• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Bel ağrısının və yırtığının profilaktikası üçün idman hərəkətləri

Ümumi sağlamlıq kimi bel sağlamlığı üçün də idmanın və sağlamkən ediləcək hərəkətləri əhəmiyyəti böyükdür. Bel, qarın əzələlərini qüvvətləndirmək; oynaq və yumuşaq toxumaların elastikliyini artırmaq üçün lazımlı idman və hərəkətlərə həyat boyu davam edilməsi məsləhətdir.

Ancaq bel yırtığının yaranmasına zəmin yarada bilən ya da birbaşa səbəb olabiləcək ağır riskli idman hərəkətlərinin əvəzinə, üzmə, qaçış və velosiped sürmə kimi idman növlərinə üstünlük vermək lazımdır . Bel Ağrısında İdman Hərəkətlərinin Əhəmiyyəti Nədir?

idman-1
Bel ağrısının müalicəsində hərəkətlərin əhəmiyyətli yeri var. Müalicə idmanının təsirini bu şəkildə sıralaya bilərik:

  • Relaksasiya
  • Ağrını azaltmaq, spazmı götürmək
  • Zəif əzələləri gücləndirmək
  • Beldəki mexaniki yüklənməni azaltmaq
  • Vücudun ümumi fiziki qüvvəsini artıraraq olabiləcək gərginlikləri önləmək
  • Qaməti düzəltmək
  • Onurğanın hərəkətliliyini artırmaq
  • Müvazinət və koordinasiyanı artırmaq

Orta sürətlə təkrarlanan hərəkətlər spesifik toxumaların, xüsusiylə disklərin qidalanmasını artırır. Qısa müddətdə işə dönməyi təmin edir. Ayrıca müalicə idmanı sıxıntı və depresiyanı azaldaraq, insanda bir rahatlığı təmin etməkdədir. Bu İdmanları Edərkən Nələrə Diqqət Etmək Lazımdır:

  • Müalicə idmanı təmiz havası olan bir şəraitdə(hava uyğundursa evdə pəncərələri açabilərsiniz) altında taxta olan xalı kimi sərt bir zəmində edilməlidir. Yumuşaq ya da deformasiyaya uğraya bilən yataqlar üstündə müalicə idmanı edilməməlidir
  • Bel fəqərə disk yırtığı olan insanlar; xəstəliyin kəskin ağrılı müddətində bu hərəkətlərə başlamamalıdır, istirahətə üstünlük verməlidirlər
  • İdmana başlandığında ilk günden etibarən çox erkən bir yaxşılaşma gözlənməməlidir, səbrlə hərəkətlərə davam edilməlidir. Hərəkətlərin sayı gün keçdikce yavaş yavaş artırılmalıdır. Başlangıcda normadan çox edilərək daha pis vəziyyətə düşməkdən qaçmaq lazımdır
  • Əgər həkiminiz başqa bir şəkildə tövsiyyə etməmişsə ilk bir ay hər hərəkət gündə beş defə edilməlidir. Daha sonra hər ay hərəkətlər beş- beş artırılaraq davam edilməlidir
  • Ani və belə düşən yükü artıran hərəkətlərdən uzaq olunulmalıdır. aşağıdakı doqquz növ egzersiz risksiz olub daha çox bunlaraüstünlük verilməlidir
  • Hərəkətlər sırasında ya da sonrasında normalda mövcud ağrının artmaması lazımdır. Buna görə də idman sonrası şiddətli və 15 dəqiqədən çox davam edən bir narahatlıq ortaya çıxarsa həkimə bildirilməlidir
  • Narahatlıq bir saatdan çox davam edərsə, o hərəkət programdan çıxarılmalıdır
  • Bel fəqərə disk yırtığı əməliyyatı olanlar əməliyyat üzərindən üç həftə keçmədən idmana başlamamalı, daha sonra başlayaraq hər hərəkətin sayını yavaş- yavaş artırmalıdırlar
  • Bu məlumatların xaricində xəstəni düşündürən hər hansı bir sual olarsa, heç tərəddüd etmədən həkiminə bildirməlidir, yanlış bir iş etməkdənsə mövzunun doğrusunu həkimdən öyrənmək daha doğru bir addımdır

Tövsiyyə Olunan İdmanlar

Yüzlərlə idman hərəkəti içindən belə çox yük verməyən və yarana biləcək bir bel yırtığının qarşısını almaq üçün ən təhlükəsiz və effektli 6 hərəkət sizə izah edilir.

01
 

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53