• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Karpal tunel sindromu – köhnı

Əlimizdəki ilk 4 barmağin hissiyatini və gücünü təmin edən, “Median Sinir” adlandirdiğımız sinirin bilək kanalında sıxılması nəticəsində “karpal tunel sindromu” yaranır.

Karpal tunel sindromu

Karpal Tunel sindromunun əlamətləri nədir?

Xəstələrin şikayəti əlindəki 1,2,3,4 barmaqlarin daha çox ovuc səthində olur ( çeçələ baraqda olmur) və aşağıdakı əlamətlər müşahidə olunur.

  • Uyuşma , Keyləşmə, Yanma hissi ( gecələr yuxudan oyanmasına səbəb olur)
  • Ağrı (xəstəni gecə yuxudan oyadiracaq qədər şiddətli olur)
  • Əldə tok vurma , şimşək çaxma
  • Bazu ciyin oynağina (qol boyunca) qədər yayilan ağri və keyləşmə
  • Əl əzələlərində tenarda atrofiya
  • Əl əzlələrində zəiflik və gücsüzlük .incə hərəkət məhdutluluğu (iynə saplayaamaq, düymələyəmək və.s)
  • Əşyaların əldən düşürülməsi – zəiflik, keyləşmə və ya propriosepsiya hissiyatının azalmasına bağlı
  • Isti soyuq hissiyyatının itməsi (ağırlaşma mərhələsində)

Diqqət! – Şikayətlər xəstəni gecə yuxudan oyandırır və əllərindəki ağrını azaltmaq üçün məcburən əllərini sallatmak, sirkələmək, hərəkət etdirmək və ovuşdurmaq məcburiyyətində qalir ki, bu hərəkətlər bir qədər xəstənin ağrısının azalmasına səbəb olur.Əlamətlər adətən hər iki əldə olmaqdadır (əsasən çox ışlətdiyimiz əldə rast gəlinə bilinir).. Karpal tunel sindromunda ağırlaşmış hallarda ilərləyən mərhələdə əllərdə ağri ,keylik, gücsüzlüklə yanaşı xəstə isti ,soyuq kimi hissiyyatlari ayird edə bilmir və bu təhlükəli qəzalara gətirib çixara bilir.Xəstə bunu “iynə tutabilmirəm” kimi ifadə edir.

 

Karpal tunel sindromu

 

Karpal Tunel Sindromu Kimlərdə Görülür ?

Karpal tunel sindromu daha çox qadınlarda və 40-60 yaş arasında daha sıx görülür. Şəkər xəstəliyi, revmatoid artrit, hipofiz vəzinin hiperfunksiyalarinda, hipotroidi, köklük, doğum kontrol tablet istifadəçilərində, menopauza dövründəki xanimlarda, gut kimi xəstəliklərdə yanaşi olaraq bu problem yarana bilməkdədir. Hamiləlik dövründə vücudda maye artması karpal tünel içində təzyiq artışına bu da keçici olaraq karpal tunel sindromu əlamətlərinin olmasına yol açır. Diqqət! Əgər hamilə xanımlarda əllərdə uyuşma, keylik, gücsüzlük kimi şikayətlər vardırsa erkən müddətdə həkiminizə bu haqqda məlumat verin!
Travma, titrəşimli alət istifadə edən ,əllərini çox işlətmək məcburiyyətində olan peşə sahiblərində, xüsusiylə əl biləyinin davamlı bükülü pozisiyada qaldığı durumlarda (dəmirçi, dülgər, daktilo, klavya istifadəçiləri vb.), siqaret,spirtli içki aludəçilərində bu sindromun yaranma ehtimali yüksəkdir. Eyni zamanda evdar xanimların gördükləri əl işi, ev işi kimi aktivliklər bu sindromun oluşma səbəbləri arasında başda yer almaqdadır.

Karpal tunel sindromu

Karpal tunel sindromu

Karpal Tunel Sindromunun Diaqnozu

Bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasinda aparılır. Bu sindromun diaqnozunun qoyulmasi üçün EMG , bilək MRT (Maqnit Rezonans Tomoqrafiy), USM istifadə olunaraq, xəstəliyin şiddəti və yaranma səbəbi araşdırılır.

