Səhv diaqnoz qoyulmuş 70 yaşlı xəstə Xoşqədəm Hidayətqızı və Əliosman Qədimbəyli haqqında — Nələri dedi?
Bu məqalə www.ölkə.az saytına istinadən yayımlanmışdır.
70 yaşli xəstə Fizzə xanım qeyd edir ki, iki ildir ayaqlari tutulur, yerişi çətinləşib.
“Ölkə.Az” xəbər verir ki, dəfələrlə çoxsaylı fərqli xəstəxanalara gedib, amma fayda görməyib. Həkimlər qocalıqla elaqədar belinde olan darlığı qeyd edibler, amma sağalmasının mümkünsüzlüyünü qeyd ediblər. Əlacı üzülən xəstə televiziyada Xoşqədəm xanımın verlişində Əliosman həkimi gorüb, Goranboy rayonundan Medera Hospitala neyrocərrah Əliosman həkimin qəbuluna gəlir.
Həkim xəstəni yoxlayır ve MRT edir. Döş fəqərələrində şişin (meningeoma) olmasını qeyd edir. Problemin bellə yox məhz kürək fəqələrindəki xoşxassəli şişlə (meningeoma) əlaqəsinin olduğunu qeyd edir. Əməliyyat qərarı verilir və yaşlı xəstə əməliyyat olunur.
Əməliyyatdan 1 həftə sonra xəstənin ayaqları açılmağa və yeriməyə başlayır. Pasientin övladları qeyd edir ki, “iki ile yaxındır ki, diqqətsiz və savadsız həkimlərin ucbatından anamız pisləşib, yatağa düşmüşdü. Xoşqədəm xanıma və Əliosman həkimə təşəkkür edirik. Onların sayəsində anamız yataqdan azad oldu ve yeriməyə başladı”.