• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Lazer

Tibbdə istifadə olunan bir neçə çeşid lazer dalğaları vardır. Bunlardan onurğa üçün daha faydalı , effektiv və təhlükəsiz olanı Yüksək sıxlıqlı lazer (HILT)-dir. Lazer inigilis dilindən qaynaqlanmış olub, ‘Light Amplification by Stimulated Emission of Radiation’ sözlərinin baş hərflərindən alınmış olub LAZER sözü meydana gəlmişdir. Azərbaycan dilində isə Lazer mənası “stimullaşdırılmış radiasyon emissiasiya ilə işığın gücləndirilməsi”-dir. Lazer başqa adla qısaldılmış olaraq ‘yoğunlaşdırılmış ışıq’ və ya “sıxlaşdırılmış işıq dalğası” da deyilir. Bu işıqdalğası sünidir və təbii ışıqda olmayan özəlliklərə malikdir.

Lazerin biofiziki xüsusiyyətləri

Lazerin təsir mexanizması lazer ilə lazımı istiqamətlərə ışığı yönəltmək ilə, onurğa, disklərin, qığırdaqların, əzələ , bağlara fotokimyəvi təsir edərək toxuma stimulyasiya edici təsir göstərir. Yüksək sıxlıqlı lazer (HILT), digər lazerlərdən daha yüksək sıxlıqda konsentrasiya olunmuş lazer dalğasına sahibdir və daha yavaş işıq əmiliminə səbəb olur. Əsas təsir mexanizması isə biyostimülasiya, regenerasiya, analgeziya (ağrikəsici), iltihab əleyhinə və antiödemetoz (ödem əleyhinə)-dir. Yüksek sıxlıqlı lazer dalğası dərin toxumaya nüfuz etmək qabiliyyətinə malikdir. Dalğa boyu 1000 nm-civarındadır. Lazer dalğasının isidici təsiri olmadan xəstə toxumalarda disklərdə, qığırdaqlarda, əzələlərdə qan dövranını yaxşılaşdırır, ağrını azaldır, iltihab əleyhinə təsir edir, əzələ sapzmını azaldır, xəstə disklərin öz -özünü bərpa etmək qabiliyyətini artırır, bel və boyun əməliyyatindan sonrakı möcud yaranın tez sağalmasını sürətləndirir, əməliyyat sonrasi ağrıları aradan qaldırır.

Lazerin biofiziki xüsusiyyətləri

  1. Analjezik (ağrikəsici) təsiri: qapı kontrol teorisi və endorfinlerin artması ilə ağrikəsici təsir etmiş olur. Eyni zamanda lazer ışıqları ilə prostoglandin adlı maddənin sintezi azalaraq ağrı yaranmasının qarşısı alınmış olur. Lazerin bu təsiri sayəsində əksər xəstələrdə disk yırtığı, qabarma, protruziya nəticəsində yaranmış bel və boyun ağrıları aradan qalxır.
  2. Biostimulyasiya təsiri: lazerin bu  təsiri ilə insan organizması öz-özünü bərpa ve yenilənmə qabiliyyətini oyadır və sürətləndirir. Lazerin biostimülasiya təsiri ilə hüceyrə membranın keçiriciliyi artır, hüceyrənin aldığı oksigen, qlikoza və aminoasit miqdarı da artaraq hücreyrə metabolizması sürətlənir. Beləliklə hüceyrə membranından aktiv olaraq transport edən fermentlər də aktiv hala gəlir və kollagen, elastin sintezi də sürətlənir. Nəticə etibarı ilə lazerin bu təsiri sayəsində degenerativ disklər (protruziya, qabarma, fəsadlaşmamış disk yırtıqları)  bərpa olunması təmin edilmiş olur.
  3. Yara yaxşılaşdırma təsiri: aşağı enerjili lazer tətbiqi ilə açıq yaralarda, fibroblastların uyarılması nəticəsində yaralar daha tez sağalır.

M6 ASA Robotik lazer avadanlığı

Lazerin biofiziki xüsusiyyətləri

Hal-hazırda dünyada tətbiq olunan ən müasir lazer avadanlığı M6 ASA Robotik-dir.  Bu lazerin dünyada sürətlə yayılmasina səbəb onun həddindən çox üstünlüklərinin, faydalarının mövcud olmasıdır. M6 ASA Robotic lazerin ustünlükləri aşağıdakılardır:

  1. İnsan əli toxunmadan avtomatik olaraq zədələli  bölgəyə (disk yirtığı , protruziya və s. ) dalğa verir
  2. Daha dərin toxumalara nüfuz edir, çünki “deep” (dərin) lazer qrupuna aiddir
  3. Lazer disk yırtığı mövcud olan bölgədə, lokal qan dövranının yaxşılaşdırılması nəticəsində, yeni yaranmış yumuşaq, fəsadlaşmamış yırtıqların rezorbsiyasina (sovrulmasına) və ya kiçilməsinə kömək edir.
  4. Lazer dalğasi disk yırtığı, protruziya, qabarma nəticəsində sıxılmış sinirin ödemini azaldaraq, ağrını aradan qaldırır.
  5. Bel və boyun nahiyyəsində əzələ spazmını azaldaraq, ağrını aradan götürür.
  6. Hər hansı bir ağrı və diskomfort vermir.
  7. Qısa müddətdə terapevtik nəticə əldə edilir

Lazer üçün göstərişlər -Yara bitişməsini sürətləndirmək, yanıqlar, dəri yaraları, sınıqlar, sinir toxumasının bərpası, degenerativ xəstəliklər, disk yırtıqları, protruziya, qabarma, yumuşaq toxuma revmatizması, xroniki ağrı, nevralgiya, əzələ spazmının azaltılması, büzdüm ağrıları, oynaq ağrıları, artroz, artrit, mensk yırtıqlar, disk yırtığı əməliyyatından sonraki ağrılar.

Lazerin əks göstərişləri: Gözün torlu qişa qanaxması ola biləcəyindən bir başa gözə tətbiq etmək olmaz. Ona görə prosedur zamanı mütləq eynək istifadə edin, infeksiyali bölgələr, varikoz venalar üzərinə, revamtoidli artritlərin kəskinləşmə fazasında, ürək pili olan xəstələrin döş qəfəsinə,  bir-başa tiroid vəzin üzərinə, hamiləlikdə, bədxassəli şişlərin üzərinə olmaz.

Hal hazırda Azərbaycanda ilk dəfə olaraq neyrocərrah prof. Əliosman Qədimbəyli-nin rəhbərlik etdiyi Onurğa Cərrahiyyə Mərkəzində fəliyyət gostərən lazer şobəsində M6 ASA Robotik lazer tətbiq olunmaqdadır.

 

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53