• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Hamiləlikdə Bel Yırtığı

Hamiləlikdə bel yırtığı niyə yaranır?

Hamilə xanimlarda bel ağrıları xüsusiylə hamiləliyin 5 ci ayindan etibarən artır. Bu ağrıların səbələrinidən beldı fəqərə arasi disklərin qabarmaqlari , protruziyalari və yirtiqlarin (qrija) olma ehtimali vardir.. Burada önəmli məqam ondan ibarətdir ki, əksər hallarda hamiləlik zamani yeni bir bel fəqərə arasi disk yırtığı, qrija yaranmaz.Sadəcə hamiləlik zamani ana bətnində gedən hormonal və digər (bir az sonra aşağida sadalanacaq )faktorlar fonunda ,əvvəllər problem yaratmayaq kicik yirtiglar və ya protruziyalar kliniki olaraq özünü biruzə verməya başlayir.Alimlər məcazi mənada qeyd edir ki , sanki yuxuya dalmiş bir yırtığın oyanmasi baş verir

Hamiləlikdə Bel ağrısı və disk yırtiğinin yaranmasina şərait yaradan faktorlar

• Ağrıların  səbəblərindən birincisi onurğa, çanaq, büzdüm sümüklərinə düşən yükün artması və bu sümüklərdəki yüklənmədir. Hamiləlikdə görülən bel ağrılarının çəki artımıyla bir o qədər də çox əlaqəsi yoxdur. Hamiləliyin ilk üç ayında 700–1400 gr çəki artımı görülür. Bundan sonra hər həftə orta hesabla  400 qrama qədər   çəki artımı olur. Hamiləliyin son ayında isə bədən çəkisi  20 % qədər artır, halbuki son iki ayda hamilələrdə görülən bel ağrısının şiddəti və sıxlığı azalır.

• Bel çuxurluğunun (lomber lordoz)  artması. Qarın əzələləri ilə bel əzələləri arasında normada bir tarazlıq vardır. Hamiləlikdə qarın əzələləri uzanaraq bel əzələləri qısalaraq bu tarazlığı pozur . Nəticədə bu hal beldəki çuxurluğun daha da artmasına səbəb olur ki, bu da bel ağrıların və bel fəqərə arası qrijanin yaranma ehtimalinin artmasında  mühüm rol oynayır.

• Hamiləlikdə bel ağrısına səbəb olan digər önəmli faktor,progesterone və relaksin hormonunun ifrazinin artmasidir.Əslində bu hormonlar uşagin ana bətnində inkişafl zamani , dölun orada rahat inkişafi ucun şərait yaradir,belə ki bu hormonlar ,canaq , qasiq oynaqları və sümüklərinin elastikliyini artiraraq dölün inkişafina uygun çanagin mutənasib boyuməsini təmin edir..Amma bəzi hamilə qadinlarda sürətlə böyüyən döl ,bel və çanaq bölgəsində  gərilməyə səbəb olmaqdadır.Bunun nəticəsində bel agrilari artir.Bir dəki umumi vücuddaki butun bağlarin kövşəkliyi və elastikliyi artdiği üçün ,bel feqereleri arasinda ki, disklərin degenerativ dəyişikliyi oldugu bölgələrdəki yirtıglarin böyuməsinə zəmin yaradir.

• Hamiləlikdə ayaq ağrısınin başqə bir səbəbidə, sinir köklərinə və arteriyalara olan birbaşa təzyiqlə əlaqədar olaraq  , işemiyanin yaranmasi ilə əlaqədar ola bilər. Hamiləliyin  son üç ayında ağırlaşmış uşaqlığin (dölün) arteriya və venalara olan bir başa təzyiqi nəticəsində ayaq ağrılari yarana bilər. Böyümüş uşaqlığın sidik axarlarina olan kopressiyası da həyat üçün təhlükəli olan hidronefroz (böyrəklərdə sidik toplanmasi nəticəsində pataloji genişlənmə) bel ağrisina səbəb ola bilər ki, bu hal da  nəzərdən qaçmamalıdir.

Hamiləlikdə bel disk yırtığı (qrija) ələmətləri nələrdir?

