Boyun ağrıları
Boyun ağrısı nədir?
Boyun ağrısının səbəbləri
Onurğanın boyun şöbəsi
Boyun incinməsi (Whiplash)
Boyun tutulması
Boyun Ostexondrozu
Boyun Ostexondrozu nədir?
Xalq təbabətində Osteoxondrozun müalicəsi
Boyun Ostexondrozu və baş ağrıları
Boyun yırtıqları
Boyun yırtığı nədir?
Boyun yırtığının əlamətləri
Boyun yırtıqların diaqnozunun qoyulması
Boyun yırtığı və boyun ağrılarına səbəb olan yanlış pozisiyalar
Boyun yırtığına kimlər namizəddir?
Siqaretin disk yırtığına təsiri
Boyun yırtığının müalicəsi
Boyun yırtığının fizioterapiyası
Boyun yırtığı və iynəbatırma (akupunktura)
Boyun yırtığında Naftalan vannaların təsiri
Boyun yırtığı və ozon
Boyun yırtığının cərrahiyəsi
Boyun yırtığının xalq təbabəti ilə müalicəsi
Boyun yırtığından qorunma yolları
Boyun yırtığı zamanı idman
Boyunda Lordoz düzləşməsi
Boyun kanal darlığı
Boyun kanal darlığı nədir?
Boyun kanal darlığının əlamətləri
Boyun kanalı darlığının (stenozunun) diaqnostikası
Boyun kanal darlığının müalicəsi
Bel ağrıları
Bel ağrılarının səbəbləri
Bel ağrıları zamanı tövsiyyələr
Bel ağrısı və disk yırıtğı olanlar gündəlik həyatda nələrə diqqət etməlidirlər
Bel yırtığı
Bel yırtığı – fəqərə arası disk yırtığı
Bel yırtığının əlamətləri
Bel yırtığı diaqnozu necə qoyulur ?
Bel yırtığının müalicəsi
Bel yırtığının fizioterapiyası
Bel yırtığının cərrahi əməliyyatı
Disk yırtığının əməliyyatsız müalicəsi
Bel ağrısı və yırtığın profilaktikası üçün idman hərəkətləri
Bel yırtığında tövsiyyələr
Bel kanal darlığı
Bel kanal darlığı nədir
Bel kanal darlığında xəstənin şikayəti
Bel kanal darlığının diaqnozu
Onurğada dar kanalın müalicəsi
Onurğada bel kanal darlığının cərrahiyəsi
Bel fəqərə sürüşməsi
Bel fəqərə sürüşməsi nədir?
Bel fəqərə sürüşməsinin yaranma səbəbləri
Bel fəqərə sürüşməsinin əlamətləri
Bel fəqərə sürüşməsinin diaqnostikası
Bel fəqərə sürüşməsinin müalicəsi
Fibromialgiya
Miyofasial ağrı sindromu
Skolyoz
Skolyoz nədir?
Skolyozun diaqnozu
Skolyozun əlamətləri
Skolyozun yaranma səbəbləri
Skolyozun növləri
Skolyozun müalicəsi
Skolyozun cərrahi müalicəsi
Skolyoz idmanları
Skolyoz zamanı tövsiyyələr
Maqnit Rezonans Tomoqrafiya
Maqnit Rezonans Tomoqrafiya nədir?
MRT-nin zərərləri varmıdır?
MRT müayinəsi keçirilməsi və pasientin keçirdiyi hisslər
MRT müayinəsindən sonra nələr etməli
Karpal Tunel Sindromu
Karpal tunel sindromu nədir?
Karpal Tunel Sindromu olan xəstələrə tövsiyyələr
Karpal Tunel Sindromunda faydalı idman hərəkətləri
Üçlü Sinir Ağrıları
Gərgin Onurğa Beyni Sindromu (Tetherd Xord)
Fəqərə Hemangeomasi (Damar Şişi)

Bel yırtığının fizioterapiyası

Bel fəqərə arası disk yırtıqlarının müalicəsində fizioterapiya mühüm əhəmiyyət kəsb edir. Xəstələrin böyük əksəriyəti həkim tərəfindən müayinə edildikdən sonra bilavasitə həkimin istəyi və nəzarəti ilə icra olunan fizioterapevtik müalicələrdə disk yırtıqlarının sovrulma və yaxud ölçülərinin kiçilməsi ehtimalı yüksəkdir. Ümumiyyətlə Avropada onurğa cəmiyyətlərində mütəxəsislər tərəfindən aparılmış tədqiqatlar göstərir ki, disk yırtığı olan xəstədə əgər ciddi dərəcədə nevroloji defisitlər yoxdursa xəstələr mütləq səkildə 4-6 həftə arasında fizioterapiya almaları tövsiyyə olunur. Belə ki, xəstələrin böyük əksəriyyəti bu dövr ərzində əməliyyatsiz sağalma şansları vardır.

