa qədər yayılmasından, sağ pəncədəki 4 və 5-ci barmaqlardakı uyuşuqluqdan, yerişin çətinləşməsindən, sağ baldır arxa qrup əzələlərində olan qıcolma tutmalarindan şikayət edir. Bildirdiyinə görə, 6 aydır xəstədir icra olunan müalicələr effekt vermir. Xəstə açıq cərrahi əməliyyatdan imtina etdiyinə görə bu müddət ərzində müxtəlif müalicə metodlarinna baş vurmuşdur, ancaq effektsiz olmuşdur. Pasient bizim tərəfimizdən müayinə olunduqdan sonra Fransadan dəvət olunmuş həkimlərlə birgə qərar sonrası xəstəyə müasir müalicə taktikasi olan minni-invaziv metod-Discogel inyeksiyası icra olundu. Prosedur 10 dəqiqə davam etdi. Prosedurdan sonra xəstənin ağrıları tamamilə keçmişdir. Xəstə 1 saat sonra evə yazıldı.