• Bel ağrısı,

• Ayaq ağrısı, 

• Ayaq uyuşma, 

• Ayaq və pəncədə güçsüzlük,zəiflik

Bel disk yirtiğinda öskürmə və asqirma zamani qarin daxili təzyiq ve dolayisi ilə likvor tezyiq artdiği ucun xəstənin mövcud olan şikayətləri artır.
 

Hamiləlikdə bel disk yırtığı fəsadlari nələrdir?
Bəzi hamilə xanımlarda əgər vaxtinda tədbir görülməzsə onlarda

• sidik qaçırma,

• nəcis ifrazinin cətinləşməsi,

• ayaqlarda zəiflik, gücsüzlük və yeriyə bilməmək (parez və ya iflic)..müşahidə olunur.

Hamiləlik zamani bel fəqərəarasi disk yırtığı diaqnozu necə qoyulur?

İlkin olaraq hamilə xanimin nevropatoloq və ya neyrocərrah tərəfindən nevroloji müayinəsi , kliniki dəyərləndirilməsi cox önəm daşiyir. Bundan sonra həkim lazim görərsə lazimi müayinəyə ananı göndərir.Pasientin öz başina özünü müayinə etdirməsi doğru deyildir. Rentgen və komputer tomoqrafiya müayinəsi zamani mövcud olan rentgen şüalari ana bətnindəki uşağin inkişafina mənfi təsir göstərir.Belə ki, bu uşaqlarda doğuş sonrasi qüsur olma ehtimali vardir.Hamilə xəstənin diaqnozun qoyulmasi ücun ən mükəmməl və təhlukəzis metod MRT -maqnit rezonans tomoqrafiyadır. Mrt nin ana və bətin daxilindəki uşaq ücün mənfi təsiri yoxdur.Bəzi elm insanlari Mrt mumkun olarsa hamiləliyin ilk 3- cü ayindan sonra istifadə edilməsini tövsiyyə edirlər.Amma əgər disk yirtiği ciddi fəsadlar veribsə; ayaqlar zəifləyib, sidik və nəcis ifrazi pozulubsa bu zaman ilk aylardada MRT OLUNA BİLƏR.

Hamiləlik Bel Ağrısının Müalicəsi

Anidən başlayan şiddətli hamiləlik bel ağrılarında yataq istirahəti , korset tövsiyyə olunur. Əzələlərə relaksasiya vermək üçün   belinizə isti yun parça qoyaraq həkiminizin tövsiyyə etdiyi kremlə masaj edə bilərsiniz.

• Buz tətbiq edin. İltihab azaldıcı yöntəmlərdən biri də ağrının olduğu sahəyə buz tətbiq edilməsidir. Hamiləlikdə artmış qan axımı səbəbi ilə buz iltihabın olduğu bölgəyə 10 dəq müddətində tətbiq edilməlidir, 20 dəq fasilə verdikdən sonra 10 dəq təkrarlanmalıdır. Bədəndəki bütün oynaqlara- ikisi istisna olmaqla buz tətbiq oluna bilər. Bunlar qoltuq altı və qalçalardır. Səthi qan damarları və limfatik dövran səbəbi ilə bu nahiyələrə buz qoyulması bədən temperaturunda ani düşmələrə səbəb ola bilər.

• Krioterapiya, ya da akupunkturanın hamilələrdəki bel ağrılarında müalicədə nə qədər effektiv olması dəqiqliklə təstiq olunmasa da bəzi xəstələrin ağrılarının azaldılmasında müsbət təsiri qeyd olunmuşdur. Eyni zamanda səthi təsirli fizioterapevtik proseduralar həkim icazəsi ilə icra oluna bilər.

• Lazım olduğu halda həkim tövsiyyəsi ilə dərman müalicəsinə başlayın. Hamiləlikdə istifadə olunan
dərmanlar seçərkən adətən vücuddan qısa müddətdə xaric oluna bilən dərmanlara üstünlük verilməli və dərman hamiləyə mümkün qədər qisa müddətli istifadə üçün təyin olunmalıdır. Hamiləlik zamanı Asetaminofen (Parasetamol) qrup dərmanlarının istifadəsinin heç bir əks təsiri yoxdur. Ancaq aspirin və ibuprofen tipli  digər ağrıkəsicilərin hamiləlikdə istifadəsi təhlükəlidir . Ağrıkəsiciləri istifadə etmək istədiyiniz zaman mütləq həkiminizlə məsləhətləşin.

