Disk yırtığının 15 dəqiqə ərzində əməliyyatsız müalicəsi – Diskogel
Yer kürəsində insanlarin ən çox qarşilaşdıqları xəstəliklərdən biri el arasinda qrija ,bel və boyun yırtığı adlandırdıqları fəqərə arası disk yırtığıdır. Bu patalogiyanin mualicəsi ücün elm adamları uzun illərdir əmək sərf etməkdədirlər. Bu araşdirmalar nəticəsində müxtəlif cərrahi metodlar, fəqrli dərman preparatlari icad olunmuşdur. Ancaq hər zaman bir məqsəd olmuşdur ki , disk yırtıqlarının mualicəsində cərrahiyyəsiz, mini-invaziv metodlar kəşf olunsun.
1980-ci ildən etibarən araşdirilan, inkişaf etdirilən və xüsusiylə də Amerika Birləşmiş Ştatinda geniş şəkildə istifadə edilən Xemonukleozis Texniki metodları (Chymopapain ) açıq cərrahiyyə ehtiyac olmayan sadə hallarda və ya açiq əməliyyata girəbilməyəcək yaşli insanlardan doLayı olduqca populyar mualicə metodu halina gəLmişdir. Ancaq müvəffəqiyyətinin az olmasi ilə əlaqədar olaraq tərk edilmiş bir metod olaraq ədəbiyyatlarda dərc edilmişdir. Fransız elm adamlarıbu metodda yenilik ,müvəffəqiyyət əldə etmək üçün, Chymopapain yerinə istifadə ediləbilinəcək alternativ maddənin araşdırılması üzərində uzun illər çalişmişlar. Uzun müddət ərzində çalişdıqdan sonra 2001- ci ildə Parisdə yeni bir preparat kəşf edilmişdir. Kəşf olunan maddə DİSCOGEL® (Jelleştirilmiş Ethanol + Tungsten (volfram)) adlandırılır. Bu preparat yüksək müalicəvi nəticələrinə, yayğın istifadə oluna bilinməsinə görə Avropada geniş bir şəkildə istifadə olunmağa başlanmışdır.
Discogel Nədir?
Discogel disk içərisinə implanta olunan tibbi preparatdır. Discogelin tərkibinə gelləşdirilmiş etanol (selluloza vasitəsiylə) və volfram daxildir. Tərkibindəki volframin kontrast effekti sayəsində gelin disk içərisində yayılması rentgenoskopiya zamanı vizualizə olunur.Discogelin kəşfindən sonra disk yırtıqları əməliyyatsız olaraq aradan qaldırılmaqdadır.
Kliniki tədqiqatlar Discogel haqqında nə deyir?
Disicogel fransız mütəxəsislər tərəfindən 2001 ci ildə icad olunaraq ,tətdiqata daxil edilmişdir.İstehsalçıların 14 il ərzində apardıqları tədqiqatlar zamanı ,discogel implant olunan xəstələrin heç birində residiv disk yırtığı müşahidə olunmamışdır. İlk dəfə olaraq sənədləşdirilmiş ardıcıl tətqiqatlar 2007 ci ildə Almaniyada Elmi Tədqiqat Mərkəzində Professor Ştellinq tərəfindən icra olunmuşdur. Sənədləşdirilmiş tətdiqatlarin nəticəsi müsbətdir, pasientlər tərəfindən hər hansı bir ciddi ağrırlaşmalar müşahidə olunmamışdır. Almaniyadaki tətdiqqatın nəticələrinə görə discogel implant olunan xəstlərin 0.7 % hissəsində ( 376 xəstədən 2 –sində ) açıq cərrahi əməliyyata ehtiyac olunmuşdur.
Moldova Vetebrologiya və Ortopediya – Travmatologiya Elmi Tədqiqat Mərkəzində disk yırtıqlarinin mini invaziv metodla – discogel vasitəsiylə əməliyyatsiz müalicəsi 2013 ci ildə icra olunmağa başlanmışdır. İcra olunmuş tətdiqatların nəticəsinə əsasən təzə yaranmış, fəsadlaşmamış disk yırtığı olan xəstələrin 95% yaxşı nəticə əldə olunmuşdur, uzun müddətli dsk yırtığından əziyyət çəkən,mürəkkəb disk yırtığı olan xəstələrdə isə 90 % müsbət nəticə görülmüşdür. Mütəxəsislərin qeyd etməsinə görə discogel yeridildikdən sonra bir neçə saat ərzində sinir kokcükləri disk yırtığının sovrulmaya başlaması nəticəsində sıxılmadan azad olunmağa başlayır.
Üçüncü həftədən etibariylə möhtəşəm yaxşılaşma qeyd olunur , 3 ay ərzində isə xəstələrin 90 faizi disk yırtığından tamamiylə azad olunurlar. Moldovada tətqiqati aparan həkimlər belə qeyd edirlər ki, indiyə qədər dünya praktikasında mini invaziv metodla disk yırtıqlarının aradan qaldırılması üçün icra olunan metodlardan heç biri discogel qədər yüksək effektli və üz- güldürücü olmamışdır.
Discogel Disk Yırtığını Nəcə Əridir?
Discogelin təsir mexanizmi disk yırtığında və pulpoz nüvədə gedən fiziki-kimyəvi reaksiyalara əsaslanır. Belə ki, araşdırmalar göstərir ki, discogel disk yırtığına nekrozlaşdırıcı və dehidratasiya edici təsir göstərərək effekt verir. Discogel disk yırtığındakı suyun rezorpsiya (sovrulması) sayəsində yırtığı büzüşdürərək , yığılmasına və kiçilməsinə səbəb olur ki, nəticədə sinir kökcüyünə və dural kisəyə olan kompressiyani aradan götürülərəkdən bel, ayaq ağrılarının azalmasına səbəb olur.
