Boyun kanal darlığının əlamətləri
Servikal myelopatiya, boyun bölgəsində onurğa beyninin sıxılması sonucu yarana yuxarı və aşağı ətrafların hərəkət və hissi qabiliyyətinin, çanaq orqanları funksiyasının pozulmasını ifadə edir. Servikal radikülopatiya isə boyundaki sinir kökünün kompressiyası sonucunda yuxarı ətrafın müəyyən bir bölgəsində meydana gələn ağrı, hərəki və hissiyatın pozğunluğu ilə xarakterizə olunan funksiya pozğunluğudur. Bir çox xəstədə, servikal myelopatiya zaman içində gedərək artan bir şəkildə ilərləyir. Əllərin çalışma şəklində xəfif dəyişikliklərə səbəb olabilir.
Boyun kanal darlığı zamanı xəstələr əllərinin iş qabiliyyətinin, bacarığının azaldığını, əşyaları daha tez-tez düşürdüklərini, köynək düymələrini əvvəlki qədər rahatlıqla bağlayamadıqlarını, ya da əl yazılarının öncəki dövrlərə görə daha pis olduğunu müşahidə edirlər. Müvazinətin itirilməsi də meydana gələbilir və buna görə də yürürkən əvvəlki dövrlərə görə daha çox əşyalara tutunaraq gəzmə ehtiyacı hiss edirlər. Yürümə gözlə görülür dərəcə də kobud, müvazinətsiz olabilir. Bəzi hallarda , kişinin beyni ayaqlarının fəzada və ya zaman boşluğu içində hara da olduğunu bilməzlər. Nadirən bağırsaq ya da sidik kisəsini iradi olaraq nəzarətdə saxlaya bilmirlər.