• Lokal inyeksiyalar: Ağrıların davam etdiyi hallarda sinirlərdəki iltihabi ,ağrini  azaltmaq məqsədiylə  uygun bölgəyə inyeksiyalar tətbiq oluna bilinir.

Hamilə xanimlara sürətli və cox çəki artiminin qarşisi alınmalıdır. Qarın və bel əzlələrinin güclendirəcək idman programları tətbiq oluna bilər.Ağırlıq qaldırarkən, otururkən, çalışarkən, maşinda oturərkən belinizi qorumaği öyrənmək lazimdır. Yataq tam ortopedik olmalıdır. Hamilə xəstələr sırtüstü (arxasi üstə),dizlərinin arasında bir yastıq ilə dizləri xəfif bükülmüş pozisyonda və ya yan yatarkən dizlər xəfifcə qarina yiğilmiş pozisyonda yatmalıdırlar.

Hamiləlikdə dərman istifadəsinin dölə (uşağa) ziyani və ya zərəri varmıdır?

Ana ilə usaq (döl) arasındaki ən önemli əlaqə gobək ciyəsi ilədir.Yəni uşaq anadan gelən gobək ciyəsinin qani vasitəsi ilə qidalanir . Belə ki, ana bel qrijasi ilə əlaqədar ağrı kəsici və ya diğer dərman istifadəsi zamani həmin dərmanlar plasenta yoluyla uşağa (dölə) ötürülür. Bu zaman bu dərmanlar və onlarin toksiki təsirləri uşağin inkişafını mənfi (beyin , agciyer, qaraciyer və .s daxili orqanlarina) təsir edir. Ona görədə hamiləlik zamani aspirin, diklofenak, indometasin ,ibuprofen (digər qeyri – steroid iltihab eleyhinə dərmanlar) və narkotikler kimi dərmanlar tovsiyyə edilmir.

Hamiləlikdə bel yırtığının uşağa (dölə) ziyani və ya zərəri varmı?

Hamiləlik zamani yarana bel qrijası və bel ağrıları ananın həyat keyfiyyətini və komfortuna mənfi təsir edir. Ancaq bel yırtığının bir başa uşağa (dölə) mənfi təsiri yoxdur. Yalniz hamiləlik səbəbiylə lazim olan dərman preparatlarinin tamamının istifadə oluna bilinməməsi ,ananın mövcud ağrilarının tam aradan qaldirila bilinmədiyi halda ,ana üçün ağrili və yorucu bir dönəm olur.

Bel yırtığı (qrijası) olan hamilələr necə qidalanmalıdır?

Bel yırtığı olan hamilə qadinlar hamiləlik boyunca artiq çəki almamalıdırlar. Kökəlmədən və uşağinda inkişafına yardımcı olabilmək üçün zülal, mineral elementlər, vitamin tərkibinin zəngin ancaq karbonhidrat və yağ tərkibinin isə az olan, həzmi rahat olan bol lifli qidalardan istifadə edilməlidir .Belə ki, ət, balıq pendir, yumurta və süt kimi zülalla zəngin qidalar və meyvə ,tərəvəz kimi mineralla zəngin qidalar çox istifadə edilməlidir.Ancaq çörək, kartof, şirniyyat kimi karbohidratlarla zəngin çəkinin artmasina səbəb olan qidalar az istifadə edilməlidir.

Bel yırtığı olan hamilələrdə hansı üsul; təbii doğuş yoxsa keysəriyyə əməliyyatı tövsiyyə edilir?