Karpal tunel sindromu

 

Karpal Tunel Sindromunun Müalicəsi

Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq

  • Dərman müalicəsi,
  • Fizioterapiya
  • Steroid inyeksiya
  • Ortez

Karpal tunel sindromu

Dərman müalicəsi qeyri –steroid iltihab əleyhinə maddələr, vitamin B6, B12 , diüretik və steroidlər xəstəliyin simptomlarıni erkən mərhələdə yüngülləşdırır

Biləklik (ortez,breys və ya splint) Erkən mərhələdə əl biləyi hərəkətlərinin məhdutlaşdırılması ücün  bilək ortezi istifadə etmək tövsiyyə olunur.. Gecə yatarkən breys taxılması əlinizin bükülü vəziyyətdə qalmasını önləyəcək. Əlinizin neytral və ya düz vəziyyətdə qalması karpal tuneldə sinir üzərinə təzyiqi azaldacaqdır. Bəzən şikayətləri artıran günlük hərəkətləri azaltmaq üçün breys gün içində də taxıla bilər.

Fizoterapiya:  Ultrasəs, Tens, Maqnitoterapiya, Lazer və. s kimi fizioterapiya proseduraları erkən mərhələlərdə fayda verir.

Stereoid İnyeksiya (iynə vurulma) – Lazim olarsa bilək kanali içərisinə inyeksiya olunan steroid dərmanlar (diprospan,betametazon,synacort və.s) sinir ətrafındaki şişlikleri (ödemi) azaltaraq simptomların yaxşılaşmasına yardımcı olabilir.

Karpal Tunel Əməliyyatı?

Bir neçə ay ərzində itməyən və konservativ müalicələrə rağmən dəvam edən karpal tunel sindromlarında əməliyyat lazim olur. Karpal tunel zamanı 3 tipli əməliyyat icra olunur.
1. Açıq əməliyyat – Əməliyyat yerli və ümumi anesteziya altinda icra olunur. Bu əməliyyat bir qədər uzun davam edə bilir (20-30 dəq) və qanli , aciq əməliyyat hesab olunur. Yara böyuk oldugu ucun (6 sm) xəstənin ağrısı ç ox ola bilir və yaranın sağalmasi bir qədər gec ola bilər.Yaranin çapiği kobud , qalın və uzun olduğu üçün xəstəni daima narahat edə bilər.

 

Karpal tunel sindromu

2. Mikrocərrahiyyə – Əməliyyat yerli və regionar anesteziya ilə böyüdücü cihazlarin yəni , mikroskop və ya lupalar vasitəsiylə icra olunur. Əməliyyat təqribən 10-15 dəq davam edir. Əməliyyat yarasi kiçik olur ( 1.5- 2sm) .Əməliyyatdan sorna xəstənin sağalma müddəti açıq əməliyyata nisbətən daha tez olur. Mikroskopun üstünlüyü odur ki, gecikdirilmiş hallarda median sinirin qalınlaşmış sinir qilafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyyatdan 5 saat sonra xəstə evə yazılır. Neyrocərrah prof. Əliosman Qədimbəyli zeiss opmio vario 700 mikroskopu ilə tam ağrısız olaraq mikrocərrahi əməliyyatları icra etməkdədir.

Karpal tunel sindromu

3. Endoskopik Əməliyyat – Regionar anesteziya ilə 1 sm kicik məsafədən endoskop vasitəsilə 5-10 dəq ərzində müdaxilə olunur. Ağrisiz və qansiz əməliyyat hesab olunur. Yuxarıdakı açiq və mikrocərrahi əməliyyatlara görə, əməliyyat sonrasi xəstəni ciddi bir ağrisi , diskomfortu olmur və xəstənin sağalma müddəti daha qısa olur. Əməliyyatdan 3 saat sonra xəstə evə yazılır. Neyrocərrah prof. Əliosman Qədimbəyli Amerikann Arthrex endoskopik cihazı vasitəsiylə karpal tunel əməliyyatlarını icra etməkdədir.

Karpal tunel sindromu

Diqqət: Butun tip karpal tunel əməliyyatlarinindakı əsas məqsəd və gedişat aşağıda qeyd olunub!!!
Əməliyyat zamanı ovuc içi – əl biləyi arasindan qisa məsafədən karpal tünelə çatılır və tünelin üstünü təşkil edən transvers karpal ligament (köndələn bilək bağı) insizyona ugradilaraq karpal tünel açılır və beləliklə sıxılmaqda olan median sinir azad olunur. Gecikdirilmiş hallarda isə median sinirin qalınlaşmış sinir qilafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyat sonrası şikayətlərin keçməsi həmin dəqiqə olmaz. Adətən əməliyyat sonrası ilk ay içində əməliyyata bağlı şişkinliklə (ödemlə) əlaqədar sinirdəki sıxışma davam edəcəyindən şikayetlərdə qismən artma olabilir (buna görədə xəstələrin luzumsuz olaraq narahat olmasina dəyməz). Ancaq birinci aydan sonra şikayətlərdə ciddi dərəcədə bir azalma hissedilir və xəstə rahatlaşmış olur. Tam sağalma mərhələsi əməliyyatin xəstə tərəfindən gecikdirilmə müddətində ,yəni dolayi olaraq sinir uzun müddət sixilma müddətindən asili olaraq əməliyyatdan sonra təqribən 3-6 ay arasında dəyişəbilir. Bəzən çox ağır və gecikdirilmiş xəstələrdə əməliyyatdan sonra şikayətlər əksər hissəsi azalmaqla beraber tam olaraq ortadan qalxmaya bilər.Ona görədə erkən müddətdə əməliyyat etdirmək daha faydali ola bilir.

