Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun ağrısının səbəbləri
Onurğanın boyun şöbəsi
Boyun incinməsi (Whiplash)
Boyun tutulması
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Xalq təbabətində Osteoxondrozun müalicəsi
Boyun Ostexondrozu və baş ağrıları
Boyun yırtıqları
Boyun yırtığı nədir?
Boyun yırtığının əlamətləri
Boyun yırtıqların diaqnozunun qoyulması
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Boyun yırtığına kimlər namizəddir?
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı
Boyun kanal darlığı nədir?
Boyun kanal darlığının əlamətləri
Boyun kanalı darlığının (stenozunun) diaqnostikası
Boyun kanal darlığının müalicəsi
Bel ağrıları
Bel ağrılarının səbəbləri
Bel ağrıları zamanı tövsiyyələr
Bel ağrısı və disk yırıtğı olanlar gündəlik həyatda nələrə diqqət etməlidirlər
Bel yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının əlamətləri
Bel yırtığı diaqnozu necə qoyulur ?
Bel yırtığının müalicəsi
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel kanal darlığı
Bel kanal darlığı nədir
Bel kanal darlığında xəstənin şikayəti
Bel kanal darlığının diaqnozu
Onurğada dar kanalın müalicəsi
Onurğada bel kanal darlığının cərrahiyəsi
Bel fəqərə sürüşməsi
Bel fəqərə sürüşməsi nədir?
Bel fəqərə sürüşməsinin yaranma səbəbləri
Bel fəqərə sürüşməsinin əlamətləri
Bel fəqərə sürüşməsinin diaqnostikası
Bel fəqərə sürüşməsinin müalicəsi
Fibromialgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Karpal tunel sindromu nədir?
Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr
Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)

Boyun yırtığının cərrahiyəsi

Cərrahi müalicənin məqsədi, yırtılan qığırdağın onurğa beyni və sinir kökcüyünə olan sıxıcı təsirini aradan qaldırmaqdır. Beləcə xəstənin, ağrısının keçməsini, keylik, qüvvətsizlik kimi əlamətlərindən ən qısa zamanda xilas olmasına köməklik etmiş olmaqdır. Vaxtında olunan və təcrübəli əllərdə olunan bu tipli cərrahi müdaxilələr çox müsbət nəticələr verir. Bu gün üçün istifadı olunan ən müasir metod servikal mikrodiskektomiyadır. Bəzı xəstələrdə, mikrodiskektomiya ilə bərabər, çıxartılan qığırdağın yerinə vücutdan alınan bir sümük və ya sintetik protezlər istifadə olunur.

Hansı xəstələr əməliyyat olumalıdır?

  1. Onurğa beyninin kompressiyasına, sıxılmasına səbəb olan mərkəzi disk yırtığı; tam və ya qismi onurğa beyni zədələnməsi.
  2. Artan və ya ani yaranan qüvvət itkisi
  3. Onurğa beyni zədələnməsi
  4. Dərman müalicəsinə davamlı, israrcı ağrı
  5. Bir aydan çox konservativ dərman müalicəsinə baxmayaraq fayda görməyən xəstələr.

boyun-yirtiq-cerahiye-1
Qeyd: Sinir toxumasında uzun müddətli yaranmiş , yüksək dərəcəli zədələri,qalıq nevroliji defisitləri cerrahi müdaxiləylə düzəltilməz. Bu səbəblə uyuşma , hissəvi iflic kimi əlamətlər müşahidə olunduğunda erkən dövrlərdə icra olunan əməliyyatlar daha uğurlu olur.

Boyun disk yırtıqlarının cərrahi taktikası

Əməliyyat ümumi anesteziya ilə , boynun ön səthindən, əsasən sağ tərəfdən daxil olunur. Cərrahi sahəyə daxil olduqdan sonra, rentgenoskopiyanın nəzarətində disk yırtığı olan məsafə təyin olunur. Bu andan etibarən mikroskop vəya böyüdücü lupa istifadə edərək iki faqərə arasındaki qığırdağı təmizlənməya başlanılır. Ən sonunda, sinirə və ya haram iliyə kompressiya edən dis yırtığı götürülərək sinirlər təzyiqdən azad edilmiş olunur. Bundan sonra xaric edilmiş disk yatağindaki məsafəsinin hündürlüyün azalaraq koçməsiylə əlaqədar yarana biləcək sinir dəliklərindəki sinirlərin sıxışmasını aradan qaldırmaq və hündürlüyü bərpa etmək məqsədiylə sümük və ya protez greftlər disk yatağına yerləşdirilir. Yumuşak yırtıq dediyimiz və onurğada kirəclənmələrə yol açmamış boyun yırtığında bu müdaxilə gərəkli deyildir. Onurğada kirəclənməylə birlikdə müşahidə olunan boyun yırtıqlarında füzyon (sümük qaynaması) dediyimiz prosesin yaranması üçün protez yerləşdirilməsi lazımdır. Tərcih olunan və ən sıx istifadə olunan cərrahi texnikalar:

boyun-yirtiq-cerahiye-2
Sadə anterior (ön) diskektomiya (disk yırtığının xaric edilməsi): Boynun ön-yan bölgəsindən təqribən 3 cm lik bir kəsiklə servikal diskə ön səthdən ulaşılır və 2 fəqərə arasındaki sinirə təzyiq edərək sıxan disk yırtığı çıxarılır. Çıxarılan məsafəyə hər hansı bir materyal yerləşdirilməz, məsafə boş saxlanılır. Əməliyyat müddətinin qısalığı və füzyon (sümük qaynaması) olmadığından qonşu segment xəstəliyinin daha az görülməsi bu metodun üstünlüyüdür.. Ancaq kifoz (boyunda önə doğru əyilmə) yaranması və şiddətli boyun ağrılarına səbəb olma risqi vardır.