Bel yırtığı olan hamilə qadinlarda doğuşun hansi üsulla (təbii doğuş yoxsa keyserka) olunmasi mama ginekoloq və neyrocərrahin birgə qərarı əsasında təyin olunur.Belə ki, bel qrijası (disk yırtığı) doğuş vaxtı uşağa hər hansı bir mənfi təsiri olmaz,amma bəzi hallarda normal doğuş ana üçün təhlükəli ola bilər. Əgər bel yırtığı böyük olçüdə deyilsə, ciddi dərəcədə dural kisə və sinir kökcüklərinin sıxılma əlamətləri müşahidə olunmursa , belə hamilə qadınlara təbii doğuşa icazə verilir.Ancaq böyük ölçüdə disk yırtığı olan (dar kanal fonunda sekvestrə disk yırtıqlari daha təhlükəli ola bilər), dural kisə və sinir kökcüklərinin kobud kompressiya əlamətləri olan hamilə qadinalara təbii doğuş riskli olduğu üçün, keysəriyyə (keyserka) əməliyyatı tövsiyyə olunur. Çünki normal doğum sırasında qüvvətli güc vermə zamani,qarın içi təzyiq və eyni zamada onurğa beyni mayesinində (likvor) təzyiqi artaraqdan mövcud sinir sixişmasinin dahada sixilmasina və nəticə etibariylə sinir işemiyasına gətirib çıxara bilir.Buna görə də, bu hallarda doğuş sonrasi bel yırtığı olan xəstələrdə ayaqlarda zəiflik, yürüyə bilməmək, ayaqlarda keyləşmə , sidik qaçirma kimi fəsadlar müşahidə oluna bilinir.

Diqqət !!! Əgər belində protruziya və ya yırtıq olan bir xanim hamiləlik planlayirsa ilk önce bel qarın və bel əzələlərini ,xüsusi idman edərəkdən mohkəmləndirməlidir. Xüsusiylə pilates və üzmə bu hallarda ən çox tövsiyyə edilən önerilen idmanlardır.

Hamilə qadinlarda bel yırtığı cərrahiyyə əməliyyatı.

Hamiləlik  zamanı şiddətli bel və ayaq ağrıları, ayaqlarda qəfildən yaranan gücsüzlük, sidik ifrazinin pozulmasi hallarinda cərrahi əməliyyat təcili göstərişlə icra olunmalıdır. Cərrahi əməliyyat planlaşdırılan zaman hamiləliyin hansi periodunda olmasi vacib əhəmiyyət kəsb edir. Əgər hamiləliyin son dövrlərində, bu kimi hallar müşahidə olunmuş və bətn daxilində uşaq kifayət qədər inkişaf etmişdirsə əvvəlcə  uşaq doğurtulduqdan sonar ana əməliyyat olunur. Ancaq uşaq yetərli dərəcədə inkişaf etməmişdirsə ,ancaq ciddi nevroloji defisitlərin yaranmasi müşahidə olunubsa, bu zaman yarana biləcək risklər göz önünə alınaraq ana əməliyyata alınmalıdır. Cərrahiyyə zamanı tövsiyyə edilən ağrisizlaşdirma metodu spinal anesteziyadır.Ümumi anesteziya tövsiyyə olunmur , çunki istifadə olunun narkotik dərman preparatlari anani yatirdiği müddət ərzində uşağa (dölə) ciddi mənfi təsirləri olur.Ona görə də, ginekoloq və anesteziloqun birgə qərari əsasinda əksər hallarda spinal anesteziya tətbiq olunur.Professor neyrocərrah Əliosman Qədimbəyli tərəfindən hamilə xanimlarda bel qrijası əməliyyatlari 20 dəqiqəli mikrocərrahiyyə üsulu ilə icra olunur.Yırtıq əməliyyatindan 6 saat sonra ana gəzdirilir..12 saat sonra isə evə yazılır.

Bel yırtığı olan hamilə qadınlar nələrə diqqət etməlidirlər?


• Uzun müddət hərəkətsiz qalmayin və mütəmadi idman edin,

• Yürüyüş edin , həkiminiz icazə verirsə üzün,

• Ağırlıq qaldırmaqtan uzaq durun,

• Çox hündür yerlere uzanmağa çalışılmamalı,

• Çox yumuşaq və dərin divan və kreslolarda oturmayın,

• Yatarkən cox yumuşaq yastıklar tercih edilmemeli,

• Az topuqlu, ortopedik bir ayaqqabı tərcih edilmeli,

• Ani hərəkətlərdən uzaq durulmalı,

• Ən önəmlisi kokəlməkdən , ələvə çəki almaqdan uzaq durulmalı,
• Siqaret istifadə etməməli
• Belinizi ani və ağır hərəkətlərdən uzaq tutun,
• Əyilmək əvəzinə yerə çöməlin,
• Yataqdan qalxarkən yan dönərək qalxın

Neyrocərrah       Əliosman Qədimbəyli          055 296 66 68,      070 296 66 68

  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar: (050 / 051 / 055/ 070 ) 296-6668
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53