Müasir İnnovativ Texnologiyalar
Hospitalimizda neyrocərrah Prof. Əliosman Qədimbəyli tərəfindən bütün növ onuğa əməliyyatları icra olunur. Əməliyyatların risqsiz və təhlükəsiz olmasi üçün Almaniya İstehsalı olan Mikroskop, Endoskop və Neyromonitor kimi avropanın ən son innovativ texnologiyalarını istifadə edirik
Mikroskop
Almaniya istehsalı-Zeiss Opmio Vario 700 –dur. Əməliyyat zamanı onurğa sinirlərini, damarları, onurğa beynini dəfələrlə böyüdür, buna görə də əməliyyat zamanı sinir zədələnmə ehtimali minumumdur. Əməliyyat müddəti qısadır. Son dövrlərdə onurğa əməliyyatlarını mikroskopsuz etmək tövsiyyə olunmur.

Neyromonitor
Onurğa beyni daxili şişlər (ependimoma, astrositomalar), Sinir və onurğa şişləri (nevrinoma, şvannoma, meningeoma və s. ), onurğa kanal darliğı, implant cərrahiyyəsi, skolioz, kifoz və digər ağır riskli əməliyyatlar zamanı onurğa beyni, damar və sinir pzədələnməsinin qarşısını almaq üçün istifadə edilir.

Endoskop
Fəqərə Arası Disk Yırtıqları zamanı istifadə olunan ən müasir metodlardan biridir. Uniportal (tək dəlikli) və Biportal (iki dəlikli) endoskopik əməliyyatlar icra olunur.

Neyronaviqasiya
Onurğada, fəqərədə riskli əməliyyatlarda, skolyoz, fəqərə sürüşməsi, kanal darlığı implant cərrahiyyəsi (transpedikulyar fiskasiya) zamanı istifadə olunan ən son müasir innovativ texnologiyadır.

Müasir İnnovativ Texnologiyalar