Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun ağrısının səbəbləri
Onurğanın boyun şöbəsi
Boyun incinməsi (Whiplash)
Boyun tutulması
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Xalq təbabətində Osteoxondrozun müalicəsi
Boyun Ostexondrozu və baş ağrıları
Boyun yırtıqları
Boyun yırtığı nədir?
Boyun yırtığının əlamətləri
Boyun yırtıqların diaqnozunun qoyulması
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Boyun yırtığına kimlər namizəddir?
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı
Boyun kanal darlığı nədir?
Boyun kanal darlığının əlamətləri
Boyun kanalı darlığının (stenozunun) diaqnostikası
Boyun kanal darlığının müalicəsi
Bel ağrıları
Bel ağrılarının səbəbləri
Bel ağrıları zamanı tövsiyyələr
Bel ağrısı və disk yırıtğı olanlar gündəlik həyatda nələrə diqqət etməlidirlər
Bel yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının əlamətləri
Bel yırtığı diaqnozu necə qoyulur ?
Bel yırtığının müalicəsi
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel kanal darlığı
Bel kanal darlığı nədir
Bel kanal darlığında xəstənin şikayəti
Bel kanal darlığının diaqnozu
Onurğada dar kanalın müalicəsi
Onurğada bel kanal darlığının cərrahiyəsi
Bel fəqərə sürüşməsi
Bel fəqərə sürüşməsi nədir?
Bel fəqərə sürüşməsinin yaranma səbəbləri
Bel fəqərə sürüşməsinin əlamətləri
Bel fəqərə sürüşməsinin diaqnostikası
Bel fəqərə sürüşməsinin müalicəsi
Fibromialgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Karpal tunel sindromu nədir?
Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr
Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)

Karpal tunel sindromu nədir?

Median sinir əl biləyində; taban və kənarlarını bilək sümüklərinin , tavanını isə transvers karpal ligamentindən (köndələn bilək bağı) təşkil olunmuş bir tüneldən keçir. Bilek kanalı adını alan bu tuneldə median sinir, doqquz önqol bükücü əzələ vətərləri ilə birlikdə yerləşməkdədir. Median sinirin bu kanalda sıxılması sonrası ortaya çıxan tabloya “Karpal Tünel Sindromu” adı verilməkdədir.karpal-1

Karpal tunel sindromunun əlamətləri nədir?


Əlamətlər adətən hər iki əldə olmaqdadır (əsasən çox ışlətdiyimiz əldə rast gəlinə bilinir). İlk öncə hissi pozuntu əlamətləri rast gəlinməkdədir belə ki;səhərlər əllərdə uyuşma ,şişkinlik ,yanma, batma,iynə sancma ,qarışqa gəzmə hissi, ağrı ilə yuxudan oyanma ortaya çıxan ilk şikayətlərdir. Günün ilərləyən saatlarinda bu şikayətlər itdiyi üçün xəstə həkimə müraciət etməz. Daha sonraları xəstə gecə yuxudan oyananda əllərində ilk üç və 4 cü barmağin iç səthində uyuşma və ağrı olur. Xəstəlik şiddətləndikcə, sinirin sixilma dərəcəsi və müddəti artdiqca əllərdəki ağrı xəstəni gecə yuxudan oyandırır və xəstə əllərindəki ağrını azaltmaq üçün məcburən əllərini sallatmak, sirkələmək, hərəkət etdirmək və ovuşdurmaq məcburiyyətində qalirki, bu hərəkətlər bir qədər xəstənin ağrısının azalmasına səbəb olur. Ağrılar əsasən əllərdə olur ancaq zaman keçdikcə bu ağrılar saidə ,bazuya və çiyinə dogru yayılır. Xəstələrin bəziləri yay aylarında bir qədər rahatladığı, qışda isə şikayətlərinin arttığı gözlənilir. Bu dönəm illərcə davam edə bilir. Sonunda xəstəni doktora gətirən tablo; ağrı-uyuşmaların çox şiddətlənməsi və/vəya buna əlavə olaraq ovuc içi bölgədə ki əzələ zəifliyi və incəlmələridir ( atrofiyasıdır) ki, buda əldə qüvvət,güc itkisinə səbəb olur. Belə ki pasient artıq çox yüngül maddələri bilə qaldıramaz, əlindən düşürür ya da cismin əlində olduğunu fərq etmir.karpal-2

Karpal tunel sindromunda ağırlaşmış hallarda ilərləyən mərhələdə əllərdə ağri ,keylik, gücsüzlüklə yanaşı xəstə isti ,soyuq kimi hissiyyatlari ayird edə bilmir və bu təhlükəli qəzalara gətirib çixara bilir.Xəstə bunu “iynə tutabilmirəm” kimi ifadə edir.karpal-3

Karpal Tunel Sindromu Kimlərdə Görülür ?


