• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Bel yırtığı diaqnozu necə qoyulur ?

Bel yırtığı diaqnozu zamanı xəstənin şikayətləri və həkim tərəfindən icra olunan nevroloji müayinə çox vacibdir. Həkim baxışı sonrası lazım olarsa instrumental diaqnostik müayinələr (MRT, KT, EMQ və. s) tələb oluna bilər.

Müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel fəqərə arasi disk yirtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir. MRT vasitəsiylə onurğa beyni, sinir kokcükləri, fəqərələr, fəqərə arası disklər haqqında ətraflı informasiya almaq mümkündür. MRT müayinəsi zamani insan rentgen şüalanmasina məruz qalmaz. Bəzi xəstələr şüalanaram deyə əbəs yerə ehtiyyat edirlər. Buna görə qəti bir şəkildə MRT dən imtina etmək doğru deyildir. Bəzi hallarda bel nahiyyəsinin rentgen müayinəsində bel yırtığının olmasını, ölçülərini qeyd edirlər. Bu doğru deyil, çünki rentgenoqrafiya heç bir zaman disk yırtının varlığı haqqında dəqiq, bir başa məlumat verə bilməz.

KT komputer tomoqrafiya onurğa sütunun sümük elementləri haqqinda daha informative məlumat very. Kanal darliği, bel sürüşməsi(listezis), kalsinatlaşmiş disk yirtıqları diaqnostik olaraq aşkarlana bilinir. Ancaq onurğa sütununda disk yirtiğınin təyin olunmasında MRT müayinəsi Komputer tomoqrafiyadan daha üstün müayinə hesab olunur.

EMG (Sinir keçiriciliyinin təyin testi) də bəzi hallarda istifadə edilir. Bu müayinə vasitəsiylə sixilan sinir kökcüyünün ötürücülüyü təyin olunur. Ancaq bel yırtığının diaqnozunun və müalicə taktikasinin seçilməsində qızıl standart; həkimin kliniki müayinəsi və təcrübəsidir.

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53