Boyun tutulması
Boyun tutulması, tibbi olaraq “tortikolis”, əzələ spazmı adlandırlır. İnsanlar arasında tez- tez rast gəlinə bilən bir haldır
Boyun tutulmasının şikayət və əlamətləri
Boyun tutulması adətən səhərlər meydana çıxaraq özünü, aşağıdakı əlamətlərlə biruzə verir:
- Başın və boynun bir tərəfə əyilməsi
- Başın hərəkət olunmasında məhdudlaşma
- Boyunu tək tərəflı çevirə bilməmək
- Boyun əzələlərində ağrı
- Başımızı dik tutulmasında çətinlik
Boyun tutulmasının mexanizmi
Boyun tutulmasına, boynun hər iki tərəfində yerləşən, “döş-köprücük- məməyəbənzər əzələ” (sternokleidomastoit) adı verilen əzələlərdən birindəki spazmı səbəb olur. Boyun tutulmasının yaranma mexanizmi, boyunun həddindən artıq gərginləşməsi, passivləşməsi və ya tərləmə sonrası sternokleidomastoit əzələdə olan spastiklik, rigidlikdir.
Boyun tutulmasına səbəb olan faktlar
- Gecə yuxusunda yalnış və tərs bir pozisiyada yatmaq.
- Televizor qarşısında uyğunsuz pozisiyada yuxlamaq
- Kondensioner altında uzun müddət qalmaq
- Saçları qurutmadan nəm vəziyəttə gəzmək
- Tərli vəziyyətdə ventilyasiyaya məruz qalmaq
- Uyğunsuz pozisiyada çiyində/sırtta yük daşımaq
- Pəncərə açıq vəziyətdə səyahət etmək
- Uzun müddət hərəkətsiz olmaq
- Boyun əzələlərini həddindən artıq gərginləşməsinə səbəb olan hərəkətlər
- Uzun müddət komputer və ya stol arxasında işləmək
- Qadınlara spesifik boyun tutulması səbələrindən biri spiral istifadə etmələridir.
Boyun tutulmasın zamanı diqqət ediləcək məqamlar
Yuxarıda qeyd olunanalardan əlavə etməmiz və etməməmiz gərəkən şeylər vardır. Məsələn boynunuzun tutulduğu gün:
- Boynunuzu məcbur edici, yüklənəcəyi hərəkətlərdən uzaq durmaq
- Boynunuzu sağa sola çevirərkən yavaş-yavaş çevirmək
- Televizor seyr edərkən boynunuzu destəkləmək
Boyun Tutulmasında Müalicə
- Parasetamol ya da aspirin kimi qeyri- steroid iltihab əleyhinə (antienflamatuar) dərmanlar . Hansı ki reseptlə satılmır, ağrı və iltihabın azaldılmasına köməklik edir.
- İltihabı azaltmaq üçün ilk 2 gün müddətində boyuna günde dört dəfə 15 dəqiqə boyunca soğuk kompreslər istifadə edilməsi tövsiyyə olunur;
- Sonra əzələ spazmlarını rahatlatmaq üçün eyni qaydada 15 dəqiqəlik isti (isti su şüşəsi, sıcak su torbaları qoymaq, daha çox ütüylə qızdırılmış isti məhraba (yun və ya pambıq parça) boyun bölgənizə qoyula bilər) proseduralar istfadəsi faydalıdır.
- Uzanaraq ya da boynunuza və üst sırt əzələlərinizə masaj etdirərək başınızı dinləndirin.
Diqqət! Boyun tutulması maksimum 2 – 3 gün davam edir, heç bir şey etməsəniz belə boyun ağrınızın öz-özünə ortadan qalxdığını görəcəksiniz!