Karpal tunel sindromu daha çox qadınlarda və 40-60 yaş arasında daha sıx görülür. Şəkər xəstəliyi , revmatoid artrit, hipofiz vəzinin hiperfunksiyalarinda, hipotroidi, köklük , doğum kontrol tablet istifadəçilərində, menopauza dövründəki xanimlarda , gut kimi xəstəliklərdə yanaşi olaraq bu problem yarana bilməkdədir. Hamiləlik dövründə vücudda maye artması karpal tünel içində təzyiq artışına bu da keçici olaraq karpal tunel sindromu əlamətlərinin olmasına yol açır. Diqqət ;Əgər hamilə xanimlarda əllərdə uyuşma ,keylik,gücsüzlük kimi şikayətlər vardırsa erkən müddətdə həkiminizə bu haqqda məlumat verin!

karpal-4

Travma, titrəşimli alət istifadə edən ,əllərini çox işlətmək məcburiyyətində olan peşə sahiblərində, xüsusiylə əl biləyinin davamlı bükülü pozisiyada qaldığı durumlarda (dəmirçi, dülgər, daktilo, klavya istifadəçiləri vb.), siqaret,spirtli içki aludəçilərində bu sindromun yaranma ehtimali yüksəkdir. Eyni zamanda evdar xanimların gördükləri əl işi, ev işi kimi aktivliklər bu sindromun oluşma səbəbləri arasında başda yer almaqdadır.

Karpal Tunel Sindromunun Diaqnozu


Bu xəstəliyin araşdırılması və diaqnozunun qoyulması nevropatoloq və neyrocərrahlar tərəfindən xəstənin kliniki müayinəsi əsasinda aparılır. Bu sindromun diaqnozunun qoyulmasi üçün EMG və bilək MRT (Maqnit Rezonans Tomoqrafiy),USM istifadə olunaraq, xəstəliyin şiddəti və yaranma səbəbi araşdırılır.karpal-5

Karpal Tunel Sindromunun Mualicəsi


Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq dərman müalicəsi,fizioterapiya və cərrahi müalicə icra olunur. Başlangıç dönemində əl biləyi hərəkətlərinin məhdutlaşdırılmasıvə bilək ortezi istifadə etmək tövsiyyə olunur.Dərmanlardan isə qeyri –steroid iltihab əleyhinə maddələr, vitamin B6, B12 , diüretik və steroidlər xəstəliyin simptomlarıni erkən mərhələdə yüngülləşdırır. Lazim olarsa bilək kanali içərisinə inyeksiya olunan steroidlər (diprospan,betametazon,synacort və.s) sinir etrafındaki şişlikleri (ödemi) azaltaraq semptomların yaxşılaşmasına yardımcı olabilir. Fizoterapiyalardan: ultrasəs, Tens, maqnitoterapiya və. s proseduralara erkən mərhələlərdə fayda verir.karpal-6

Karpal Tunel Sindromu Əməliyyatı Necə İcra olunur?


Bir neçə ay ərzində itməyən və konservativ müalicələrə rağmən dəvam edən karpal tunel sindromlarında əməliyyat lazim olur. Əməliyyat yerli ,lokal anesteziya ilə icra olunur. Əməliyyat təqribən 20- 30 dəq davam edir. Əməliyyatdan 3 saat sonra xəstə evə yazılır. Əməliyyat zamanı ovuc içi – əl biləyi arasindan qisa məsafədən karpal tünelə çatılır və tünelin üstünü təşkil edən transvers karpal ligament (köndələn bilək bağı) insizyona ugradilaraq karpal tünel açılır və beləliklə sıxılmaqda olan median sinir azad olunur. Gecikdirilmiş hallarda isə median sinirin qalınlaşmış sinir qilafı mikroskop altında nevroliz (sinir sərbəstləştirilməsi) olunur. Beləliklə sinir ətrafındakı təzyiq aradan qaldırılmış olur. Əməliyat sonrası şikayətlərin keçməsi həmin dəqiqə olmaz. Adətən əməliyyat sonrası ilk ay içində əməliyyata bağlı şişkinliklə (ödemlə) əlaqədar sinirdəki sıxışma davam edəcəyindən şikayetlərdə qismən artma olabilir(buna görədə xəstələrin luzumsuz olaraq narahat olmasina dəyməz). Ancaq birinci aydan sonra şikayətlərdə ciddi dərəcədə bir azalma hissedilir və xəstə rahatlaşmış olur. Tam sağalma mərhələsi əməliyyatin xəstə tərəfindən gecikdirilmə müddətində ,yəni dolayi olaraq sinir uzun müddət sixilma müddətindən asili olaraq əməliyyatdan sonra təqribən 3-6 ay arasında dəyişəbilir. Bəzən çox ağır və gecikdirilmiş xəstələrdə əməliyyatdan sonra şikayətlər əksər hissəsi azalmaqla beraber tam olaraq ortadan qalxmaya bilər.Ona görədə erkən müddətdə əməliyyat etdirmək daha faydali ola bilir.karpal-7


Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668

WhatsApp WhatsApp əlaqə