Bel ağrılarının səbəbləri
Bel ağrısına səbəb olan onurğa mənşəli xəstəliklər aşağıdakılardır:
- Degenerativ dəyişikliklər (osteoxondroz, duzlaşma, stenoz, listezis, spondilolizis)
- Şiş/xərçəng xəstəlikləri
- İnfeksion iltihabi dəyişikliklər (bruselyoz,vərəm və.s)
- Revmatik iltihabi xəstəliklər (revmatizm, revmatoid artrit, bexterev və.s)
- Anadan gəlmə anomaliyalar
- Travma
- Əzələ-sinir qaynaqlı
- Psixoloji problemlər
Bel ağrıları zamanı tövsiyyələr
- Xəstə 2 kq-dan ağır yük qaldırmamalıdır
- Önə və yanlara doğru əyilərək belin bükülməsi məsləhət görülmür
- Əgər yerden bir şey götüruləcəksə bunu çömələrək etmək gərəkdir
- Xəstələrin oturarkən belinin arxasına bel boşluğunu yox edəcək şəkildə bir yastıq qoymaları və 20 dəq-dən çox oturmamaları məsləhətdir. Əgər xəstənin peşəsi ilə əlaqədar uzun müddət oturması lazımdırsa, hər 20 dəq. bir yeriməsi tövsiyyə olunur
- Xəstəyə belini daima isti tutması, açıq pəncərə və ya havalandırma önündə durmaması xatırladılır
- Bel və ayaq ağrısı olan xəstələr mütləq stressdən uzaq olmalıdırlar. Stress ağrını artırmaq ağrını artırır və dolayısı iıə yirtığın böyüməsinə səbəb olur.
Bel ağrısı və disk yırtığı olanlar gündəlik həyatda nələrə diqqət etməlidirlər
Bel fəqərəarası disklərin degenerativ dəyişiklikləri, disk yırtığı olan hər bir xəstənin əməliyyat olunmasından və ya olunmamasından asılı olmayaraq, gündəlik həyatında edilməsi və diqqət etməsi lazım olan hərəkətləri bilməsi vacibdir.
- Əşyaları bir yerdən başqa bir yerə daşıyarkən belinizin əyri deyil, dik vəziyyətdə olmasına diqqət edin
- Ağırlığı tək tərəfli daşımaq doğru deyil. Mümkün qədər yükü hər iki əlinizlə bərabər şəkildə paylaşdıraraq daşıyın.
- Yüngül olsa belə yerdən bir əşyanı götürərkən dizlərinizi bükün və çömələrək götürün. Yükü belinizlə deyil, ayaqlarınızla qaldırın.
- Ağır yük qaldırmağa cəhd etməyin.
- Bir əşyanı götürərkən ona doğru uzanmayın, yanına tam yaxınlaşaraq götürün. Bir cismi yerdən qaldırarkən öncə onu bədəninizə doğru yaxınlaşdırın və sonra qaldırın.
- Əgər iki nəfərsinizsə və bir əşyanı iki ucundan tutaraq daşımanız lazımdırsa, bir-birinizə xəbər vermədən əşyanın digər ucunu buraxmayın.
- Bir cismi qaldırmamışdan əvvəl onu yüngülcə yoxlayayın və ağırlığı haqqında təxmini məlumat əldə etdikdən sonra qaldırın.
- Cisimləri bədəninizlə deyil öncə beyninizlə qaldırdığınızı unutmayın. Bunun üçün, ağır bir yükü mütləq qaldirmağınıza ehtiyac varsa, tam olaraq diqqətinizi oraya yönəldin.
- Ayaqüstə olarkən belinizi sağa vəya sola doğru əyərək yerdən heç bir şey qaldırmayın.
- Ağır bir cismi bir yerdən başqa bir yerə çəkərək və ya itələyərək tək başına götürməyin.
- Əlinizdəki əşyanı döndərərkən belinizlə yox, ayaqlarınızın yerini dəyişərək dönmək lazımdır.
- Pilləkənlərdən enərkən ayaq basdığınız hər pilləyə diqqət edin. Bəzən sonuncu pilləkənə çatdığınızda, diqqətsizliklə elə düşünə bilərsiniz ki, daha bir pilləkən vardır və siz fərqində olmadan bütün vücudunuzla aşağıya doğru yönələrsiniz. Bu zaman onurğanıza çox yük düşəcək ki, bu da çox təhlükəli bir hərəkətdir.