Bel yırtığında hansı fizioterapiyalar tətbiq olunur:

 

  • TENS, interferens kimi aşağı və orta tezlikli cərəyanlar
  • Ultrasəs, Qısa Dalğa kimi dərin isidicilər
  • Parafin, infraqirmizi şüalar kimi səthi isidicilər
  • Biofeedback
  • Elektroneyrostimulyasiya
  • Hidromassaj
  • Lomber traksiya

 

Fizoterapiyaya gələn xəstə ilk olaraq müayinə edilir, bundan sonra nevropatoloq, neyrocərrah, ortoped, fizioterapevtin birgə rəyi əsasında proseduralar təyin olunur.

Müalicə planına: fizioterpiya ilə birlikdə xəstəyə müalicə idmanı və gündəlik davranışa aid tövsiyyələr verilir.

ULTRASƏS

Ultrasəsin müalicəvi effekti yüksək tezlikli səs dalğalarına (0. 5-3. 5 MHz) tətbiqinə əsaslanmışdır. Ultrasəs dalğalarının əzələ, oynaq və sümük kimi toxumalara nüfuz edərək hüceyrə səviyyəsində mikromassaj həyata keçirir və yerli mübadilə, eliminasiya proseslərini sürətləndirir, spazmolitik və iltihab əleyhinə təsir göstərir.

fizio-1
Ultrasəs vasitəsilə problemli nahiyəyə müxtəlif dərman maddələri yeridilə bilirnir ki, buna da fonoforez deyilir. Bu zaman müalicəvi preparatlar daha dərin toxumalara nüfuz edir ki, nəticədə müalicənin effektivliyi yüksəlmiş olur. Yayğın olaraq istifadə edilən məlhəmlərdən biri də karipaindir (karipazim). Bu kremin effektivliyi ilə əlaqədar müxtəlif diskussiyalar mövcuddur. Bəzi xəstələrdə effekt olsa da bir qisim xəstədə effekt görülməyə də bilinir. Ona görə də, həkim tərəfindənxəstəyə təyin olunması daha məqsədə uyğundur.

Ultrasəs təyin edərkən prosedurun vaxtı, dozası, hansi metod ilə (labil və ya stabil) aparılacağı həkim tərəfindən təyin edilir. Beldə aparılan proseduralar əsasən labil metodika ilə, impluslu rejimdə 10 dəq ərzində 0, 6 V/t sm2 dozada təyin edilir.

Qısa Dalğalı Diatermiya

Elektromaqnit enerjisini istilik enerjisinə çevirən bir dərin isitmə metodudur. Təsiri: Ağrını götürmək, əzələ spazmını və sərtliklərini yumuşaltmaq, oynaq sərtliklərini azaltmaq, əməliyyat sonrası şişlik və ağrını azaltmaq, zədələnmiş toxumaların yaxşılaşmasını sürətləndirməkdir.

fiz-5

1. Dərin toxumalarda temperatur 40- 45 C dərəcəyə qədər yüksəlir, ancaq dəri və dərialtı piy toxumasi çox az qızdığı üçün, xəstə yalnız xoş bir istilik hiss edər .
2. Proseduranın ortamüddəti 15-30 dəqiqədir

Aşağı Tezlikli Elektrik Cərəyanları

  • TENS
  • İnterferens
  • Diyadinamik cərəyan

fizio-3
Aşağı Tezlikli Elektrikcərəyanları fizioterapiyada, əzələ və sinir toxumalarını stimulyasiya etmək üçün tətbiq olunur. Təsiri:Əzələri stimulyasiya edici, ağrı kəsici, qan dövranı yaxşılaşdırıcı, ödəm azaldıcı təsiri ilə sümük-əzələ, periferik sinir sisteminin bir çox xəstəliklərinin və disk yırtıqlarının müalicəsində istifadə olunur.

Traksiya (Dartma)

Xüsusi monitorlaşmış çəkmə sisteminin vasitəsiylə lazım olan bölgədə əzələ spazmını azaltmaq və dekompressiya yaratmaq məqsədilə tətbiq olunur ki, bu da kompression-mexaniki ağrılar zamanı çox faydalı ola bilir.

fizio-4
Təsir mexanizmi:

  • Fəqərələrin arxa oynaqlarını (faset eklemleri) bir-birinden ayıraraq, üzərinə düşən yükü azaltmaq
  • Əzələ və bağları gərmək
  • Bağaltı disk protruziyalardavə bəzi bağaltı disk yırtıqlarında faydalı ola bilir

Diqqət! Hər bel yırtığında bel dartması olmaz. Çox təhlükəlidir yalnız həkim tövsiyyəsi əsasında icra olunmalıdır. Əks təqdirdə ayaqlarda iflic vermə ehtimalı vardir. Bəzi xəstələr təəssüflər olsun ki, ara həkimlərdə, loğmanlarda bellərini çəkdirilər. Bunlar həyat üçün təhlükəlidir. İnsanı əlil vəziyyətə gətirib çıxara bilərlər.


Neyrocərrah Əliosman Qədimbəyli
Əlaqə telefonu: (055) 296 6668

WhatsApp WhatsApp əlaqə