Karpal tunel sindromu

 

Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr

  • Uzun müddət kompyuter çalışmalarında ən az 1 saatdan bir qısa aralar verin Karpal tunel sindromu
  • Klavyatura və mouse istifadə edərkən biləklərinizi uzun müddət bükülü tutmayın.Karpal tunel sindromu
  • Mouse istifadə edərkən biləyinizi uzun müddət təzyiqə məruz qalacaq şəkildə masanın kənarına yaxinlaşdırmayın Karpal tunel sindromu
  • Klavyaturada işləyərkən ən uyğun pozisiya budur. Karpal tunel sindromu

 

Diqqət! Karpal tuneldən qorunmak üçün daima mouse istifadə etmək məcburiyyətində olan peşə ahibləri biləklərinin altına dəstək qoymalidirlar.

  • Əl biləyinin üzərinə bir başa təzyiq yarada biləcək hərəkətlət etməyin. (stol ,stul kimi sərt əşyalari daşiyarkən biləyə yaslanmak kimi)
  • Əl biləyinin aşağı ,yuxarı və sağa, sola doğru həddindən çox hərəkətlərindən uzaq olun.
  • Əl biləyinin sıxacaq paltar, saat, bilərzik və biləkliklər istifadə etməyin.
  • Əlləriniz şişdiyi zaman, ovuç içindən biləyə doğru masaj edərək şişliği azaldın.
  • Yumruq sıxma tələb edən işlər zamanı əzələ gərginliyinin şiddətini azaldın. (Örnək: bəzi insanlar yazi yazarkən lazim oldugundan çox qələmi sıxırlar ,bəzən iynə tutma zamanı)Karpal tunel sindromu
  • Vibrasiyaya səbəb olan alətlər istifadə etməyin.
  • Rahatlamaq və gərilimi azaltmaq üçün əl və əl biləklərinizi tez tez sallayıb idman edin.
  • Dirsəyinizi və ya əllərinizi yoracaq şəkildə tez tez ağır yük qaldırmayın.
  • Əlinizlə çox ağır yük daşımayın.
  • Bağ, oynaq və əzələləri güclü tutmaq üçün ardicil olarak idman edin.
  • Uzun müddət hərəkətsiz qalmaq bəzi toxumaların dəyişikliyə uğramasına səbəb olaraq sinirləri sıxışdıra bilər. Bu səbəblə hərəkətli bir həyat tərzi seçin. Sinirin kanaldan keçdiyi yerdə mövcud olan yağlar, zamanla kirəclənmə ilə sinirlərdə təzyiq yaradabildiyi üçün ideal kiloqramda qalmağa cəhd edin.
  • Evdar xanimlar paltar yuyub əllə sıxma, xəmir yoğurma, ağır daşıma kimi biləyə güc salan və travma yaratan işlərdən uzaq durulmalıdır. Karpal tunel sindromu

Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri

Əl, əl biləyi və barmaqları gücləndirici idmanlar edərək əzələlər qüvvətləndirilməlidir. Bu nöqtələri hərəkətsiz buraxmamaq qorunmadakı digər önəmli nöqtələrdir.
Xəstəlik başladıqdan sonra özəlliklə olunması gərəkən xüsusi idmanlar yoxdur. Karpal tünel sindromunun yaranmasını əngəlləmək üçün idmanlar olunmalıdır. Karpal tunel sindromu

Karpal tunel sindromu

  • Biləklərinizi düz tutub, barmaqlarınızı özünüzə çekib bu şəkildə 5 saniye(5’ə qədər sayın) tutun.
  • Biləklərinizi düz tutun, barmaqlarınızı boşaldın.
  • Barmaqlarınızı sıxıb, əlinizi yumruq edin.
  • Yumruğunuzu aşağıya bükün, 5′e qədər sayaraq gözləyin.
  • 5′ə qədər sayaraq, biləklərinizi düz tutun, barmaqlarınızı boşaldın.
  • İdmanları toplam 10 dəfə icra edin.İdmanlar bitince qollar və əllər yanlarda dinləndirilir.
Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53