Bel fəqərə sürüşməsinin müalicəsi
Bel fəqərə sürüşməsi, həyat konfortunu azaldan, xəstənin günlük işlərini və yeriməsinə təsir edən, gecələri ağrılarıyla əlaqədar oyanmaqla əlaqədar yuxusuzluq və yorğunluqlara yol açan bir onurğa patologiyasıdır. Müalicəsində müxtılif metodlar, xəstənin şikayətinin şiddəti və müayinə əlamətlərinin ağırlığı ilə əlaqədar olaraq tərcih ediləbilinməkdədir.
- Dərman müalicəsi və istirahət
- Bel korseti istifadəsi- metal çubuklu lumbostat korset
- Fizioterapiya
- Epidural və ya selektiv kök blokadasi ilə sıxışan sinirlərə yönəlik inyeksiya
- Sıxılan onurğa beyni və sinirlərə yönəlik sadəcə dekompressiya
- Dekompressiya + metal implant vida (xalq arasinda “platin”) yardımı ilə sürüşən fəqərənin bərpası
Müalicə planlamasında prognozu təyin edən risk faktorlarının bilinməsində fayda vardır:
- Yaş: Listezis nə qədər erkən yaşda ortaya çıxarsa risq o qədər pisdir. 55 yaş üstündə degenerativ tipdə spondilolistezisin görülmə sıxlığı artar.
- Cinsiyyət: qadınlarda görülmə nisbəti daha çoxdur.
- Qeyri stabillik varsa listezis ilərləyicidir.
- Ümumi anlamda bağ kövşəkliyinin olması.
- Sürüşmənin dərəcəsinin çox olması (Meyerding).
- Sürüşmə bucağının 40-50 dərəcədən çox olması
- Displastik tipdə prognoz pisdir.
Konservativ Müalicə
Az dərəcəli (Meyerding 1 ve 2) spondilolistezisli xəstələrin müalicəsi konservativtir. Bu xəstələrdə nevroloji əlamət yoxdur və ağrı azdir. Müalicəsində analjezik, steroid olmayan iltihab və ağri əleyhinə dərmanlar və eyni zamanda əzələ relaksasiya edən dərmanlardan istifadə olunur. Fizioterapiya,idmanlar, bel qoruma önləmləri və marifləndiriməsi fəqərə sürüşməsi müalicəsində önəmli əhəmiyyətə malikdir.
Cərrahi Müalicə
Bel sürüşməsi təyin edildikdən sonra bu bel sürüşməsinin hərəkətli olub olmadığına baxılır. Bel sürüşməsi oluşmuş və hərəkətsiz stabil bir halda isə buna mütləq cərrahi müdaxilə edilməsi gərəkməz. Amma bel sürüşməsi hərəkətli isə xəstənin əməliyyat olunması lazımdır. Əks halda bu hərəkətli olan bel sürüşməsi xəstənin bir müddət sonra yürüməsini tamamən əngəllər və yatağa bağlı hala gətirəbilər, daha da ilərləyərsə cinsi funksiyalarin itməsinə və ya sidik qaçırma kimi istənməyən nəticələri olacaktır.Ona görədə əməliyyat ehtiyaci olan xəstələr zamaninda vaxtinda müdaxilə olunaraq ola biləcək fəsadlardan azad olunmalidirlar. Əks halda fəsad yaranarsa onun bərpasi uzun müddət vaxt alacaqdir.Buna görə hansi hallarda əməliyyat olunmalidirlar
Fəqərə Sürüşməsində Əməliyyata Göstəriş
- İnatcı və konservativ müalicə effekt vermeyen ağrı,
- Nevroloji defisitlərin yaranması,
- %50 den çox sürüşmə(Meyerdind 3 ve 4),
- Fəqərə sürüşməsininartması (progresyon),
- Qeyri stabilliyin olması,
- Postural deformitenin gəlişməsi.
Cerrahi müalicə seçənəkləri, spondilolistezis’in tipinə və dərəcəsinə görə dəyişir. Nevroloji tutulumun olmasıda cərrahi texnikani dəyiştiəebilir. Uygulanan yöntəmlər belədir:
Cərrahiyyədə əsas məqsəd əgər sinir və onurğa kanali sixişmasi varsa əvvəlcə fəqərə qövsü götürülürək (laminektomiya) dekompressiya olunur. Sinir kokcuyu faset oynağinin hipertrofiyasiyla əlaqədar sixilirsa o zaman medial fasetektomiya icra olunaraq həmin səviyyədə sinir kokcükləri dekompressiya olunur. Fəqərədə olan sürüşmənin irəliləməsinin və qeyri stabilliklə əlaqədar simptomatikanin aradan qaldirilması üçün vida və rodlarin köməkliyi ilə fəqərələrə fiksasiya icra olunur ki, buda füzyon üçün önəmlidir. Buna tibb olaraq transpedikulyar fiksasiya deyilir. Lazim gələrsə listezislərdə digər tipli əməliyyatlarda icra olunur, Posterior lomber interbody füzyon (PLIF), Transforaminal lomber interbody füzyon (TLIF), Anterior lomber interbody füzyon (ALIF)
Bir Xəstənin Tarixçəsi
Diaqnoz: L4 fəqərəsinin anteriolistezisi, L4-L5 fəqərə arasi disk səviyyəsində onurğa kanalin daralmasi
Anamnez və Şikayət; 47 yaşli qadin xəstə bel və sağ ayaq ağrısından, yerişin çətinləşməsindən, yerimə zamani belin üzülməsindən, ayaqlarda əmələ gələn keylikdən, gəzmə məsafəsinin əvvəlki illərə baxmiş azalmasından şikayət edir. Xəstənin çəkisi 120 kq, hipertoniya (arterial təzyiqi 150 ~80 mm.c.süt), şəkərli diabetdən əziyyət çəkir.
Bel-omba Mrt müayinəsi: Mrt-də L4 fəqərəsinin önə spondilolistezis aşkar olundu.
Cərrahi Müdaxilə: Bizim klinikada xəstə anestezioloq tərəfindən əməliyyat önü dəyərləndirildikdən sonra əməliyyata alindi. Xəstəyə əməliyyat daxili C-qollu skopiya nəzarətində L4- L5 transpedikulyar fiksasiya və L4 fəqərəsi laminektomiyası icra olundu. Əməliyyat 2 saat yaxin davam etdi. Əməliyyat fəsadsiz və ugurlu keçdi.
Əməliyyatdan Sonrakı Dövr: Əməliyyatdan 8 saat sonra xəstə aktivləşdirildi və gəzdirildi. Ağrilari yoxdur .Lazimi məsləhətlər verərək bir gun sonra xəstə evə göndərildi.