• (050) 296-6668,
  • (051) 296-6668,
  • (055) 296-6668,
  • (070) 296-6668

Bel fəqərə sürüşməsinin əlamətləri

Bir fəqərənin digər fəqərəyə görə önə və ya arxaya sürüşməsi nəticəsində onurğa kanalı və ya sinir dəliyini daraldaraq buradan keçən dural kisə və sinir kökcüklərinin sıxılması baş verir. Eyni zamanda əgər sürüşən fəqərələr bir biri üzərində qeyri stabildirsə bu zaman ayaq üstə dayanma ,hərəkət zamani bel yorğunluğu,bel ağrisi ,bel üzülməsi və həmən xəstənin oturub dincəlməyə yer axtarmasi şikayətləri olur.

spondil-2

Sürüşən kanalda sinirlər sıxıldığına görə xəstələr ayaqlarinda uyuşma ,keylik, yandirma , göynətmə, iynə batirma, tikan batma, soyuqluq, ayağda sanki həşarat gəzirmiş kimi hissi pozuntular, yürümə məsafəsinin azalmasi ,ayaqda ,baldir və bud əzələlərində ağrılarin olmasindan şikayət edirlər. Gecə vaxti bəzi hallarda baldir əzələlərindəki kramplarin (əzələ qicolmasi) yaranmasina da gətirib çixarir.

Sürüşmə nəticəsində onurğa kanali daraldiğina görə “neyrogenik kladikasyo” deyilən simptomatika meydana gəlir. Belə ki, xəstə gəzərkən bel ağrisi, ayaqlarda uyuşma, keylik, ağri əmələ gəlir. Buna görə xəstələr əvvəl zamanlar oturmağa meyl göstərir. Çünki oturub dingələrkən sinirlərdəki kompressiya ilə əlaqədar olan qan dövraninda olan durğunluq, ödem azalir deyə ağri itir.Bundan sonra xəstə yenə də yoluna davam edir.Bir müddət yeridikdən sonra eyni proseslər təkrarlanir.Burada yürümə məsafəsi çox önəmlidir. Xəstələr əvvəllər gəzmə məsafəsinin 500 metr ,sonralara isə xəstəlik irəlilədikcə yürümə məsafəsinin 100 metr və.s qədər azalmasini qeyd edir.

spondil-3Buna başqa adla “Vitrin Xəstəliyi” də deyilir .Belə deyilməsinə səbəb, yolda gəzən qadinlar ağrilari, uyuşmalari, keylikləri artdiğina görə anlamsız yerə durmaq əvəzinə vitrinə baxirlarmiş kimi dükkan önündə dayanaraq əllərini bellərinə qoyaraq kürəklərinin geriye doğru ataraq qismən də olsun rahatlaşmağa çalışmaqdadırlar Ağri azaldiqdan sonra yenə yollarina davam edirlər. Bunu edərkəndə dayanma səbəblərinin ağri olmasini bəlli etməməkləri üçün vitrin önündə dayanmalarini tərcih etdikləri üçün başqa adla vitrin xəstəliyi kimi də taninmaqdadir.

Diqqət: Uzun müddət ayaqda durmaqla,uzun müddət oturmaqla ayaqlarda yaranan uyuşukluklar, yanmalar,ağrilar bel sürüşməsinin əlaməti ola bilər .Ona görə də ,belə hallarda mütləq bir şəkildə ixtisasli bir mütəxəsislə məsləhətləşin.

spondil-4

Professor Doktor Əliosman Qədimbəyli
  • Tibb Elmləri Doktoru, Professor
    Əliosman Elbəniz oğlu Qədimbəyli
  • Doktor haqqında ətraflı məlumat
  • Telefonlar:
  • 050 296 66 68
  • 051 296 66 68
  • 055 296 66 68
  • 070 296 66 68
  • Ünvan: Medera Hostpital, Naxçıvani küçəsi 53