- Tozsoranla, süpürgəylə yerləri təmizləyərkən önə doğru əyilməyin və belinizi dik vəziyyətdə tutmağa çalışın.
- Əlinizi, üzünüzü yuyarkən önə doğru əyilməyin, belinizi mümkün qədər dik tutmağa cəhd edin. Bunun üçün evinizdəki əl-üz yuyanın biraz daha yüksək olmasını təmin edin.
- Uşaqlarınız məktəbə gedərkən çantalarında az yük daşımağa çalışsınlar və çantanı daşıyarkən gövdələrini düz saxlasınlar. Bunun üçün sadəcə o, günkü dərslərlə əlaqədar olan kitab və əşayaları götürmələri üçün onları məlumatlandırın.
- Paltarlarınızı ütüləyərkən tək ayağınızın altına 15-20 cm. hündürlüyündə bir cisim qoyaraq bir az yüksəldin, bu zaman belinizin rahatladığını görəcəksiniz.
- Uzun müddət eyni vəziyyətdə dayanarkən ayaqlarınızın altinı yüksəldin. Bu zaman beliniz rahatlayacaq.
- Hər gün planlı, ardıcıl olaraq idmanla məşğul olun. Üzməyə üstünlük verin, yeriməyi də unutmayın.
- Hər gün ən azı 15 dəqiqə qaçın.
- Bir dəfə bel ağrısı keçirmisinizsə və yaxşılaşmısınızsa, həkiminizin sizə verdiyi idmanları gündəliK, ardıcıl olaraq icra edin.
- Sağlam dövrünüzdə hər gün əzələlərinizi gücləndirən idmanları icra edin.
- İdman hərəkətlərini altında taxta olan xalı kimi sərt bir yer üzərində edin. narahatlıq olarsa həmin hərəkəti bir daha etməyin.
- İdman hərəkətlərinin sayını gün keçdikcə yavaş-yavaş artırın. Başlanğıcda özününzü yükləməkdən uzaq olun.
- İdman hərəkətlərini edərkən ani və ağır hərəkətlərdən uzaq olun.
- İdman hərəkətləri sonrasında şiddətli və 15 dəqiqədən çox davam edən narahatçılıq ortaya çıxarsa həkiminizə bildirin. Bir saatı keçən narahatlıq olarsa həmin hərəkəti bir daha etməyin.
- Hər gün süd və süd məhsullarından istifadə edin. Süd məhsullarınım tərkibində olan kalsium sümük maddəsinin yenilənməsi üçün zəruridir. Menopauza sonrası gün ərzində 1200 mq kalsiuma ehtiyac vardır, bu isə 4 stəkan (1 stəkan =200 ml) süd deməkdir.
- Əgər çəkiniz çoxdursa, onu heç bir şəkildə azalda bilmirsinizsə, o zaman bir həkim-dietoloqa müraciət edin. Lazım gələrsə psixoloqdan da köməklik istəyərək, inanılmaz bir şəkildə çəkinizi azalda bilərsiniz.
- Həkimə bildirmədən bel korseti istifadə etməyin. Bel korsetlərinin uzun müddətli istifadəsi bel və qarın əzələlərini zəiflədir.
- Belinizi çəkdirməyin. Bunun bəzən iflicə qədər gətirib çıxartdığını unutmayın.
- Stresslərin bel sağlığına da mənfi yöndə təsir etdiyini bilərək psixoloji vəziyyətinizə diqqət göstərin. Ailəvi, sosial və ya iş həyatınızla əlaqəli problemlərinizi həll etmək üçün lazım olarsa psixoloqa müraciət edin.
- Çəkinizi daim nəzarət altında saxlayın. Artıq çəki bel yırtığının əmələ gəlməsini sürətləndirir. Onun üçün Məhəmməd peyğambər (s.ə.s ) bir hədisdə bildirdiyi kimi ”Süfrəyə acmadan oturmayın, doymadan qalxın”.