Discogel Necə Tətbiq Olunur?
Dıscogel xüsusi steril bir muhitdə C-qollu skopiya kontrolu altinda neyrocərrah tərəfindən icra olunmaqdadır. Bu prosesin icrasi zamanı yerli anesteziyadan istifadə olunur. Ancaq xəstələrdə fobiya olarsa yüngül sedasiyadan istifadə olunur. Xəstə hazır olduqdan sonra discogel flakonu açılaraq xüsusi iynə vasitəsiylə rentgenoskopiya nəzarətində diskin yırtıqlaşan hissəsinə daxil edilir. Bu prosedura təqribən 10 dəqiqədən 20 dəqiqəyə qədər davam edir. Prosedur zamanı heç bir ağrı və diskomfort müşahidə olunmur. Prosedura bitdikdən dərhal sonra xəstə istirahət otağina verilir . Bir saat ərzində klinikada dincəldikdən sonra xəstə evə yazılır.
Daxil olunmuş gel yırtığın büzüşməsinə və yığılmasına səbəb olur. Discogelin yeridilməsindən sonra sinirin sıxılması (protruziya,disk yırtığı nəticəsində) ilə əlaqədar olan ağrı həmin dəqiqə keçib getmiş olur. Ancaq bəzi rahatsizliq hisslərinin tamamiylə keçib getməsi üçün 6 həftədən 3 aya qədər müddət tələb olunur.
Əgər disk yırtığı olan xəstədə onurğa oynaqlarının artriti ilə əlaqədar ağrı olarsa əlavə olaraq lazim olarsa kortikoisteroidlər inyeksiya oluna bilinir ki, bu da xəstənin yanaşı ağrılarının aradan götürlməsinə səbəb olur.
Diqqət! Qeyd etmək lazımdır ki bütün dünyada discogel flakonlari istehsalçı ölkə Fransa tərəfindən xüsusi lisenziya və müəyyən sayla ,hər bir ölkənin ozünə məxsus kodu əsasında ,yalniz icazə verilmiş bəzi ixtisaslaşmış mərkəzlərdə prosedura şəklində icra olunmaqdadır.
Discogelin ustünlükləri nələrdir?
- Discogelin tətbiqi anesteziyasız icra oluna bilinir, ona görədə anestezioloji əməliyyat riski cox olan xəstələrdə müvəffəq bir şəkildə icra olunmaqdadır.
- Xəstələr hər zaman narkozdan ehtiyyat etməkdədirlər və bir o qədərdə qorxmaqdadırlar Discogelin başqa üstün cəhəti bu proseduranin narkozsuz icra olunmaqdadır Belə ki,yerli anesteziya altinda icra olunur lazım olarsa fobiyası olan xəstələrdə yüngül sedasiya icra olunmaqdadır.
- Discogel ağrısız və qansız bir mini invaziv metoddur.
- Discogelin tətbiqi zamani disk yırtığı əməliyyatindan fərqli olaraq dəridə kəsik aparılmamaqdadır, nöqtəvari dəlikdən daxil olunmaqdadır. Buna görə də tikişə ehtiyac olunmamaqdadır, dəridə çapıq izi olmamaqdadır.
- Discogelin tətbiqi zamanı sümük elementləri zədələnmədən ,rezeksiya olunmadan (fəqərə qövsünə,faset oynağa toxunmadan) disk məsafəsinə çataraqdan disk yırtığı aradan götürülməkdədir. Buna görədə diskektomiyadan sonra postop ola biləcək qeyri-stabilliyin, fəqərə sürüşməsinin yaranma ehtimali discogeldə olmamaqdadır.
- Discogelin tətbiqindən sonra fəqərə arasi diskin hundurluyu azalmamaqda, qorunmaqdadır.Bu na görə də , diskektomiyadan sonra yarana biləcək disk hündürlüyünün azalması nəticəsində yaranan foraminal sinir kökcüyünün postop sixilması discogel metodunda olmamaqdadır
- Discogelin tətbiqindən sonra dəri və əzələ toxumasında kəsik icra olunmadığına görə disk yırtığı əməliyyatından fərqli olaraq əməliyyat sonrasi bel ağrısı, yara ağrısı olmamaqdadır.
- Disk yırtığı əməliyyatından sonra sinir kokcüyü ətrafında yaranan çapıq toxumasınin postop sinir kökcüyünün sixilması əlamətləri discogel inyeksiyasından sonra olmamaqdadır.
- Discogelin tətbiqi zamanı sinirlərin zədələnməsi və iflic olma ehtimali yoxdur.
- Discogelin tətbiqi zamanı diskektomiyadan fərqli olaraq boyun və bel disk yırtığının aradan qadırılmasından sonra korsetə ehtiyac yoxdur.
Discogelin Azərbaycanda Tətbiqi
Azərbaycanda ilk dəfə olaraq Fransadan dəvət olunmuş mütəxəsislərlə birlikdə, neyrocərrah Əliosman Qədimbəyli tərəfindən 2015 ci ildən etibarən discogel tətbiq olunmaqdadır. Bu metodun tətbiqindən sonra boyun və bel disk yırtığından illərlə əziyyət çəkən xəstələr 10 dəqiqə ərzində əməliyyatsız olaraq disk yırtığından azad olunmaqdadırlar.