Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun ağrısının səbəbləri
Onurğanın boyun şöbəsi
Boyun incinməsi (Whiplash)
Boyun tutulması
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Xalq təbabətində Osteoxondrozun müalicəsi
Boyun Ostexondrozu və baş ağrıları
Boyun yırtıqları
Boyun yırtığı nədir?
Boyun yırtığının əlamətləri
Boyun yırtıqların diaqnozunun qoyulması
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Boyun yırtığına kimlər namizəddir?
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı
Boyun kanal darlığı nədir?
Boyun kanal darlığının əlamətləri
Boyun kanalı darlığının (stenozunun) diaqnostikası
Boyun kanal darlığının müalicəsi
Bel ağrıları
Bel ağrılarının səbəbləri
Bel ağrıları zamanı tövsiyyələr
Bel ağrısı və disk yırıtğı olanlar gündəlik həyatda nələrə diqqət etməlidirlər
Bel yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının əlamətləri
Bel yırtığı diaqnozu necə qoyulur ?
Bel yırtığının müalicəsi
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel kanal darlığı
Bel kanal darlığı nədir
Bel kanal darlığında xəstənin şikayəti
Bel kanal darlığının diaqnozu
Onurğada dar kanalın müalicəsi
Onurğada bel kanal darlığının cərrahiyəsi
Bel fəqərə sürüşməsi
Bel fəqərə sürüşməsi nədir?
Bel fəqərə sürüşməsinin yaranma səbəbləri
Bel fəqərə sürüşməsinin əlamətləri
Bel fəqərə sürüşməsinin diaqnostikası
Bel fəqərə sürüşməsinin müalicəsi
Fibromialgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Karpal tunel sindromu nədir?
Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr
Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)

Bel yırtığının cərrahi əməliyyatı

Bel və boyun yırtıqlarının əksər hissəsi konservativ (əməliyyatsız) müalicələr adlandırılan bu ilk üç üsuldan biri və ya bir neçəsiylə yaxşılaşır. Çox az bir qisim xəstədə cərrahi müalicəyə ehtiyac olur.

Fizioterapiya olunan xəstənin ağrıları davam edirsə və ya əzələ zəifliyi, baldırda arıqlama, sidik saxlamada problemlər, dözülməz ağrılar mövcuddursa və icra olunan müalicələr effektsizdirsə bu hallarda əməliyyat mütləqdir. Əməliyyatda məqsəd onurğadan çıxan sinirlərə olan mexaniki təsir aradan qaldırmaqdır.

emeliyyat-1

Əməliyyat Zamanı Əlil Olma Ehtimalı Nə Qədərdir ?

Cəmiyyətdə insanlar arasında əməliyyat olunaramsa əlil qalaram, iflic olaram, uzun müddət yataqdan qalxa bilmərəm, korset taxmaq məcburiyyətində qalaram və ya yırtığım təkrar əmələ gələr, təkrar əməliyyat olunaram kimi fikirlər mövcuddur. Amma mikrocərrahiyyə sayəsində bu növ qorxulara lüzum qalmamışdır. Əgər cərrahi müdaxilə olunmazsa və sinirə təyziq davam edərsə o zaman xəstənin ayağında zəifləmə, baldırda arıqlama, sidik saxlamamazlığı, cinsi zəiflik yarana bilər.

Müasir dövrdə icra olunan əməliyyatlardan sonra xəstə 1 sutka ərzində aktivləşdirilir, əməliyyatdan bir gün sonra xəstə evə yazılır. Ən qısa zamanda da işinə geri dönüb, aktiv həyatını davam etdirir.

CƏRRAHI MÜALICƏ METODLARI:

  1. Klassik diskektomiya
  2. Mikrodiskektomiya
  3. Endoskopik diskektomiya
  4. Lazer diskektomiyası
  5. Nukleoplastika

Bel yırtığı əməliyyatlarında məqsəd yırtıqlaşan qisimlə birlikdə diskin degenerasiyaya uğramış pulpoz nüvəsini boşaltmaq və sinir üzərindəki kompressiyanı aradan qaldırmaqdır.

Klassik metod: Ümumi anesteziya (narkozla) sonrası, beldə 4-5 cm. lik bir kəsiklə girilərək disk yırtığı çıxarılır. Bu zaman əməliyyat yarası böyük olduğu üçün əməliyyat sonrası xəstədə ağrıların olma ehtimalı daha yüksəkdir. Müasir dövrdə bu metod daha az istifadə edilməkdədir.

Mikrodiskektomiya: Mikroskop altında kiçik bir kəsik ilə (2 cm) daxil olaraq, ətraf toxumalara zərər vermədən, yırtığın güvənli bir şəkildə çıxardılması əməliyyatıdır. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur.

emeliyyat-2
Effektivliliyi, etibarlılığı yüksək olmasına görə bugün dünyada ən çox qəbul edilən və tətbiq olunan metoddur. Bu əməliyyat sonrası xəstəxanada bir gün qalınaraq xəstə yaxşılaşma ilə evə yazılır.

Endoskopik Diskektomiya : Endoskopun köməkliyi ilə 1 sm-lik bir kəsik ilə icra olunan müdaxilədir. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur.

emeliyyat-3
Bu əməliyyat sonrası xəstəxanada bir gün qalınaraq xəstə yaxşılaşma fonunda evə yazılır.

Lazer Diskektomiya: Lokal anesteziya sonrası yırtığa yüksək temperatur tətbiq olunaraq ölçüləri bir miqdar kiçildilir.

emeliyyat-4
Effektivliliyi azdır. Ciddi onurğa beyni, sinir kökü kompressiyası və nevroloji defistlər verməyən yırtıqlara başlanğıc mərhələdə və protruziyalara tətbiq olunur.

Nukleoplastika: Lazer diskektomiyaya bənzər şəkildə disk məsafəsinə daxil olunaraq radyofrekans tətbiq olunur

Hər hansı bir müdaxilənin seçilməsi mütəxəsis tərəfindən seçilir. Vaxtinda doğru mütəxəsislər tərəfindən icra olunan əməliyyatlar sonrası xəstə tam olaraq əvvəlki normal həyatina və işinə geri dönür.

emeliyyat-5
Bizim klinikada icra olunan spinal anesteziya altında, tam ağrısız və 40 dəqiqəlik bel yırtığı əməliyyatı sonrası xəstə 6-10 saat ərzində aktivəşdirilərək evə yazılır.


Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668

WhatsApp WhatsApp əlaqə