- Bel nahiyyəsinin diametri qadınlarda 88 sm, kişilərdə 102 sm-dən böyük olmamalıdır. Bədənin çəkisi hər 1 kq artdığında vücudunuz və beliniz üçün əlavə bir yük olduğunu, bunun da belinizə mənfi yöndə təsir göstərdiyini unutmayın.
- Hündür dabanlı və ya dabansız ayaqqabı geyinməyin. Çünki uzun dabanlı ayaqqabılar bel lordozunu (çökəkliyini) pozduğundan bel üçün mənfi təsir göstərir.
- Stul, divan və ya kresloda oturarkən dik (neytral) bir vəziyyətdə olmağa cəhd edin və bunu vərdiş halina gətirin.
- Stul və ya divana oturmaq üçün özünüzü oturacağın üstünə anidən buraxmayın. Yavaş-yavaş, diqqətli olaraq oturma hərəkətini yerinə yetirin.
- Stul və ya divanda oturarkən önə doğru əyilərək yerdən bir cisimi yüngül də olsa götrməyin. Bu zaman belinizə düşən yükün miqdarı yüksək olur.
- Stulda oturarkən doğru vəziyyət seçilməli və beliniz dəstəklənməlidir. Hər zaman belinizə dəstək ola biləcək oturacaqlara üstünlük verməlisiniz.
- İşinizdə davamlı olaraq oturaq çalişırsınızsa, arada bir ayağa qalxıb, qısa müddət də olsa gəzin.
- Ən doğru və belinizin rahat ola biləcəyi vəziyyət. oturacağa 125 dərəcəlik bucaqla oturmaqdır.
- Üzü aşağı yatmaq bel üçün zərərlidir.
- Yatağınız yarım sərt ortopedik olmalıdır. Eyni zamanda yastıq da ortopedik olarsa, bu zaman bel və boyun öz normal fizioloji əyriliyini qoruyub saxlayacaqdır.
- Sərt yataqlarda belin özünə məxsus olan çökəkliyi (lordozu) azaldığından, yumşaq yataqlarda isə lordoz artdığına görə bel ağrısı artır. Ona görədə ortopedik yataqdan istifadə etmək lazimdır. Ortopedik yataqlar onurganın özunə məxsus fizioloji əyriliyini qoruyub saxlayır.
- Yataq istirahətini həkiminizlə məsləhətləşin. Ortopedik yataqdan istifadə etmək lazımdır Ortopedik yataqlar onurganin özunə məxsus fizioloji əyriliyini qoruyub saxlayir.
- Yataq istirəhətində ayaqlarınızın altına bir neçə yastıq qoyaraq yüksək tutmağınız daha faydalı olacaqtır.
- Arxası üstdə yatdığınızda dizinizin altına yastıq qoyun.
- Beliniz ağrıyır və ağrı ayaqlarınıza vurmağa başlamışdırsa vaxt itirmədən bir mütəxəssisə müraciət edin. Doktor olmayan insanlarla itirəcəyiniz vaxt, bəzən geri dönüşü olmayan zərərlərə yol aça biləcəyini unutmayın. (Qırmızı haşiyə ilə bel yırtığında agrılarin olabiləcəyi yerlər göstərilmişdir )
- Yataqdan qalxarkən yan böyru üstə dönərək qolunuzla dəstəkləyərək yataqdan qalxın.
- Ayaq üstdə uzun müddət hərəkətsiz qalmayın. Ayaq ustə durarkən qamətinizin dogru və duz vəziyyətdə saxlanılmasına diqqət edin.
- Daha önce bel ağrısı keçirmisinizsə, güləş, boks, cüdo, futbol kimi idman növlərindən uzaq olun.
- Uşaqlarınız oturaraq dərs oxuyarkən onları önə və ya yana əyilərək durmamaları üçün tez nəzarət edin.
- Uşaqlarınız sürətli inkişaf etsinlər deyə lazım olandan çox idman etdirməyin.
- Rəflərdən kitab və ya hər hansı bir əşyanı götürərkən öncə ayağınızın altına yüksəldici bir şey qoyun və o, əşyanın səviyyəsinə yüksəldikdən sonra götürün.
- Divan və kresloda oturarkən yanlış və belinizə uyğun olmayan pozisiyalardan uzaq olun.
- Avtomobil sürərkən oturacağınız sərt olsun və belinizi dəstəkləsin.