boyun-yirtiq-cerahiye-3
Diskektomiya və otogreft yerleşdirilməsi:(Cloward texnikası- Smith-Robinson texnikası). Xəstənin öz sümüyü (çanaq sümüyünün qanadından alınan sümük parçası,otogreft) 2 fəqərə arasından çıxarılan diskin yerinə qoyulur. Bu metodun üstünlüyü, füzyon nisbəti yüksəkliyi və infeksiya ehtimalının az olmasıdır. Ancaq, çatışmamazlığı, boyun yırtığı əməliyyatına əlavə olaraq xüsusiylə sağ qalça dış tərəfindan ikinci bir kəsiklə sümük alınması və əməliyyat sonrasında bu bölgədə hissedilen ağrıdır.

Diskektomiya və allogreft yerleştirilməsi: Çıxarılan diskin yerine başqa bir insandan alınan və xüsusi üsullar ilə işlənən bir sümük (allogreft) yerləştirilir. Bu şəkildə digər əməliyyatdan fərqli olaraq çanaq nahiyyəsindən sümük götürülmədiyinə greft yerinə bağlı ağırlaşmalar olmaz. Ancaq sümük qaynaması daha uzun müddətdə olduğundan dolayı disk məsafəsinə qoyulan parça yerinden çıkaraq ön tərəfə yer dəyişdirib imənfi nəticələrə səbəb olabilir. Ayrıca virus infeksiyaları ola bilir.

boyun-yirtiq-cerahiye-4
Diskektomiya və keyc yerləşdirilməsi: Titanium və ya neft məhsullarından istehsal olunan tibbi qəfəslər (keyc) yerleşirilə bilinir. İçərisinə sümük material qoyulur ki, bu da sümük qaynamasını daha da sürətləndirir. Üzərlərindəki çıxıntılar sayəsində üst və alt fəqərəyə daha yaxşı pərçiləndiyindən qaynama müddəti tamamlanana qədər vaxt ərzində ön tərəfə doğru sürüşərək yer dəyiştirmı ehtimalı daha az izlənməkdədir. Ayrıca sərt maddə olduğuna görə greft çökməsi də olmaz. Ayrıca bəzi hallarda keyc yerləşdirildikdən sonra plak taxılmalıdır. Bu yöntəmdə qaynama daha yüksek nisbətdə müşahidə olunur. Greftin yer dəyiştirməsinin qarşısı alınmış olunur.Bu tipli əməliyyatın maddi məsrəfləri çoxdur.

boyun-yirtiq-cerahiye-5
Diskektomiya və disk protezi yerləşdirilməsi: Diskektomiya edildikdən sonra məsafəyə, oynaq hərəkətini qoruyan material yerləşdirilir. Qonşu segment xəstəliyinin qarşısı alınır və boyun ağrısı əməliyyat sonrası müddətdə daha az olmaqtadır. Digər yöntəmlərə göre çox bahalı bir protez istifadə olunmaqdadır. Kimlərə bu əməliyyat oluna bilinər? Qırx yaş altı, tək məsafəyə boyun yırtığı olan, aktiv olaraq işləyən, boynunda kirəclənməsi olmayan, onurğa beyni zədələnməsi olmayan xəstələrə uyğun olabilir. Ancaq ciddi bir çatışmamazlığı, hələlik yeni çıxan bir protez olmasıyla əlaqədar uzun müddət sonrası nəticələri bilinməməkdədir.

Servikal (boyun) mikrodiskektomiyanın üstünlükləri:

Mikroskopik üsulla boyun disk yırtıqlarının xaric edilməsinin özünə məxsus üstünlükləri var.

boyun-yirtiq-cerahiye-6

  • Əməliyyata bağlı toxuma xəsarətinin,qan itkisinin və infeksiya riskinin ən az olması.
  • Mikroskop altında yırtılan qığırdağın tam olaraq çıxartılabilinməsi.
  • Əməliyyat sonrası ağrı və hərəkət məhdudiyyətinin olmaması.
  • Əməliyyat sonrası xəstə 3 saat sonra ayağa qaldırılır, akşamüstü və ya sabahısı evə göndərilir.
  • Xəstənin qısa müddətdə evinə və işinə dönə bilməsi.
  • 1-3 həftə arası boyunluq taxmasının kifayət etməsi,
  • Qısa müddətdə (10 gün sonra) işinə dönəbilməsidir.

Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668

WhatsApp WhatsApp əlaqə